Bakı Dövlət Kamera Orkestrinin emosional çalarlarla zəngin konsert proqramı təqdim olundu FOTO
Icma.az, Milli.az saytından verilən məlumata əsaslanaraq xəbər yayır.
Kamera və Orqan Musiqisi Zalında Bakı Dövlət Kamera Orkestrinin müşayiəti, baş dirijor Əməkdar artist Fuad İbrahimovun rəhbərliyi ilə lirik və yüksək emosional çalarlarla zəngin konsert proqramı təqdim olundu.
Proqramda P. Çaykovski "Elegiya", S. Barber simli orkestr üçün "Adagio", E. Elgar simli orkestr üçün Serenada, (op. 20), C.Nielsen "Kiçik süita" (op. 1, üç hissədə) və R. Strauss-un səs və simli orkestr üçün "Səhər" (op. 27) əsəri istedadlı vokalçı İslama Abdullayevanın iştirakı ilə səsləndirildi.Eyni zamanda konsert zamanı dirijor çıxış edərək, proqramda yer alan əsərlərin bəstəkarların yaradıcılığının yetkin dövrünə aid olduğunu vurğuladı və orkestr musiqiçilərinin gənc olmasına baxmayaraq bu qədər dərin emosional məzmunlu proqramı böyük ustalıqla və yüksək peşəkarlıqla təqdim etməsini yüksək dəyərləndirdi.
Tədbir dinləyicilər tərəfindən böyük maraq və alqışlarla qarşılandı, konsert zaldakı auditoriyada dərin bədii-estetik təəssürat yaratdı.
İnformasiya dəstəyi - Trend.Az, Day.Az, Milli.Az
Bu mövzuda digər xəbərlər:
Baxış sayı:59
Bu xəbər 02 Fevral 2026 14:17 mənbədən arxivləşdirilmişdir



Daxil ol
Online Xəbərlər
Xəbərlər
Hava
Maqnit qasırğaları
Namaz təqvimi
Kalori kalkulyatoru
Qiymətli metallar
Valyuta konvertoru
Kredit Kalkulyatoru
Kriptovalyuta
Bürclər
Sual - Cavab
İnternet sürətini yoxla
Azərbaycan Radiosu
Azərbaycan televiziyası
Haqqımızda
TDSMedia © 2026 Bütün hüquqlar qorunur







Günün ən çox oxunanları



















