Icma.az
close
up
RU
Uşağın ölümünə səbəb olan həkim sənədi necə saxtalaşdırıb?

Uşağın ölümünə səbəb olan həkim sənədi necə saxtalaşdırıb?

Bakivaxti portalından verilən məlumata görə, Icma.az xəbər yayır.

Bir müddət əvvəl məhkəməsi başa çatan Sabirabad Rayon Mərkəzi Xəstəxanasının Regional Perinatal Mərkəzinin mama-ginekoloqu Naibə Mahmudovanın cinayət işində bir sıra maraqlı məqamlar qeydə alınıb.

Bakıvaxtı.az Teleqraf-a istinadən məlumatına görə, həkim səhlənkarlığı səbəbindən doğum evində 1989-cu il təvəllüdlü Günay Ağayevanın yenidoğulmuş uşağının ölümünə səbəb olan N.Mahmudovanın başqa bir əməli də üzə çıxıb.

Məlum olub ki, Naibə Mahmudova törətdiyi cinayət əməlini ört-basdır etmək üçün vəzifə saxtakarlığına da əl atıb.

Belə ki, mama-ginokoloq cinayət məsuliyyətindən yayınmaq niyyətilə rəsmi sənəddə guya onun tərəfindən aparılmış müayinə zamanı bətndaxili dölün ölü olduğunun aşkarlandığını qeyd edib.

Bundan əvvəl isə Naibə Mahmudova tibbi yardımı tam həcmdə göstərməyib, doğuşdan öncə dölün vəziyyətinin düzgün qiymətləndirməyib, tibbi göstəriş olmasına baxmayaq, əməliyyatı gecikdirib, nəticədə yeni doğulmuş uşağın ölmünə səbəb olub.

Məhkəmədə zərərçəkmiş şəxs qismində dindirilmiş Günay Ağayeva bildirib ki, hamiləlik dövründə uşaqda hər hansı bir patologiya olmayıb:

“Doğuş sancılarını hiss etdikdən sonra həyat yoldaşımla xəstəxanaya getdik. Növbətçi həkim Naibə Mahmudova məni qəbul etdi. Həkimin göstərişi ilə qəbul şöbəsində tibb bacısı uşağın ürək döyüntülərini aparatla yoxladı və heç bir problem olmadığını bildirdi. Sonra uşaqlıq boynunda açılış az olduğuna görə digər tibb bacısına göstəriş verib məni palataya yerləşdirdi. Bundan sonra, tibb bacısı sancılarının güclənməsi üçün Naibə həkimin göstərişi əsasında mənə 30 dəqiqə fasilə ilə iki ədəd dil altına qoymaq üçün dərman preparatı verdi. Həmin dərmanlardan sonra sancılar şiddətləndi. Buna baxmayaraq, Naibə həkim məni müayinə etməyə gəlmədi. Şiddətli sancılarla su və qan gəlmiş vəziyyətdə saatlarla ağrılar içində palatada qaldım. Gecə saat 4 radələrində Naibə həkim yarı yuxulu vəziyyətdə palataya daxil oldu və mənə baxandan sonra əsəbiləşərək tibb bacısını çağırdı.

Dölün ürək döyüntüləri yoxlandıqdan sonra tibb bacısı uşağın ürək döyüntülərinin zəifləməyə başladığını bildirdi, bu zaman Naibə Mahmudova müalicə həkimimin gəlməsini tələb etdi. Bundan sonra uşaqla bağlı problem olduğunu hiss etsəm də, tam olaraq nə baş verdiyini anlaya bilmədim. Naibə həkim də heç bir məlumat vermədi. Naibə Mahmudova məni əməliyyat masasasının üzərinə çıxarıb bir daha müayinə etdi. Həmin an ağrılaraq dözə bilmirdim. N.Mahmudova dedi ki, müalicə həkimi gələnə qədər gözləməyə məcburdur. Təxminən 3 saat sonra müalicə həkimi gəldi və dərhal əməliyyata alınmalı olduğumu bildirdi. Uşaq götürüldükdən sonra körpəni görmədim, Naibə Mahmudova uşağın küveycə yerləşdiriləcəyini bildirdi, lakin ölü doğulması barədə mənə heç bir məlumat verilmədi. Saat 23:00-da doğuş sancıları ilə xəstəxanaya daxil olanda uşaq diri idi, bətnimdə hərəkətlərini hiss edirdim".

