Icma.az
close
up
RU
Bakı dünyanın maliyyə mərkəzlərindən biri deyil ki, ev qiymətləri bu qədər baha olsun Azərbaycanda özəl xəbərlər, araşdırmalar, təhlillər və müsahibələrin tək ünvanı

Bakı dünyanın maliyyə mərkəzlərindən biri deyil ki, ev qiymətləri bu qədər baha olsun Azərbaycanda özəl xəbərlər, araşdırmalar, təhlillər və müsahibələrin tək ünvanı

Icma.az bildirir, Azxeber.com portalına istinadən.

"Mənzillərin satış qiyməti reallığımızla uzlaşmır. Axı Bakı dünyanın maliyyə mərkəzlərindən biri deyil ki, ev qiymətləri bu qədər baha olsun. Bir çox məsələlərdə də süni faktorlar rol oynayır. Məsələn, indi oxuyuram ki, metro tikintisi üçün nəzərdə tutulan yerlərə yaxın evlər fantastik bahalaşıb. Amma, bahalaşmanın bir bazar etikası da olmalıdır. Təəssüflər olsun ki, Azərbaycanda bahalaşma məsələlərində etik çərçivələr və bazar münasibətləri əsas rol oynaya bilmir. Gərək bunu mütəxəssislər araşdırsınlar".

Bu fikirləri AZXEBER.COM-a açıqlamasında Milli Məclisin deputatı Razi Nurullayev paytaxtda mənzil qiymətlərinin bahalaşmasına münasibət bildirərkən deyib.

Deputatın fikrincə, ölkədə kütləvi şəkildə sosial evlərin tikintisinə ehtiyac var:

"Digər tərəfdən, tələb təklifi üstələyir. Ona görə də kütləvi şəkildə sosial evlərin tikintisinə ehtiyac var. Təklif edirəm ki, iş adamlarına güzəştli şərtlərlə həm bahalı, həm də nisbətən ucuz yerlərdə torpaqlar ayrılsın. Bahalı torpaqlarda tikib, bazar qiymətinə satsınlar, digər yerlərdə isə tikib 5 faiz maya dəyərindən artıq satsınlar. Bu şəkildə sosial ev problemi birdəfəlik həll oluna bilər. Həm də bu kütləvilik bütün şəhər və kəndləri gərək əhatə etsin".

Deputat həmçinin neft fondundan müəyyən vəsaitin ayrılmasını da təklif edərək deyib:

"Digər təklifim isə neft fondundan 1-2 milyard dollar vəsaitin ayrılması və bütün ərazilərdə kütləvi sosial evlərin tikilməsidir. Dövlət həm sosial ev problemini həll etmiş olar, həm də neft fond vəsaitini real iqtisadiyyata yatırmış olar. Bu elə tənzimlənməlidir ki, vətəndaş ayda 300-400 manat ödəməklə ev sahibi ola bilsin. Dövlət də buradan uzunmüddətli sərmayə kimi pul qazana bilər".

Mikayıl Mirzəzadə

Daha ətraflı məlumat və yeniliklər üçün Icma.az saytını izləyin.
seeBaxış sayı:122
embedMənbə:https://azxeber.com
archiveBu xəbər 15 Yanvar 2025 13:44 mənbədən arxivləşdirilmişdir
0 Şərh
Daxil olun, şərh yazmaq üçün...
İlk cavab verən siz olun...
topGünün ən çox oxunanları
Hal-hazırda ən çox müzakirə olunan hadisələr

İbrahim Cəfərovun 70 illik yubileyi qeyd olunub

23 Yanvar 2026 23:15see258

Sülh Şurası BMT yə alternativ olacaq?

23 Yanvar 2026 20:16see242

“İmişli” və “Araz Naxçıvan”dan məhsuldar heç heçə

23 Yanvar 2026 16:55see234

“Xocalı: şahidlər danışır” kitabı qırğız dilində işıq üzü görüb

23 Yanvar 2026 18:54see189

The Washington Post : İranın gələcəyi və Azərbaycan faktoru

24 Yanvar 2026 16:07see187

Adam qələmi atıb, qaçmaz, Şərif Ağayar! Emil Rasimoğlu yazır...

23 Yanvar 2026 13:53see185

Göyçayda sahibkarın 5 milyonluq soyuducu anbarı 35 minə hərraca çıxarıldı VİDEO

23 Yanvar 2026 14:10see183

“53 dollarlıq” qlobal enerji ssenarisi

24 Yanvar 2026 02:04see178

Napoli nin hücumcusu əməliyyat ola bilər

23 Yanvar 2026 14:48see177

Kevin Yakob “Qarabağ”ın transfer siyahısına düşüb

23 Yanvar 2026 18:15see171

5 bankın balans kapitalı 20% dən çox böyüdü rəqiblərini geridə qoydu

24 Yanvar 2026 13:58see161

Kriminal həyat tərzini təbliğ edən 954 sayt bloklanıb

23 Yanvar 2026 16:40see155

Tramp Prezident İlham Əliyev və baş nazir Nikol Paşinyana təşəkkür edib

24 Yanvar 2026 04:20see152

Diplomatiya üçün qapılar hələ tam bağlanmayıb, lakin hərbi mexanizm də artıq geri sayıma başlayıb

24 Yanvar 2026 13:38see151

Neftçalada bir ailə qəzaya düşdü, yeniyetmə oğul öldü

24 Yanvar 2026 16:04see148

Rusiya: Ukrayna ordusu Donbas bölgəsini tərk etməlidir

23 Yanvar 2026 15:18see146

İtaliya A Seriyası: İnter rəqibini qol vurmağa peşman etdi

24 Yanvar 2026 02:53see146

Donald Trampdan İlham Əliyevlə bağlı təşəkkür paylaşımı

24 Yanvar 2026 06:04see143

Andrey Demçenko: İmişli də eyni şərtlərdə oynayırdı

23 Yanvar 2026 17:28see143

Azərbaycan Trampın yaratdığı Sülh Şurasında qərar verən qlobal aktora çevrilir

24 Yanvar 2026 02:53see140
newsSon xəbərlər
Günün ən son və aktual hadisələri