Icma.az
close
up
RU
Bakı Dövlət Universitetində (BDU) “Konstitusiya və Suverenlik İli” çərçivəsində “Tarixi torpaqlarımıza qayıdış” adlı tədbir keçirilib

Bakı Dövlət Universitetində (BDU) “Konstitusiya və Suverenlik İli” çərçivəsində “Tarixi torpaqlarımıza qayıdış” adlı tədbir keçirilib

Ses qazeti portalından əldə olunan məlumata əsasən, Icma.az xəbər verir.

YAP Yasamal rayon təşkilatı və BDU-nun Tarix fakültəsi ilə birgə “Konstitusiya və Suverenlik İli” çərçivəsində “Tarixi torpaqlarımıza qayıdış” adlı tədbir keçirilib.

Tədbirdə YAP Yasamal rayon təşkilatının sədri Bəxtiyar Nəbiyev, BDU-nun Tarix fakültəsinin dekanı İbrahim Zeynalov, YAP Yasamal rayonu “Z.Xəlilov küç.33” (BDU) ünvanı üzrə ərazi partiya təşkilatının sədri Zahid Cəfərov, Tarix fakültəsinin kafedra müdirləri, professor-müəllim heyəti və fakültənin tələbələri iştirak edib.

Tədbirdə Azərbaycan Respublikasının Dövlət Himni səsləndirilib. Ulu Öndər Heydər Əliyevin, torpaqlarımızın azadlığı və suverenliyi uğrunda canlarını qurban vermiş şəhidlərimizin əziz xatirəsi bir dəqiqəlik sükutla yad edilib.

“Konstitusiya və Suverenlik İli” ilə əlaqədar videoçarx nümayiş edilib.

İştirakçıları salamlayaraq tədbiri açıq elan edən BDU-nun Tarix fakültəsinin dekanı İbrahim Zeynalov qeyd edib ki, “Konstitusiya və Suverenlik İli” ölkəmizin dövlətçilik tarixində yeni mərhələdir və bu mərhələ tarixi torpaqlarımıza qayıdışla tamamlanır. Ulu Öndər Heydər Əliyevin yaratdığı güclü təməllər üzərində Prezident İlham Əliyev müstəqil Azərbaycanın qüdrətli inkişaf yolunu qurdu. Hərbi, siyasi və diplomatik sahələrdə əldə olunan uğurlar dövlətimizin iradəsini bütün dünyaya göstərdi. 44 günlük Vətən müharibəsində əldə olunan Qələbə xalqımızın şanlı tarixi iradəsinin nəticəsi idi. Bu Zəfər yalnız torpaqlarımızı azad etmədi, həm də milli ləyaqətimizi, suverenliyimizi bərpa etdi. Hazırda işğaldan azad olunmuş ərazilərdə həyata keçirilən bərpa və quruculuq layihələri Böyük Qayıdışın real ifadəsidir. Qarabağ və Şərqi Zəngəzur dirçəlir, həyat yenidən canlanır. Prezident İlham Əliyevin uzaqgörən siyasəti nəticəsində azad torpaqlarımızda müasir yaşayış mühiti formalaşır. Bu proses Azərbaycanın gələcək nəsillərinə daha güclü, daha firavan Vətən bəxş edəcək. Tarixi torpaqlarımıza qayıdış milli birliyin və dövlət müdrikliyinin təntənəsidir.

YAP Yasamal rayon təşkilatının sədri Bəxtiyar Nəbiyev çıxış eədərk qeyd edib ki, “Konstitusiya və Suverenlik İli” çərçivəsində tarixi torpaqlarımıza qayıdış mövzusu xalqımızın milli yaddaşını, qürurunu və mənəvi gücünü bir daha səfərbər edir. Azərbaycan xalqı Ulu Öndər Heydər Əliyevin müəyyən etdiyi müdrik siyasi xətt və Prezident İlham Əliyevin qətiyyətli liderliyi sayəsində tarixi torpaqlarına qayıdış kimi müqəddəs arzunu gerçəkləşdirdi. Bu qayıdış həm milli ruhun, həm də dövlət müdrikliyinin parlaq təntənəsidir. Otuz il düşmən tapdağı altında qalan torpaqlarımızın azadlığı uğrunda mübarizə xalqımızın əzmini, birliyini və dövlətinə sədaqətini nümayiş etdirdi. Qazanılan Zəfər və suverenliyin tam bərpası yalnız hərbi deyil, həm də siyasi, mənəvi və tarixi ədalətin bərpasıdır. Bu Zəfərin təməlində Ulu Öndər Heydər Əliyev ideyalarının, Prezident İlham Əliyevin uğurlu siyasətinin və möhkəm ordu quruculuğunun dayanması danılmaz faktdır. Prezident İlham Əliyevin rəhbərliyi ilə həyata keçirilən Böyük Qayıdış proqramı işğaldan azad olunmuş ərazilərdə həyatın yenidən canlanmasını təmin edir. Azad torpaqlarda quruculuq, bərpa və abadlıq işləri Azərbaycanın gücünü və gələcəyə inamını əyani surətdə göstərir. Şəhər və kəndlərin yenidən qurulması, müasir infrastruktur və yaşıl enerji layihələri dövlətimizin inkişaf yolunu daha da möhkəmləndirir. Tarixi torpaqlarımıza qayıdış həm də milli kimliyimizin bərpası, xalqın qürurunun yenilənməsidir. Bu möhtəşəm proses Azərbaycan tarixinin ən parlaq səhifələrindən biri kimi daim yadda qalacaq.

