Icma.az
close
up
RU
Menu

​Binəqədidə sakinlər internetsiz qaldı X günü yaxınlaşıb bəlkə... (VİDEO)

Həkim: Törəmə böyüdükcə bərk qidaların mədəyə keçməsi çətinləşir

Dmitri Sitkovetski Bakıda Şostakoviçdən və ailəsinin musiqi sülaləsindən danışıb şəhərlə xüsusi bağlılıq (Foto)

Xərçəng müalicəyə ona görə davamlı olur ki... TAPINTI

COP31 in ikinci günü enerji və infrastruktura həsr olunub

COP21 COP30 prezidentləri COP31 ə dəstək olaraq birgə bəyanat qəbul ediblər

Enerjiyə qənaət gələcəyin təhlükəsizliyinə, dünyanın sabahına qoyulan sərmayə

Xərçəngin müalicəsində yeni ümid Türkiyəli alimlərdən mühüm kəşf

Xırdalanda səkiyə dəmir dirəklər basdırıldı, piyadalar avtomobil yoluna çıxdılar

Oksana Rəsulova: “Şahrux Xanın yoldaşı məni Priti Zinta ilə səhv saldı“ VİDEO

Minimum istehlak səbəti niyə yenilənmir? SİYAHI

COP31 də Antalya konfransı Bakıda əldə olunmuş razılaşmaları davam etdirir (Video)

Putinin gizli şəkildə İsrailə enmiş VİP təyyarəsində kimlər olub və nə məqsədlə gəliblər? “QRU“ rəhbəri və...

Təmirə bağlanan xəstəxana hansı ünvana köçür? VİDEO

Merson Alonsonun Estevao qərarını tənqid etdi

Atəşgah Sığorta nın xalis mənfəəti 1 % ə yaxın azalıb

İngiltərə klubunun həmsahibindən gözlənilməz addım

Uşaqlıqda özünü çirkin hesab edirdi, milyonlarla kişinin arzusuna çevrildi FOTOLAR

Arıqlama dərmanları görmənin itirilməsi riskini artıra bilər Xəbərdarlıq

Gürcüstanın Azərbaycandan meyvə tərəvəz şirəsinin alışına çəkdiyi xərc 2 dəfədən çox artıb

Bakı buxtası təmizlənəcək

Bakı buxtası təmizlənəcək

Yeniazerbaycan saytından verilən məlumata əsasən, Icma.az məlumatı açıqlayır.

Paytaxtın ekoloji vəziyyətinin yaxşılaşdırılması diqqət mərkəzində

Bugünlərdə Baş nazir Əli Əsədovun sədrliyi ilə Nazirlər Kabinetində “Xəzər dənizində müxtəlif təyinatlı qəzalı və yararsız vəziyyətdə olan hidrotexniki qurğuların, o cümlədən qəzalı vəziyyətdə olan və ləğv olunmuş quyuların təkrar ləğvi və izolyasiyası, estakadaların, yanalma körpülərinin, platformaların, həmçinin batmış və yarımbatmış vəziyyətdə olan gəmilərin çıxarılması və digər reabilitasiya işlərinin həyata keçirilməsinə dair 2025-2030-cu illər üçün Kompleks Tədbirlər Planı”nın icrası və Bakı buxtasının ekoloji vəziyyətinin yaxşılaşdırılması məsələlərinə həsr olunmuş iclas keçirilib. İclasda  müxtəlif dövlət qurumlarının rəhbərlərinin məruzələri və digər çıxışlar dinlənilib, problemlərə diqqət çəkilərək bir sıra layihələrin icrasının zəruriliyi vurğulanıb.

