Icma.az
close
up
RU
Bakı Enerji Həftəsi mötəbər qlobal platforma kimi

Bakı Enerji Həftəsi mötəbər qlobal platforma kimi

Icma.az bildirir, Ses qazeti portalına istinadən.

Son otuz ildən artıq dövr ərzində həyata keçirilən məqsədyönlü enerji siyasəti Azərbaycanı regionun əsas enerji mərkəzlərindən birinə, Avrasiyanın mühüm nəqliyyat və logistika qovşaqlarından birinə çevirib. Prezident İlham Əliyevin iyunun 1-də “Bakı Enerji Həftəsi”nin rəsmi açılış mərasimində qeyd etdiyi fikirlər bir daha təsdiqləyir ki, enerji sektoru artıq yalnız iqtisadi sahə deyil, həm də xarici siyasətin, beynəlxalq əməkdaşlığın və geosiyasi sabitliyin mühüm amilinə çevrilib. Bu gün “Bakı Enerji Həftəsi” enerji təhlükəsizliyi, yaşıl enerji keçidi və beynəlxalq tərəfdaşlıq məsələlərinin müzakirə olunduğu qlobal platforma kimi xüsusi əhəmiyyət daşıyır.

1994-cü ildə təşkil olunan ilk Xəzər Neft və Qaz Sərgisi müasir enerji tariximizin dönüş nöqtələrindən biri oldu. Həmin dövrdə beynəlxalq enerji şirkətlərinin Bakıya cəlb olunması və yeni əməkdaşlıq formatlarının yaradılması gələcək inkişafın əsasını qoydu. Sonrakı illərdə bu tədbir daha da genişlənərək “Bakı Enerji Həftəsi”nə çevrildi və dünyanın aparıcı enerji şirkətlərini, dövlət rəsmilərini, ekspertləri və investorları bir araya gətirən beynəlxalq platforma statusu qazandı.
1996-cı ilin iyununda imzalanan “Şahdəniz” müqaviləsi ölkənin qaz strategiyasında yeni mərhələ yaradıb. Dünyanın ən böyük qaz yataqlarından biri hesab olunan bu layihə Azərbaycanın qlobal enerji bazarında mövqeyini gücləndirdi və gələcəkdə Avropanın enerji təhlükəsizliyinə veriləcək töhfələrin əsasını formalaşdırdı. Təsadüfi deyil ki, bu gün “Bakı Enerji Həftəsi”nin əhəmiyyəti dünyanın aparıcı dövlətləri tərəfindən də yüksək dəyərləndirilir.
Enerji siyasətinin uğurlarından danışarkən təbii sərvətlərdən əldə olunan gəlirlərin səmərəli idarə olunması xüsusi qeyd edilməlidir. Son illərdə enerji layihələrindən əldə olunan vəsaitlər iqtisadiyyatın inkişafına, infrastrukturun yenilənməsinə, sosial rifahın yüksəldilməsinə və müdafiə potensialının gücləndirilməsinə yönəldilib. Prezident İlham Əliyevin çıxışında vurğuladığı kimi, enerji gəlirləri hesabına güclü iqtisadi baza yaradılıb və bu baza müasir dövlət quruculuğunun mühüm dayağına çevrilib. Məhz bu imkanlar nəticəsində müasir ordu formalaşdırılıb, müdafiə qabiliyyəti gücləndirilib və ərazi bütövlüyünün təmin olunması istiqamətində tarixi nailiyyət əldə edilib.
44 günlük Vətən müharibəsində qazanılan Zəfər xalqın iradəsinin, ordunun peşəkarlığının və güclü iqtisadi imkanların vəhdətinin nəticəsi idi. Bu fakt bir daha sübut edir ki, enerji siyasəti yalnız iqtisadi inkişaf deyil, həm də milli təhlükəsizlik məsələsidir.
Müasir dünyada enerji təhlükəsizliyi beynəlxalq münasibətlərin əsas istiqamətlərindən birinə çevrilib. Dünyanın müxtəlif bölgələrində baş verən geosiyasi proseslər və enerji bazarlarındakı dəyişikliklər etibarlı enerji tərəfdaşlarının əhəmiyyətini daha da artırır. Azərbaycan bu sahədə uzunmüddətli və ardıcıl siyasət həyata keçirərək etibarlı təchizatçı imici formalaşdırıb. Bakı–Tbilisi–Ceyhan neft kəməri, Bakı–Supsa marşrutu, Cənubi Qafqaz Boru Kəməri, TANAP və TAP layihələri nəticəsində Xəzər hövzəsinin enerji resursları dünya bazarlarına təhlükəsiz şəkildə çatdırılır. Təxminən 3500 kilometr uzunluğunda olan Cənub Qaz Dəhlizi bu gün Avropanın enerji təhlükəsizliyinin vacib komponentlərindən biridir. Bu layihənin reallaşdırılması təkcə iqtisadi deyil, həm də siyasi baxımdan böyük uğur hesab olunur. Çünki müxtəlif dövlətlərin və şirkətlərin maraqlarını birləşdirən belə layihələrin həyata keçirilməsi yüksək səviyyəli diplomatik fəaliyyət tələb edir.
