Icma.az
close
up
RU
Bakı etibarlı və uzunmüddətli tərəfdaş statusunu möhkəmləndirir

Bakı etibarlı və uzunmüddətli tərəfdaş statusunu möhkəmləndirir

Modern.az portalından verilən məlumata əsasən, Icma.az bildirir.

"Prezident İlham Əliyevin Cənub Qaz Dəhlizi və Yaşıl Enerji Məşvərət Şuraları çərçivəsində etdiyi çıxış Azərbaycanın müasir dünya enerji xəritəsində tutduğu mövqeni və qarşıdakı onilliklər üçün müəyyənləşdirdiyi strateji yol xəritəsini aydın şəkildə ortaya qoyur. Bu nitq təkcə görülən işlərin hesabatı deyil, eyni zamanda ölkənin enerji diplomatiyasının yeni keyfiyyət mərhələsinə qədəm qoyduğunu təsdiqləyən siyasi bəyanatdır".

Modern.az xəbər verir ki, bunu Milli Məclisin deputatı Azər Kərimli deyib.

Deputatın sözlərinə görə Prezidentin çıxışında diqqətçəkən məqamlardan biri Azərbaycan qazını idxal edən ölkələrin sayının 16-ya çatmasıdır:

"Xüsusilə boru kəmərləri vasitəsilə qaz tədarükünün coğrafiyasına görə Azərbaycanın dünyada aparıcı mövqeyə yüksəlməsi Bakının etibarlı və uzunmüddətli tərəfdaş statusunu möhkəmləndirir. Tədarük marşrutlarının Avropa hüdudlarını aşaraq Suriya kimi regionlara qədər genişlənməsi isə Azərbaycanın yalnız kommersiya maraqları ilə deyil, eyni zamanda sosial və humanitar məsuliyyət amili ilə çıxış edən enerji aktoru olduğunu göstərir.

Prezident çıxışında yaxın perspektiv üzrə konkret hasilat hədəfləri də açıqlanir. Bunlara “Azəri-Çıraq-Günəşli” yatağının dərin qaz laylarının işlənməsi, “Abşeron” yatağının ikinci mərhələsi çərçivəsində hasilatın üç dəfə artırılması, eləcə də “Şahdəniz” və “Ümid” yataqları üzrə yeni mərhələlərin reallaşdırılması daxildir. Bu layihələr hesabına qaz hasilatının əlavə olaraq 10–15 milyard kubmetr artırılması proqnozlaşdırılır. Bununla yanaşı, dövlət başçısı prinsipial bir məqama diqqət çəkir: Artan hasilat yalnız o halda real iqtisadi effekt verə bilər ki, Cənub Qaz Dəhlizinin ötürücülük qabiliyyəti artırılsın və interkonnektor şəbəkəsi genişləndirilsin. Bu isə enerji diplomatiyasının növbəti mərhələdə daha intensiv koordinasiya tələb edildiyini göstərir.

Çıxışda yaşıl enerji keçidi ayrıca və strateji prioritet kimi təqdim olunur. Azərbaycan zəngin qaz ehtiyatlarına malik olsa da, enerji siyasətini yalnız ənənəvi enerji resursları üzərində qurmaq niyyətində deyil. “ACWA Power” və “Masdar” kimi qlobal şirkətlərlə əməkdaşlıq, 2032-ci ilə qədər 6–8 giqavat bərpaolunan enerji gücünün yaradılması hədəfi ölkənin ekoloji öhdəliklərinə və uzunmüddətli enerji transformasiyasına sadiqliyini nümayiş etdirir. Prezidentin vurğuladığı “praqmatizm və realizm” yanaşması – yəni qaz və yaşıl enerjinin paralel inkişafı – hazırkı qlobal enerji böhranı fonunda ən rasional model kimi qiymətləndirilə bilər".

Azər Kərimli bildirib ki, Azərbaycan artıq yalnız xammal ixracatçısı deyil, həm də beynəlxalq enerji infrastrukturunda pay sahibi və investor kimi çıxış edir:

"Türkiyədə 870 MVt gücündə elektrik stansiyasının alınması, Serbiya ilə yeni elektrik stansiyasının tikintisinə dair razılaşma, həmçinin İtaliya və Türkiyədə ümumi gücü 22 milyon ton olan neftayırma müəssisələrində iştirak ölkənin enerji zəncirinin müxtəlif həlqələrində mövqelərini gücləndirir. Bu strategiya gəlir mənbələrinin şaxələndirilməsinə və Avropanın enerji təhlükəsizliyində Azərbaycanın rolunun sistemli şəkildə artmasına xidmət edir.