Keçmişdən qalan kədərli miras

Abşeron yarımadası, Xəzərin Azərbaycan sektoru sənaye inkişafı və neft-qaz hasilatı üçün əlverişli məkandır. Dünyada neftçıxarma üzrə bir sıra ilklərə məhz burada imza atılıb. Xatırladaq ki, sənaye üsulu ilə hasilatın, dənizdə neftçıxarmanın əsasını məhz bizim neftçilərimiz qoyublar. İkinci Dünya müharibəsi illərində böyük çətinliklərə baxmayaraq, neftçilərimiz qəhrəmanlıq və fədakarlıq göstərərək cəbhəni və sənayeni yanacaqla təmin ediblər. Həmin dövrdə akademik Yusif Məmmədəliyevin rəhbərliyi altında aviasiya benzini alınmasının yeni texnologiyası yaradılıb. Neftçilərimizin fədakar əməyi sayəsində Azərbaycan tarixində neft hasilatı üzrə rekord göstərici əldə olunub. 1941-ci ildə respublikamızda 23,5 milyon ton “qara qızıl” çıxarılıb. Bu, keçmiş SSRİ-də çıxarılan bütün neftin 71,4 faizini təşkil edirdi. Bütövlükdə, müharibə illərində Azərbaycan neftçiləri ölkəyə 75 milyon ton neft, 22 milyon ton benzin və digər neft məhsulları veriblər. Statistik məlumatda bildirilir ki, müharibə illərində keçmiş ittifaqda hər 5 təyyarədən, tankdan və avtomobildən 4-ü Bakıdan göndərilən yanacaqla işləyib.

Lakin təəssüf doğuran haldır ki, onilliklər ərzində, xüsusilə də keçmiş ittifaq dövründə bəhs olunan coğrafiyanın resurslarının geniş şəkildə istismar edilməsindən bizə kədərli miras qalıb. Belə ki, yarımadanın və dənizin ekoloji vəziyyətinin yaxşılaşdırılması istiqamətində zəruri tədbirlər görülməyib. Ögey münasibətin nəticəsi olaraq Abşeronda neftlə və sənaye tullantıları ilə çirklənmiş ölü zonalar, həmçinin dənizdə istifadəsiz qalmış metal konstruksiyalardan ibarət qəbiristanlıqlar yaranıb. Baş nazir çıxışında Xəzər dənizinin Azərbaycana məxsus bölməsindəki neft-qaz yataqlarında Sovet İttifaqından miras qalmış müxtəlif təyinatlı hidrotexniki qurğuların, ləğv edilmiş və ya konservasiya olunmuş neft quyularının, estakadaların, yanalma körpülərinin, platformaların köhnəlməsi, korroziyaya uğraması və hidrometeoroloji amillərin təsiri səbəbindən qəzalı vəziyyətə düşməsi nəticəsində yaranmış problemlərin dənizin ekoloji vəziyyətinə neqativ təsir göstərdiyinə diqqət çəkib. Əli Əsədov həmçinin uzun müddət antropogen təsirlərin davam etməsi nəticəsində Bakı buxtasında (Dənizkənarı bulvar) da çirklənmənin dərinləşdiyini və onun ekoloji vəziyyətinin yaxşılaşdırılmasına kəskin zərurət yarandığını bildirib.

İnteraktiv xəritə sxemi hazırlanacaq

Hər iki məsələ ətrafında müzakirələr aparılaraq aidiyyəti dövlət qurumlarına Xəzər dənizində monitorinqlər aparmaqla interaktiv xəritə-sxemin hazırlanması, iş həcmlərinin müəyyənləşdirilməsi və prioritetləşdirilməsi, beynəlxalq təcrübənin öyrənilməsi və tədbirlərin dövlət-özəl tərəfdaşlığı prinsipi əsasında həyata keçirilməsi, habelə qəzalı və yararsız vəziyyətdə olan hidrotexniki qurğuların və quyuların demontajı, batmış və yarımbatmış gəmilərin çıxarılması, görülən tədbirlərin dəniz ətraf mühitinin yaxşılaşmasına təsirinin qiymətləndirilməsinin həyata keçirilməsi üzrə müvafiq tapşırıqlar verilib.

Həmçinin Bakı buxtasının (Dənizkənarı bulvarın) təmizlənməsi və ekoloji vəziyyətinin yaxşılaşdırılması məqsədilə dəniz suyunun çəkilməsi ilə sahilə yaxın hissələrdə üzə çıxmış metal konstruksiyaların ərazidən kənarlaşdırılması, hövzəyə çirkab suların axıdılmasının qarşısının alınması, suyun səthində üzən neft ləkələrinin və müxtəlif tullantıların, habelə ətrafda neftlə çirklənmiş torpaqların təmizlənməsi istiqamətində təxirəsalınmaz işləri özündə ehtiva edən Tədbirlər Planının hazırlanması tapşırığı verilib.