Prezident İlham Əliyevin çıxışında diqqət çəkən məqamlardan biri də qaz ixrac olunan ölkələrin sayının artması oldu. Hazırda Azərbaycan qazı 16 ölkəyə ixrac edilir və onların 10-u Avropa İttifaqının üzvüdür. Bu göstərici Azərbaycanın Avropa enerji bazarında mühüm mövqeyə malik olduğunu təsdiqləyir. Bir çox dövlətlər enerji təhlükəsizliyinin təmin olunmasında Azərbaycanla əməkdaşlığı strateji əhəmiyyətli hesab edirlər. Bu əməkdaşlıq yalnız mövcud layihələrlə məhdudlaşmır. Yeni yataqların işlənməsi və əlavə hasilat imkanlarının yaradılması gələcəkdə ixrac coğrafiyasının daha da genişlənməsinə şərait yaradacaqdır. Dövlətimizin başçısının qeyd etdiyi kimi, bizim qlobal enerji təhlükəsizliyinə töhfəmiz, əlbəttə ki, artacaqdır: “Düzgün enerji siyasəti bizə Azərbaycandan xaricə sərmayə yatırmağa imkan verdi. Otuz il bundan əvvəl biz investorları cəlb edirdik. İndi isə öz investisiyalarımızla xaricə çıxırıq. Bu gün Dövlət Neft Şirkəti – SOCAR Yaxın Şərq, Afrika və Mərkəzi Asiyaya investisiya yatırır və bu coğrafiya daha da genişlənəcək”.
Mövcud qaz ehtiyatlarının uzunmüddətli perspektivdə enerji təminatını tam qarşılamaq imkanına malik olmasına baxmayaraq, Azərbaycan yaşıl enerji keçidinə xüsusi önəm verir. Bu siyasət qlobal iqlim çağırışlarına uyğun olaraq həyata keçirilir və enerji balansının şaxələndirilməsinə xidmət edir. Dövlətimizin başçısının qeyd etdiyi kimi, artıq bir sıra layihələrimiz istismar mərhələsindədir: “Gələn ilin sonunadək Günəş və külək enerjisi üzrə ümumi gücümüz 2 giqavata çatacaq. 2032-ci ilin sonunadək isə bu göstərici 8 giqavat təşkil edəcək. Əgər fəal şəkildə inkişaf etdirdiyimiz hidroenerji potensialını da nəzərə alsaq, xüsusilə Qarabağda və Şərqi Zəngəzurda artıq 300 meqavatdan çox güc istifadəyə verilmişdir. Bu da ölkəmiz üçün əlavə enerji potensialı yaradır. Həmin potensial neft və qaz ixracımızı tamamlayan bir mənbəyə çevriləcəkdir”.
Prezident İlham Əliyevin çıxışında vurğulanan məsələlərdən biri də nəqliyyat dəhlizlərinin inkişafı oldu. Şərq-Qərb nəqliyyat dəhlizi artıq uğurla fəaliyyət göstərir və Avrasiyanın əsas ticarət marşrutlarından birinə çevrilib. Eyni zamanda Zəngəzur dəhlizinin reallaşması regionun nəqliyyat imkanlarını daha da genişləndirəcək. Bu layihə yalnız iqtisadi deyil, həm də geosiyasi baxımdan böyük əhəmiyyət daşıyır. Yeni marşrutlar ticarət dövriyyəsinin artmasına, regional əməkdaşlığın genişlənməsinə və Avrasiya məkanında iqtisadi inteqrasiyanın dərinləşməsinə töhfə verəcəkdir. Bütün bu nailiyyətlərin əsasında uğurlu diplomatiya dayanır. Dənizə birbaşa çıxışı olmayan bir dövlət kimi Azərbaycanın enerji resurslarını dünya bazarlarına çatdırması, beynəlxalq nəqliyyat dəhlizlərinin əsas iştirakçısına çevrilməsi və geniş tərəfdaşlıq şəbəkəsi yaratması məhz balanslaşdırılmış xarici siyasətin nəticəsidir.
Prezident İlham Əliyevin “Bakı Enerji Həftəsi” çərçivəsində çıxışı Azərbaycanın enerji siyasətinin artıq yalnız enerji sektorunun inkişafına deyil, bütövlükdə iqtisadi qüdrətin, beynəlxalq nüfuzun, nəqliyyat imkanlarının və regional əməkdaşlığın genişlənməsinə töhfə verdiyini bir daha nümayiş etdirir. Bu gün ölkə etibarlı enerji tərəfdaşı, mühüm tranzit mərkəzi və yaşıl enerji keçidinin fəal iştirakçısı kimi qlobal proseslərdə mühüm rol oynayır. Enerji diplomatiyasının uğurları, genişlənən beynəlxalq tərəfdaşlıq əlaqələri, yeni nəqliyyat marşrutları və yaşıl enerji layihələri qarşıdakı illərdə də Azərbaycanın strateji əhəmiyyətini artıracaq, onu Avrasiyanın aparıcı enerji və logistika mərkəzlərindən biri kimi daha da möhkəmləndirəcəkdir.

