Icma.az
close
up
RU
Bakı və Bratislava arasında əməkdaşlıq sabitliyə, investisiya imkanlarının inkişafına yönəlib

Bakı və Bratislava arasında əməkdaşlıq sabitliyə, investisiya imkanlarının inkişafına yönəlib

Ses qazeti saytından verilən məlumata görə, Icma.az xəbər verir.

Avropa ölkələri Azərbaycanla münasibətlərdə strateji tərəfdaşlığı genişləndirmək istiqamətində praktik addımlar atır. Mərkəzi Avropa ölkələrindən biri – Slovakiya da Azərbaycanla əlaqələri inkişaf etdirmək niyyətindədir. Prezident İlham Əliyevin bu ölkəyə ilk rəsmi səfəri zamanı bu istiqamətdə effektiv müzakirələr aparıldı. Məlum olduğu kimi, ölkələrimiz ötən il Strateji Tərəfdaşlığın Qurulması haqqında Birgə Bəyannamə imzalayıb ki, bu da münasibətləri yeni səviyyəyə qaldırıb. Prezident İlham Əliyevin də söylədiyi kimi: “Strateji Tərəfdaşlıq Bəyannaməsində əks olunan maddələr əməkdaşlığın perspektivlərini də müəyyən edir.”Rəsmi Bakı və Bratislava arasında əməkdaşlıq regionun sabitliyinə, investisiya imkanlarının inkişafına yönəlib.

Yeri gəlmişkən, ötən il Slovakiya Prezidenti Azərbaycanın ev sahibliyi etdiyi COP29-a qatılıb və bu çərçivədə ikitərəfli münasibətlərin müxtəlif istiqamətləri ətrafında müzakirələr aparılıb.
Slovakiya dövlət başçısı Peter Pelleqrin də cənab Prezidentlə görüşdə bildirdi ki, ölkəsi Azərbaycanı yerləşdiyi regionda strateji əhəmiyyətə malik tərəfdaş hesab edir. Onun sözlərinə görə, Azərbaycan Cənubi Qafqazın ən böyük iqtisadiyyatıdır, Asiya və Avropa ilə kəsişmədə yerləşir və zəngin enerji resurslarına malikdir.
Azərbaycan–Slovakiya münasibətləri həm də Aİ ilə əməkdaşlıq kontekstində vacibdir. Nəzərə alsaq ki, Azərbaycanın strateji tərəfdaş kimi Aİ üçün əhəmiyyəti ilbəil artır, bu xüsusda Slovakiya ilə ikitərəfli əməkdaşlıq bu prosesə əlavə töhfə vermiş olur. Ötən il ilk dəfə olaraq Azərbaycan qazı Slovakiyaya təchiz edilib. Dövlət başçımız bildirdi ki, Slovakiyanın ehtiyacları olan səviyyədə, istənilən həcmdə Azərbaycan enerji resurslarını təmin edə bilər.
Cənab Prezident onu da bildirdi ki, artıq 14 ölkəyə qaz ixrac edən Azərbaycan yeni qaz yataqlarının işlənməsi nəticəsində əlavə resurslar əldə edəcək ki, bununla da Slovakiya və onun qonşularına qaz təchizatı daha böyük həcmdə mümkün olacaq.
Slovakiya həm də müstəqil xarici siyasət aparan dövlətdir. Bu faktor da Bakı ilə Bratislavanın ortaq cəhətlərindəndir. Təsadüfi deyil ki, bu ölkənin baş naziri Robert Fitso ötən il Azərbaycana səfəri zamanı cənab Prezidenti “suveren xarici siyasətin tərəfdarı, beynəlxalq hüququ müdafiə edən, praqmatik şəxsiyyət” adlandırmışdı. O, bu kontekstdə Aİ-nin bəzi hallarda digərlərinə təlimat verməsinə eyham vuraraq ölkəsinin heç vaxt heç bir dövlətin daxili işlərinə qarışmadığını bəyan etmişdi. Azərbaycan üçün də dövlətlərin daxili işlərinə qarışmamaq ən əsas prinsiplərdən biridir.
Rəsmi Bratislava Azərbaycanla Avropa İttifaqı arasında körpü olmağa hazırdır və Azərbaycandakı obyektiv vəziyyəti Avropa İttifaqında təqdim etmək niyyətindədir.
Tərəflərin marağında olan əsas əməkdaşlıq sahələrindən biri də müdafiə sənayesi sahəsidir. Özüyeriyən artilleriya qurğuları, sursat və digər məhsullar sahəsində böyük təcrübəyə malik olan Slovakiya ilə Azərbaycan üçün texnologiya ötürülməsi və birgə istehsalın üzərində işləmək, birlikdə istehsal edilən məhsulları üçüncü ölkələrə satmaq əsas prioritetlərdən biridir.
Yeri gəlmişkən, işğaldan azad olunmuş ərazilərin bərpasında iştirak edən şirkətlər arasında Slovakiya da var. Belə ki, slovak şirkəti Qarabağda “ağıllı kənd” inşasında öz təcrübəsini bölüşür.
Hesab edirəm ki, cənab Prezidentin Slovakiyaya səfəri iki ölkə arasında əməkdaşlıqda yeni, mühüm bir mərhələnin başlanğıcı olacaq.