Böyükşor gölünün ekoloji bərpası

Son vaxtlaradək Abşeron yarımadasında ekoloji cəhətdən ən çirklənmiş ərazilərdən biri də Böyükşor gölü hesab olunurdu. Prezident İlham Əliyevin imzaladığı müvafiq sərəncamla təsdiqlənən  Bakı şəhəri və onun qəsəbələrinin sosial-iqtisadi inkişafına dair Dövlət proqramına uyğun olaraq artıq gölün bərpası layihəsinin birinci mərhələsi tamamlanıb.

İlkin mərhələsi “Təmiz Şəhər” ASC tərəfindən həyata keçirilən bərpa layihəsində təmizlənməsi nəzərdə tutulan hissənin təcrid edilməsi məqsədilə 1570 metr uzunluğunda bənd çəkilərək Böyükşor gölü 2 hissəyə ayrılıb. Bu bəndin üzərindən hazırda Ziya Bünyadov prospekti ilə Balaxanı şossesini birləşdirən magistral yol çəkilib. Sovet dövründən etibarən Böyükşor gölünə axıdılan sənaye və məişət tullantı sularının qarşısı böyük həcmdə alınıb. Belə ki, layihənin icrasına başlamazdan əvvəl gölə 76 mənbədən sənaye və məişət tullantı suları axıdılırdı. Gölün dibinin təmizlənmiş ərazilərində neftlə çirklənmənin səviyyəsi 121 min mq/kiloqramdan 86 min mq/kiloqrama enib ki, bu da artıq ekoloji normalar səviyyəsində olması deməkdir. Layihə ərazisinin cənub sahili boyunca kanalizasiya xətti çəkilib və bu hissədə çirklənmə mənbələrinin qarşısı tamamilə alınıb. Neftlə çirklənmiş əsas ərazi - layihə ərazisinin Balaxanı qəsəbəsi tərəfindədir. Qədim Balaxanı neft yataqlarının gölün bu hissəsini çirkləndirən neft tullantılarının qarşısının alınması üçün Balaxanı qəsəbəsi tərəfdən gölün tarixi məcrasının sərhədləri boyunca 1850 metr uzunluğunda bənd inşa olunub. Eyni zamanda, bir əsrdən artıq müddətdə göl dibinə yığılmış çöküntülərin çıxarılması və zərərsizləşdirilməsi işləri görülüb. Layihənin ilk mərhələsində 2,8 milyon kubmetr həcmində çöküntü gölün dibindən çıxarılaraq zərərsizləşdirilib. Birinci mərhələ üzrə tikinti işlərinin başa çatdırıldığı sahə 15 hektardan çox ərazini əhatə edir.

Bakı şəhərinin 2040-cı ilədək inkişafına dair Baş planında isə ərazinin  paytaxtın yeni cəlbedici mərkəzi kimi inkişaf etdirmək üçün Böyükşor gölünün, eləcə də Binəqədi və Balaxanı yaxınlığındakı sənaye ərazilərinin bərpası üzrə əhəmiyyətli tədbirlərin həyata keçirilməsi nəzərdə tutulur. Baş planda qeyd olunub ki, Böyükşor gölünün böyük şəhər parkı (təqribən 388,8 hektar), yəni yaşayış, işləmək və istirahət etmək üçün özünəməxsus bənzərsiz ərazi kimi formalaşmasını təmin etmək məqsədilə pilləli inkişaf yanaşması tətbiq edilməlidir. Bundan başqa, sənəddə qeyd olunub ki, Böyükşor gölünün bərpası planına gölə atılan sənaye mənşəli tullantı sularının və kanalizasiya sularının təmizlənməsi daxildir.

