Bakı Gəmiqayırma Zavodunda inşa olunan sərnişin gəmilərinin tikinti işlərinin icra vəziyyəti açıqlanıb
Azertag saytından alınan məlumata görə, Icma.az bildirir.
Bakı, 29 sentyabr, AZƏRTAC
“AZCON Holding”in şirkətlərindən olan “Azərbaycan Xəzər Dəniz Gəmiçiliyi” QSC-nin (ASCO) sifarişi əsasında Bakı Gəmiqayırma Zavodunda (BGZ) inşa olunan sərnişin gəmilərinin tikintisi qrafikə uyğun şəkildə davam edir.
ASCO-dan AZƏRTAC-a bildirilib ki, üç yeni sərnişin gəmisindən ikisinin sifarişi üzrə işlərin artıq 31 faizi, üçüncü gəminin isə 28 faizdən çoxu tamamlanıb.
Hər biri 50 sərnişin tutumuna malik olan gəmilərin uzunluğu 42, eni 8 metr təşkil edəcək. Sərnişin gəmiləri beynəlxalq standartlara tam uyğun şəkildə, yüksək təhlükəsizlik, enerji səmərəliliyi, ekoloji davamlılıq və komfort tələbləri nəzərə alınmaqla layihələndirilib. Bu gəmilər neft-qaz sektorunda çalışan mütəxəssislərin daşınması üçün nəzərdə tutulub. Layihənin icrası Xəzərdə neft-qaz sahəsində aparılan işlərdə dəniz nəqliyyatı xidmətlərinin keyfiyyətinin yüksəldilməsinə mühüm töhfə verəcək.
Qeyd edək ki, bu gəmilərin təhvil verilməsi ilə BGZ-də ASCO üçün inşa edilmiş gəmilərin sayı 6-ya çatacaq. Bundan öncə, 2016-cı ildə sözügedən Zavodda “Üfüq”, “Zəfər” və “Turan” adlı gəmilər tikilərək ASCO-ya təhvil verilib və həmin gəmilər uğurla istismar edilirlər.
Bu mövzuda digər xəbərlər:
Baxış sayı:72
Bu xəbər 29 Sentyabr 2025 18:15 mənbədən arxivləşdirilmişdir



Daxil ol
Xəbərlər
Hava
Maqnit qasırğaları
Namaz təqvimi
Qiymətli metallar
Valyuta konvertoru
Kredit Kalkulyatoru
Kriptovalyuta
Bürclər
Sual - Cavab
İnternet sürətini yoxla
Azərbaycan Radiosu
Azərbaycan televiziyası
Haqqımızda
TDSMedia © 2025 Bütün hüquqlar qorunur







Günün ən çox oxunanları



