Qeyd edək ki, baş verən hadisəyə görə Naibə Mahmudova 1 il mama-ginekoloq faliyyətindən məhrum edilib. Bundan başqa, onun azadlığı 3 il müddətinə (elektron qolbaq) məhdudlaşdırılıb.

Ən son xəbərləri və yenilikləri almaq üçün Icma.az saytını izləyin.
seeBaxış sayı:136
embedMənbə:https://bakivaxti.az
archiveBu xəbər 02 Fevral 2026 15:47 mənbədən arxivləşdirilmişdir
0 Şərh
Daxil olun, şərh yazmaq üçün...
İlk cavab verən siz olun...
topGünün ən çox oxunanları
Hal-hazırda ən çox müzakirə olunan hadisələr

Azərbaycanda “Tiktok” nə vaxt açılacaq? RƏSMİ AÇIQLAMA

13 Oktyabr 2026 02:22see967

Premyer Liqa: Debütant “Nyukasl”ı darmadağın etdi

13 Oktyabr 2026 00:53see427

Əldə olan pulu artırmaq üçün bunu edin!

13 Oktyabr 2026 08:32see381

La Liqa: Valensiyada triller

13 Oktyabr 2026 01:11see290

Rusiya XİN: İran ətrafındakı münaqişə tezliklə başa çatmalıdır

13 Oktyabr 2026 05:08see274

AZƏRBAYCANIN BOŞ QALAN HAVA LİMANLARI... Milyonlar xərclənən region aeroportları niyə işləmir?

13 Oktyabr 2026 09:07see262

Dünyada ən çox satılan kompüter markaları açıqlandı SİYAHI

13 Oktyabr 2026 02:44see220

17 18 ci əsrlərdə körpələrə niyə dəbilqə taxılırdı?

13 Oktyabr 2026 02:38see219

Özbəkistanın Buxara və Qarşı şəhərlərində VII Türk Dünyası Ədəbiyyat və Kitab Festivalı keçirildi FOTO/VİDEO

13 Oktyabr 2026 16:37see213

Ərəb koalisiyası husilərin Səudiyyə Ərəbistanına atdığı ballistik raketləri ələ keçirib

13 Oktyabr 2026 02:36see212

Mask ABŞ də seçkilər ərəfəsində respublikaçıların ən böyük donoru olub

13 Oktyabr 2026 02:58see209

Sahibə Qafarova Laos Prezidenti ilə görüşüb

13 Oktyabr 2026 19:16see205

İvan Lepinitsa: “Tarix yazdıq” VİDEO

14 Oktyabr 2026 01:49see192

Səhiyyə Nazirliyində Vətəndaş qəbulu tam rəqəmsallaşdı

13 Oktyabr 2026 10:58see189

“Sporting” səfərdə “Lens”i məğlub etdi Çempionlar Liqası

14 Oktyabr 2026 00:48see188

Mikayıl Cabbarov: Ölkəmizdə Mərkəzi Asiya kapitalı əsasında yaradılan 400 dən artıq şirkət fəaliyyət göstərir

13 Oktyabr 2026 20:22see182

Nəhəng pinqvin koloniyasında 250 mindən çox cüt yoxa çıxdı

14 Oktyabr 2026 08:23see176

Tupak Şakurun qətlini təşkil edən şəxsə 30 ildən sonra yenidən HÖKM OXUNDU FOTO

14 Oktyabr 2026 00:39see170

Qalatasaray Barselona matçında beş qol: Çempionlar Liqasında günün nəticələri

14 Oktyabr 2026 01:10see160

Cəbrayılda əhali tibbi müayinədən keçdi

13 Oktyabr 2026 14:12see160
newsSon xəbərlər
Günün ən son və aktual hadisələri