Nurlan Həsənov
Milli Məclisin deputatı

Ən son yeniliklər və məlumatlar üçün Icma.az saytını izləyin, biz hadisənin gedişatını izləyirik və ən aktual məlumatları təqdim edirik.
seeBaxış sayı:96
embedMənbə:https://sesqazeti.az
archiveBu xəbər 03 İyun 2026 11:22 mənbədən arxivləşdirilmişdir
0 Şərh
Daxil olun, şərh yazmaq üçün...
İlk cavab verən siz olun...
topGünün ən çox oxunanları
Hal-hazırda ən çox müzakirə olunan hadisələr

Hakan Fidan: “İrana hərbi müdaxilə həll yolu deyil”

24 Oktyabr 2026 14:29see530

Barselona Real : hansı kanallarda?

25 Oktyabr 2026 23:55see287

Gələcəyə inamını itirən gənclik Niyə yatırım etmək əvəzinə kor koranə pul xərcləyirlər?

24 Oktyabr 2026 15:01see280

Mask "Starlink"i Ukrayna üçün niyə bağladığını açıqladı

25 Oktyabr 2026 00:38see276

Qubadlının işğaldan azad olunmasından 6 il ötür

25 Oktyabr 2026 00:07see269

Qavi El Klasiko öncəsi “Real Madrid”dən ehtiyat etdiyini gizlətməyib

25 Oktyabr 2026 00:32see268

Qazaxıstanlı filosoflar AMEA da elmi nəzəri təcrübə keçiblər

24 Oktyabr 2026 16:08see262

Ronaldo tarixə düşdü

24 Oktyabr 2026 04:57see255

Zeytun Festivalında estrada ulduzlarının konserti olub

24 Oktyabr 2026 23:08see237

Bağırsaqlar üçün faydalı QİDALAR

25 Oktyabr 2026 00:37see234

Bundesliqa: Bremenlilər dramatik matçda sevindi

25 Oktyabr 2026 00:13see234

Zeytun Festivalı əyləncəli proqramla yadda qalıb FOTOLAR

25 Oktyabr 2026 00:33see230

Gəzdikcə doymadığın, ayrıldıqca darıxdığın şəhər REPORTAJ

24 Oktyabr 2026 13:48see221

Prezident millinin qollarından danışdı: Hamısı gözəl idi...

25 Oktyabr 2026 00:12see220

Piyada keçidində 3 nəfərin vurulduğu qəzanın ANBAAN VİDEOSU

24 Oktyabr 2026 15:35see220

Zeytunla başlayan, musiqi ilə davam edən gün Fotolar

24 Oktyabr 2026 18:13see213

Azərbaycanda istehsal olunan dərmanlar SİYAHI

24 Oktyabr 2026 17:56see211

Dövlət Bağçalının Azərbaycana qarşı mövqeyi alqışa layiqdir Politoloq

24 Oktyabr 2026 21:51see210

Restoran biznesi çökür 700 minlik iddia

24 Oktyabr 2026 14:11see208

Heyva doğrandıqdan sonra niyə qaralır? Rəngini qorumağın praktik yolları

25 Oktyabr 2026 00:38see206
newsSon xəbərlər
Günün ən son və aktual hadisələri