Icma.az
close
up
RU
Bakı Daşkənd xəttində yeni mərhələ: Təhlükəsizlik və müdafiə əməkdaşlığı genişlənir

Bakı Daşkənd xəttində yeni mərhələ: Təhlükəsizlik və müdafiə əməkdaşlığı genişlənir

Moderator.az saytından əldə olunan məlumata görə, Icma.az məlumat yayır.

"Azərbaycan–Özbəkistan münasibətlərində növbəti mərhələ artıq dostluq və tərəfdaşlıq çərçivəsini aşaraq daha çox strateji məsələlərə söykənəcək. Qarşıdakı dövr təhlükəsizlik və müdafiə sahəsində əməkdaşlığın institusional əsaslar üzərində qurulması mərhələsidir".

Bu fikirləri Moderator.az-a açıqlamasında Milli Məclisin Müdafiə, təhlükəsizlik və korrupsiya ilə mübarizə komitəsinin sədri, millət vəkili Arzu Nağıyev bildirib. 

Deputat qeyd edib ki, Azərbaycanın Cənubi Qafqazda qazandığı hərbi təcrübə ilə Özbəkistanın Mərkəzi Asiyadakı geosiyasi çəkisinin uzlaşdırılmasının vaxtı artıq çoxdan çatıb. Bu, türk dünyasının təhlükəsizlik arxitekturasında yeni bir mərhələnin başlanğıcı ola, əməkdaşlığa tamamilə yeni məzmun qazandıra bilər:

"Ən vacib məqam isə ondan ibarətdir ki, bu əməkdaşlıq heç bir üçüncü ölkəyə qarşı yönəlmir. Bu, hərbi blok deyil. Əksinə, milli suverenliyin, ərazi bütövlüyünün, sərhəd təhlükəsizliyinin və regional sabitliyin qorunmasına xidmət edən əməkdaşlıq mexanizmidir. Məhz bu yanaşma həm Bakı, həm də Daşkənd üçün geniş diplomatik manevr imkanları yaradır.

Azərbaycan–Özbəkistan münasibətləri artıq qeyd etdiyim kimi, sadəcə strateji tərəfdaşlıq mərhələsi ilə məhdudlaşmır. Məlum məsələdir ki, həm 2024-cü, həm də 2025-ci illərdə siyasi, iqtisadi və təhlükəsizlik sahələrində əməkdaşlıq daha da genişlənib, bu istiqamətdə mühüm müqavilələr imzalanıb.

Azərbaycan–Özbəkistan təhlükəsizlik əməkdaşlığının perspektivlərinə gəldikdə isə hər iki dövlət dəyişən geosiyasi və təhlükəsizlik mühitini düzgün qiymətləndirərək müstəqil qərarvermə imkanlarını qoruyur. Bu isə onların milli müdafiə qabiliyyətinin daha da gücləndirilməsinə xidmət edir. Bu baxımdan Azərbaycan Cənubi Qafqazda, Özbəkistan isə Mərkəzi Asiyada geosiyasi dayanıqlığı ilə seçilən mühüm aktorlardır".

Arzu Nağıyev onu da vurğulayıb ki, bu münasibətlər türk dünyasında yeni strateji təhlükəsizlik oxunun formalaşması üçün ciddi zəmin yarada bilər:

"Ümumilikdə müdafiə və təhlükəsizlik sahəsində yeni sənədlərin qəbul olunması baxımından uzunmüddətli əməkdaşlıq proqramının hazırlanması mümkündür. Bu proqram çərçivəsində təcrübə mübadiləsi, orduların qarşılıqlı fəaliyyət qabiliyyətinin artırılması, hərbi kəşfiyyat və təhlükəsizlik məlumatlarının mübadiləsi, koordinasiyalı fəaliyyət, kibertəhdidlərə qarşı mübarizə və sərhəd təhlükəsizliyi istiqamətində əməkdaşlıq nəzərdə tutula bilər.