YAP Yasamal rayonu “Z.Xəlilov küç.33” (BDU) ünvanı üzrə ərazi partiya təşkilatının sədri Zahid Cəfərov bildirb ki, Azərbaycan xalqı tarix boyu azadlıq və ədalət uğrunda mübarizə aparıb və bu gün həmin mübarizənin zirvəsi olan Zəfərin beşinci ildönümü dövrünü yaşayır. Ulu Öndər Heydər Əliyevin əsasını qoyduğu dövlətçilik strategiyası Prezident İlham Əliyev tərəfindən müasir dövrün tələblərinə uyğun inkişaf etdirildi. Bu uzaqgörən siyasət sayəsində ölkəmiz iqtisadi, hərbi və diplomatik sahələrdə böyük nailiyyətlər qazandı. Vətən müharibəsində qazanılan tarixi Qələbə bu uğurların məntiqi nəticəsi oldu. Azad edilən torpaqlarda həyata keçirilən Böyük Qayıdış proqramı xalqımızın doğma yurduna qayıdış sevincini gerçəyə çevirir. Bu torpaqlarda tikilən hər bir məktəb, xəstəxana, ev və yol dövlətimizin yenidənqurma iradəsini əks etdirir. Qarabağ və Şərqi Zəngəzurda həyata keçirilən layihələr gələcəyin müasir, yaşıl və ağıllı şəhərlərinin təməlini qoyur. Bu gün tarixi torpaqlarımıza qayıdış həm də milli ruhun oyanışı, mədəni dirçəlişin başlanğıcıdır. Azərbaycan xalqı bu prosesdə birliyini, dövlətinə inamını daha da gücləndirir. Bu qayıdış Vətən sevgisinin, dövlətə sədaqətin və xalqın qürurunun təntənəsidir.

Tədbirin sonunda bədii hissə təqdim edilib.

Sonda xatirə şəkli çəkdirilib.

Daha ətraflı məlumat və yeniliklər üçün Icma.az saytını izləyin.
seeBaxış sayı:124
embedMənbə:https://sesqazeti.az
archiveBu xəbər 06 Noyabr 2025 10:29 mənbədən arxivləşdirilmişdir
0 Şərh
Daxil olun, şərh yazmaq üçün...
İlk cavab verən siz olun...
topGünün ən çox oxunanları
Hal-hazırda ən çox müzakirə olunan hadisələr

Qəbələ bu gün Qarabağ ı sınağa çəkəcək

21 Dekabr 2025 08:54see249

Bundesliqa futbolçusu İngiltərə klublarının HƏDƏFİNDƏ

21 Dekabr 2025 03:47see223

Ermənistan, Serbiya və Mərkəzi Asiya bankaları Rusiyaya dair nəzarəti sərtləşdirir

21 Dekabr 2025 11:08see182

A Seriyası: Yuventus Roma nı əliboş yola saldı

21 Dekabr 2025 02:02see161

Hökumətlərarası Komissiyası Bakıda toplanacaq KONKRET

21 Dekabr 2025 14:11see156

Natavan istəmir övladı onun çəkdiyini çəksin

21 Dekabr 2025 07:17see155

Azərbaycanda qeyri adi toy FOTO

21 Dekabr 2025 03:49see153

Prezidentin MDB ölkələri liderlərinin qeyri rəsmi sammitində iştirakı gözlənilir

21 Dekabr 2025 00:59see152

Voltemade ilk 20 dəqiqədə “Çelsi”nin qapısına iki qol vuran dördüncü oyunçu olub

21 Dekabr 2025 02:45see149

“Express Bank”dan tələ: “kredit xətti müqaviləsi” nə deməkdir?

21 Dekabr 2025 12:35see148

Mərkəzi oyunu “Yuventus” qazandı

21 Dekabr 2025 02:25see143

Çin Monqolustanla sərhəddə 100 dən çox nüvə raketi yerləşdirib

22 Dekabr 2025 20:02see142

“Güllü”nün qızı həbsdə ilk dəfə danışdı

21 Dekabr 2025 00:55see138

Köhnə ilin son 10 günü: Bizi nə gözləyir? PROQNOZ

21 Dekabr 2025 13:16see138

Hər kəs Makronun xəyanətindən danışır...

21 Dekabr 2025 23:03see134

İlon Mask buna görə dünyada birinci oldu rekordu yenilədi

21 Dekabr 2025 02:44see133

Banklarda zaminlərə TƏLƏ

21 Dekabr 2025 12:06see131

Türkiyədə daha üç məşhur barədə həbs qərarı çıxarıldı

21 Dekabr 2025 02:44see129

ABŞ Venesuela yaxınlığında üçüncü tankeri ələ keçirdi

21 Dekabr 2025 19:59see129

Dünyada yalnız bir ölkə özünü ərzaqla tam təmin edir

22 Dekabr 2025 07:19see127
newsSon xəbərlər
Günün ən son və aktual hadisələri