Nigar Məmmədova
Milli Məclisin deputatı

Ən son xəbərləri və yenilikləri almaq üçün Icma.az saytını izləyin.
seeBaxış sayı:61
embedMənbə:https://sesqazeti.az
archiveBu xəbər 09 Dekabr 2025 17:02 mənbədən arxivləşdirilmişdir
0 Şərh
Daxil olun, şərh yazmaq üçün...
İlk cavab verən siz olun...
topGünün ən çox oxunanları
Hal-hazırda ən çox müzakirə olunan hadisələr

Dünyanın ən varlı 10 adamı və Azərbaycanla müqayisə

23 Yanvar 2026 09:48see274

İsrail onlarla humanitar təşkilata lisenziya verməkdən imtina edib

22 Yanvar 2026 12:46see256

Yuventus növbəti türkiyəli futbolçunu transfer etdi

22 Yanvar 2026 21:55see229

“İmişli” və “Araz Naxçıvan”dan məhsuldar heç heçə

23 Yanvar 2026 16:55see202

Azərbaycan regionu iki dəfə qabaqlayır Rəqəmlər nə deyir?

22 Yanvar 2026 16:11see196

Qalmaqallı serial efirə qayıdır Bu kanalda yayımlanacaq

22 Yanvar 2026 14:47see172

Təkcə işini görmürdü... Video

22 Yanvar 2026 04:08see171

Qala Pirallahı yolunda PƏRAKƏNDƏ NİŞAN TƏLƏBİ: Sürəti hansına uyğun seçək?

22 Yanvar 2026 19:06see162

Davos 2026: Azərbaycanın nüfuzlu aktor kimi dünyanın diqqət mərkəzində

22 Yanvar 2026 17:09see161

UEFA Avropa Liqası: “Fənərbaxça Aston Villa ya məğlub olub

22 Yanvar 2026 23:58see161

Netflix in ötən il reklamdan əldə etdiyi məbləğ açıqlandı

22 Yanvar 2026 03:40see155

Xırdalanda su niyə gəlmir? Rəsmi AÇIQLAMA

22 Yanvar 2026 21:17see154

Qusarın iki kəndinin problemləri dinlənildi, tapşırıqlar verildi FOTO

22 Yanvar 2026 19:30see147

“iPhone”larda geri düyməsinin olmamasının səbəbi bu imiş

22 Yanvar 2026 06:18see146

2025 ci il Bank Respublika üçün necə keçib? MALİYYƏ VƏZİYYƏTİNİN TƏHLİLİ

23 Yanvar 2026 01:22see141

Merz: “Yalnız gücün hökm sürdüyü dünya hamı üçün təhlükəli reallıqdır”

22 Yanvar 2026 16:08see141

Gənclərin köçü: Ermənistan qocalar evi nə çevrilir

23 Yanvar 2026 07:48see140

Prezident Ümumdünya İqtisadi Forumunun İllik toplantısında keçirdiyi görüşlərlə bağlı paylaşım ETDİ

22 Yanvar 2026 21:20see139

Milli Məclisin təbii ehtiyatlar, energetika və ekologiya komitəsi hesabat verib

22 Yanvar 2026 19:05see137

“53 dollarlıq” qlobal enerji ssenarisi

24 Yanvar 2026 02:04see136
newsSon xəbərlər
Günün ən son və aktual hadisələri