Təbii ki, birgə hərbi təlimlərin genişləndirilməsi istiqamətində də artıq mühüm addımlar atılır. 2024-cü ildə "Maharat" komando-qərargah təlimində Azərbaycan və Özbəkistan hərbçiləri iştirak edib. 2025-ci ildə isə Azərbaycanın müdafiə naziri Özbəkistanda keçirilən "Birlik-2025" təlimində iştirak edib. Bu istiqamətdə əməkdaşlıq artıq sistemli xarakter alır və gələcəkdə daha da genişlənəcək.

Eyni zamanda hərbi təhsil və kadr hazırlığı, hərbi akademiyalar arasında mübadilə proqramları da gündəmdə ola bilər. Müdafiə sənayesi sahəsində əməkdaşlıq haqqında ayrıca sazişin imzalanması da real perspektivlərdəndir. Hərbi texnika və pilotsuz sistemlər sahəsində Azərbaycanın əldə etdiyi təcrübə bu istiqamətdə mühüm üstünlükdür. Müdafiə məhsullarının birgə istehsalı və üçüncü ölkələrin bazarlarına çıxışı da əməkdaşlığın perspektivli istiqamətlərindən hesab oluna bilər".

Millət vəkili əlavə edib ki, ən mühüm məsələlərdən biri isə müasir dövrün tələblərinə uyğun olaraq kibertəhlükəsizlik və informasiya təhlükəsizliyi sahəsində ayrıca sənədin hazırlanmasıdır:

"Müasir müharibələr artıq təkcə səngərlərdə və klassik silahlarla aparılmır. Bu baxımdan kibertəhlükəsizlik Azərbaycan–Özbəkistan əməkdaşlığının yeni və strateji istiqamətlərindən birinə çevrilə bilər. Maraqlı perspektivlərdən biri də üçtərəfli əməkdaşlıq formatıdır. 

Söhbət Azərbaycan–Türkiyə–Özbəkistan platformasından gedir. 2025-ci ildə Xarici İşlər, İqtisadiyyat və Nəqliyyat nazirlərinin iştirakı ilə bu format üzrə üçtərəfli mexanizm artıq fəaliyyətə başlayıb və müvafiq görüşlər keçirilib.
Gələcəkdə həmin mexanizmə təhlükəsizlik və müdafiə komponentlərinin əlavə olunması mümkündür. Buraya kibertəhlükəsizlik, hərbi logistika, hərbi tibb, müdafiə sənayesi layihələri və müdafiə nazirlərinin üçtərəfli görüşləri daxil edilə bilər.

Bu, NATO tipli hərbi blok yaratmaq məqsədi daşımır. Əksinə, daha real, çevik, praktik və konkret təhlükəsizlik əməkdaşlığı platforması kimi qiymətləndirilməlidir. Çünki MDB məkanı və Kollektiv Təhlükəsizlik Müqaviləsi Təşkilatı kimi mövcud mexanizmlər fonunda praktik əməkdaşlıq formatlarının yaradılması xüsusi əhəmiyyət daşıyır.

Daha geniş perspektivdə isə Azərbaycan, Özbəkistan, Türkiyə, Qazaxıstan və digər türk dövlətləri arasında qarşılıqlı təhlükəsizlik imkanlarının əlaqələndirilməsi mümkündür. Şuşada 2024-cü ildə qəbul olunmuş Qarabağ Bəyannaməsində də türk dövlətləri arasında sülhün və təhlükəsizlik əməkdaşlığının gücləndirilməsi prioritet istiqamətlərdən biri kimi müəyyənləşdirilib.

Burada heç bir dövlətin ərazi bütövlüyünə və suverenliyinə qarşı hər hansı təhdiddən söhbət getmir. Hazırda Türk Dövlətləri Təşkilatının NATO analoquna çevrilməsi yaxın perspektiv üçün real görünməsə də, bu istiqamətdə ardıcıl addımlar atılır və gələcəkdə də atıla bilər. Daha real istiqamətlər ortaq hərbi təlimlər, informasiya mübadiləsi, müdafiə sənayesi, hərbi təhsil, fövqəladə hallara hazırlıq və kibertəhlükəsizlik sahələridir.

2026-cı il üzrə analitik qiymətləndirmələrdə də təhlükəsizlik və kibertəhlükəsizlik sahəsində əməkdaşlığın inkişaf etdiyi, gələcəkdə daha geniş kollektiv müdafiə mexanizmlərinin formalaşması üçün müəyyən zəmin yarandığı qeyd olunur.