ABŞ ilə imzalanmış Strateji Tərəfdaşlıq Xartiyası çərçivəsində enerji, süni intellekt və data mərkəzləri sahəsində əməkdaşlıq perspektivlərinin genişlənməsi isə Azərbaycanın enerji siyasətini texnoloji modernizasiya ilə uzlaşdırmaq niyyətini göstərir. Dünyanın aparıcı gücü ilə bu səviyyəli tərəfdaşlıq ölkənin regional geosiyasi çəkisini daha da artırır və enerji təhlükəsizliyini milli təhlükəsizlik konsepsiyası ilə birbaşa əlaqələndirir.

Ümumilikdə, Prezident İlham Əliyevin çıxışı Azərbaycanın enerji suverenliyinin möhkəmləndirilməsi, işğaldan azad edilmiş ərazilərin hidroenerji potensialının iqtisadi dövriyyəyə cəlb edilməsi və Xəzər hövzəsini Avropa ilə birləşdirən “yaşıl körpü” modelinin formalaşdırılması istiqamətində ardıcıl siyasi iradəni əks etdirir".

Daha ətraflı məlumat və yeniliklər üçün Icma.az saytını izləyin.
seeBaxış sayı:152
embedMənbə:https://modern.az
archiveBu xəbər 04 Mart 2026 09:56 mənbədən arxivləşdirilmişdir
0 Şərh
Daxil olun, şərh yazmaq üçün...
İlk cavab verən siz olun...
topGünün ən çox oxunanları
Hal-hazırda ən çox müzakirə olunan hadisələr

İlk görüşdə tez soyuyan 4 bürc: Bir cümlə belə hər şeyi dəyişə bilər

03 Oktyabr 2026 03:54see260

İlham Əliyev: “Heç kim bizə əl uzatmayıb, silahları da öz pulumuzla almışıq” VİDEO

02 Oktyabr 2026 21:29see252

Fransada Mbappenin PSJ ilə bağlı şikayətinə xitam verildi

03 Oktyabr 2026 02:43see231

Tramp: İranın işləri yaxşı getmir

03 Oktyabr 2026 02:02see227

Fransa millisinin Zidanla “quru” seriyası başa çatdı

03 Oktyabr 2026 01:55see225

Xaçmazda ağır qəza: Üç nəfər xəsarət aldı FOTO

02 Oktyabr 2026 23:28see221

Çağlar Ertuğrulun ev qiymətinə olan saatı (Foto)

02 Oktyabr 2026 21:23see217

Kofeinlə bağlı yeni KƏŞF: Qəhvə sevənlər bunu mütləq oxusun

02 Oktyabr 2026 21:02see217

Röya: “Baldır Yar” (Foto/Video)

02 Oktyabr 2026 20:32see215

Levandovski yeddi ildən sonra Polşa millisində het trik etdi

03 Oktyabr 2026 01:39see203

Prezidentin qurultaydakı mesajları Azərbaycanın müstəqil siyasət kursunun davamlılığını göstərir Fərid Şa…

02 Oktyabr 2026 22:29see195

Yağışlı hava ilə bağlı bu yolda sürət həddi endirilib

02 Oktyabr 2026 23:53see193

Çağla Bozun narkotik testi müsbət çıxdı: Saçında kokain aşkarlanıb

04 Oktyabr 2026 01:38see188

Rusiyanın zərbəsi nəticəsində Ukraynada nəhəng dərman anbarı yandı

03 Oktyabr 2026 00:38see182

Millətlər Liqası: İngiltərədən darmadağın, İspaniyadan növbəti qələbə

04 Oktyabr 2026 00:43see179

Girnə sahillərində batan gəminin daha bir sərnişinin meyiti tapılıb

04 Oktyabr 2026 05:27see177

Çox çəki atan kouçdan bədən şəkilləndirmə etirafı VİDEO

02 Oktyabr 2026 19:56see171

Azərbaycanda neçə cüzamlı xəstə var?

03 Oktyabr 2026 01:32see167

Respublika Stadionunda möhtəşəm pankartlar FOTO

03 Oktyabr 2026 20:18see160

Ən zərərli qida məhsulu müəyyən edildi

04 Oktyabr 2026 09:48see158
newsSon xəbərlər
Günün ən son və aktual hadisələri