Bakı buxtasında suyun səthi neft ləkələrindən təmizlənəcək
Icma.az bildirir, 525.az saytına əsaslanaraq.
Bakı buxtasının Dənizkənarı Milli Parkın akvatoriyasına düşən hissəsində suyun səthinin neft ləkələrindən, eləcə də neft əsaslı digər üzvi tullantılardan təmizlənməsi nəzərdə tutulur.
525.az xəbər verir ki, bununla bağlı "Dənizkənarı Bulvar İdarəsi" QSC (DBİ) hazırlıqlara başlayıb.
İdarə bunun üçün Fövqəladə Hallar Nazirliyinin Xəzər Hövzə Qəza Xilasetmə Xidmətinə 1,77 milyon manat ödəyəcək.
Xatırladaq ki, DBİ 2008-ci ildə yaradılıb. Onun nizamnamə kapitalı 65,211 milyon manatdır. İdarə Dənizkənarı Milli Parkın ərazisinə nəzarət və onun idarə edilməsi, saxlanılması, cari fəaliyyətinin və perspektiv inkişafının təmin edilməsi sahəsində fəaliyyət göstərir.
Bu mövzuda digər xəbərlər:Bakı buxtası təmizlənəcək
30 Yanvar 2026 11:33
Bakı buxtasında həyəcan siqnalı? Dənizin səthində....
14 Sentyabr 2026 16:23
Tava bir neçə saniyə ərzində yağ ləkələrindən təmizlənəcək: Çox sadə üsul...
26 İyun 2025 16:13
Bakı küçələri artıq bunlarla təmizlənəcək Fotolar
05 Noyabr 2024 16:41
Baxış sayı:92
Bu xəbər 01 Sentyabr 2026 17:50 mənbədən arxivləşdirilmişdir



Daxil ol
Online Xəbərlər
Xəbərlər
Hava
Maqnit qasırğaları
Namaz təqvimi
Kalori kalkulyatoru
Qiymətli metallar
Valyuta konvertoru
Kredit Kalkulyatoru
Kriptovalyuta
Bürclər
Sual - Cavab
İnternet sürətini yoxla
Neftin Qiyməti
Azərbaycan Radiosu
Azərbaycan televiziyası
Haqqımızda
TDSMedia © 2026 Bütün hüquqlar qorunur







Günün ən çox oxunanları



