Sonda qeyd etmək istərdim ki, cənab Prezident İlham Əliyevin Özbəkistana bu səfəri çərçivəsində iqtisadi, siyasi, mədəni və hərbi istiqamətlərdə əməkdaşlığın yeni mərhələyə qədəm qoyduğu müşahidə olunur. Təhsil sahəsində də mühüm layihələr gündəmdədir. Lakin bütün bu proseslərin əsas məqsədi dəyişmir: Azərbaycanın apardığı siyasətin təməlində ölkəmizin suverenliyinin, ərazi bütövlüyünün qorunması və hər bir Azərbaycan vətəndaşının rifahının təmin olunması dayanır".

Pərvin Şakirqızı

Sonrakı hadisələr barədə daha çox məlumat almaq üçün Icma.az saytını izləyin.
seeBaxış sayı:207
embedMənbə:https://moderator.az
archiveBu xəbər 25 Avqust 2026 11:47 mənbədən arxivləşdirilmişdir
0 Şərh
Daxil olun, şərh yazmaq üçün...
İlk cavab verən siz olun...
topGünün ən çox oxunanları
Hal-hazırda ən çox müzakirə olunan hadisələr

Xalq artisti görünüşü ilə müzakirə yaratdı (Video)

22 Noyabr 2026 13:22see293

Ərzaq malları bahalaşıb

22 Noyabr 2026 13:51see290

Biz bu cahana sığmazıq: Aimlər planetin əhalisinin 4 milyarda endirilməsini təklif edirlər

23 Noyabr 2026 01:03see285

Qızıl və gümüş yenə ucuzlaşdı

22 Noyabr 2026 15:36see270

Yaşlandıqca gücdən düşməmək üçün həkim ən vacib qaydanı açıqladı

23 Noyabr 2026 05:06see259

Şamaxıda Gənclik Yolunda layihəsinin açılış mərasimi keçirilib FOTO

22 Noyabr 2026 16:03see256

Qəzzada meningit təhlükəsi: Səhiyyə sistemi yeni böhranla üz üzə

22 Noyabr 2026 19:35see244

77 yaşlı Sumqayıt şəhərdə atəşfəşanlıq olub

23 Noyabr 2026 00:24see240

ABŞ İrana qarşı hərbi məqsədlərinə çata bilməyəcəyini anlayıb Qalibaf

22 Noyabr 2026 15:16see239

Məşhur ŞAMAN Rusiyanın gələcəyini açıqladı: “10 il sonra belə olacaq”

22 Noyabr 2026 23:36see238

Argentinada keçirilən triatlon yarışının qeyri adi nəticəsi VİDEO

23 Noyabr 2026 00:40see224

Bakıda istiliksiz qalan binanın sakinlərindən niyə pul istənilir? Video

22 Noyabr 2026 21:58see223

Müasir İncəsənət Muzeyində rəssam Nigar Ağabəylinin “İki dünya arasında” adlı fərdi sərgisi açılıb

22 Noyabr 2026 23:54see222

Vladimir Putin İlham Əliyevi təbrik etdi

23 Noyabr 2026 02:04see222

Münaqişənin davam etdiyi bir vaxtda Hörmüz boğazını üzüb keçdi VİDEO

22 Noyabr 2026 15:21see219

Yüksək təzyiqin gizli səbəbi İnsanlar bundan xəbərsizdir

23 Noyabr 2026 04:05see213

Hansı qidalar parazit və infeksiya mənbəyidir?

23 Noyabr 2026 10:00see211

Spalletti “Yuventus”un qələbəsi ilə tarixə düşdü: 600 cü oyun və rekord

23 Noyabr 2026 03:29see208

Adanın paylaşdığı sonuncu videoda o da vardı Xalq artisti danışdı

23 Noyabr 2026 22:46see207

18 il əvvəl Kurtlar vadisi nin çəkildiyi QURMARXANAYA BASQIN EDİLDİ FOTO

23 Noyabr 2026 02:04see203
newsSon xəbərlər
Günün ən son və aktual hadisələri