Ötən ilin sentyabr ayında  Bakıda keçirilən 1-ci Azərbaycan Beynəlxalq İnvestisiya forumu çərçivəsində İqtisadiyyat Nazirliyi ilə Birləşmiş Ərəb Əmirliklərinin “Modon Holding”i arasında imzalanan “Şəhər daxilində şəhər” (“City within a City”) konsepsiyasının inkişafına dair əməkdaşlıq müqaviləsi”nin icrası ilə Böyükşor gölünün və ona bitişik ərazilərin inkişafında yeni bir səhifə açılacaq. 5 milyard dollaradək investisiya yatırımını nəzərdə tutan konsepsiya Böyükşor gölü ətrafında sağlamlıq, ticarət, təhsil və mehmanxana obyektlərini əhatə edən müasir sahilyanı zonanın yaradılmasını nəzərdə tutur.

Mübariz ABDULLAYEV

Hadisənin gedişatını izləmək üçün Icma.az saytında ən son yeniliklərə baxın.
seeBaxış sayı:285
embedMənbə:https://yeniazerbaycan.com
archiveBu xəbər 30 Yanvar 2026 11:33 mənbədən arxivləşdirilmişdir
0 Şərh
Daxil olun, şərh yazmaq üçün...
İlk cavab verən siz olun...
topGünün ən çox oxunanları
Hal-hazırda ən çox müzakirə olunan hadisələr

​Binəqədidə sakinlər internetsiz qaldı X günü yaxınlaşıb bəlkə... (VİDEO)

10 Noyabr 2026 22:07see309

Həkim: Törəmə böyüdükcə bərk qidaların mədəyə keçməsi çətinləşir

10 Noyabr 2026 11:44see277

Dmitri Sitkovetski Bakıda Şostakoviçdən və ailəsinin musiqi sülaləsindən danışıb şəhərlə xüsusi bağlılıq (Foto)

10 Noyabr 2026 09:18see276

Xərçəng müalicəyə ona görə davamlı olur ki... TAPINTI

10 Noyabr 2026 10:30see257

COP31 in ikinci günü enerji və infrastruktura həsr olunub

10 Noyabr 2026 11:23see251

COP21 COP30 prezidentləri COP31 ə dəstək olaraq birgə bəyanat qəbul ediblər

10 Noyabr 2026 15:01see239

Enerjiyə qənaət gələcəyin təhlükəsizliyinə, dünyanın sabahına qoyulan sərmayə

11 Noyabr 2026 10:14see232

Xərçəngin müalicəsində yeni ümid Türkiyəli alimlərdən mühüm kəşf

10 Noyabr 2026 16:15see229

Xırdalanda səkiyə dəmir dirəklər basdırıldı, piyadalar avtomobil yoluna çıxdılar

10 Noyabr 2026 22:33see223

Oksana Rəsulova: “Şahrux Xanın yoldaşı məni Priti Zinta ilə səhv saldı“ VİDEO

10 Noyabr 2026 08:31see217

Minimum istehlak səbəti niyə yenilənmir? SİYAHI

11 Noyabr 2026 00:01see207

COP31 də Antalya konfransı Bakıda əldə olunmuş razılaşmaları davam etdirir (Video)

10 Noyabr 2026 20:22see201

Putinin gizli şəkildə İsrailə enmiş VİP təyyarəsində kimlər olub və nə məqsədlə gəliblər? “QRU“ rəhbəri və...

10 Noyabr 2026 08:03see196

Təmirə bağlanan xəstəxana hansı ünvana köçür? VİDEO

11 Noyabr 2026 00:20see190

Merson Alonsonun Estevao qərarını tənqid etdi

11 Noyabr 2026 04:09see189

Atəşgah Sığorta nın xalis mənfəəti 1 % ə yaxın azalıb

10 Noyabr 2026 11:18see184

İngiltərə klubunun həmsahibindən gözlənilməz addım

10 Noyabr 2026 08:04see184

Uşaqlıqda özünü çirkin hesab edirdi, milyonlarla kişinin arzusuna çevrildi FOTOLAR

10 Noyabr 2026 16:08see182

Arıqlama dərmanları görmənin itirilməsi riskini artıra bilər Xəbərdarlıq

11 Noyabr 2026 03:36see173

Gürcüstanın Azərbaycandan meyvə tərəvəz şirəsinin alışına çəkdiyi xərc 2 dəfədən çox artıb

10 Noyabr 2026 14:47see172
newsSon xəbərlər
Günün ən son və aktual hadisələri