Icma.az
close
up
RU
Menu

​Binəqədidə sakinlər internetsiz qaldı X günü yaxınlaşıb bəlkə... (VİDEO)

Enerjiyə qənaət gələcəyin təhlükəsizliyinə, dünyanın sabahına qoyulan sərmayə

Xırdalanda səkiyə dəmir dirəklər basdırıldı, piyadalar avtomobil yoluna çıxdılar

COP31 də Antalya konfransı Bakıda əldə olunmuş razılaşmaları davam etdirir (Video)

Minimum istehlak səbəti niyə yenilənmir? SİYAHI

Təmirə bağlanan xəstəxana hansı ünvana köçür? VİDEO

Merson Alonsonun Estevao qərarını tənqid etdi

Bitki yağının təbii olub olmadığnı necə müəyyən etmək olar? EKSPERT AÇIQLADI

Zobu olanlar xurma yesin Təsiri

Qazaxıstan COP31 də Azərbaycan və Özbəkistanla birlikdə yaşıl enerji dəhlizi layihəsini təşviq edir.

Arıqlama dərmanları görmənin itirilməsi riskini artıra bilər Xəbərdarlıq

ABŞ Nümayəndələr Palatası Heqsetə qarşı impiçment təşəbbüsünü təxirə salıb

Ucuz qiymətə onlarla maşının satışa çıxarılacağı tarix açıqlandı SİYAHI

Çinlilər toyuğun bu hissələrini yemir Səbəb

“Səhiyyə sistemində islahatların nəticələri yaxın mərhələdə daha aydın görünəcək” DEPUTAT

Gülağası Mirzəyev: Balet artistinin səhnədəki zərif hərəkətlərinin arxasında illərin zəhməti dayanır

Əraqçi ABŞ nin 20 milyon dollarlıq təklifinə görə BMT və AEBA ya etiraz məktubu ünvanlayıb

“Şahdəniz” neft sənayemizin şahanə yatağı

Valideynlərə xəbərdarlıq: Uşaqlara dərmanı qaşıqla verməyin

Bred Pittin toy günü verdiyi qəribə vəd illər sonra üzə çıxdı

Bakı Hanoy: Yarım əsrdən artıq tarixə malik dostluq münasibətləri

Bakı Hanoy: Yarım əsrdən artıq tarixə malik dostluq münasibətləri

Yeniazerbaycan saytından verilən məlumata görə, Icma.az xəbər verir.

Daim müstəqillik, suverenlik prinsiplərindən çıxış edən Azərbaycan özünün multiregional xarici siyasət kursunda  həm yaxın, həm də uzaq coğrafiyalarda yerləşən ölkələrlə münasibət?ərini qarşılıqlı hörmət və maraqlar əsasında genişləndirməyə çalışır. Belə ölkələrdən biri də Vyetnamdır. Prezident İlham Əliyevin bu günlərdə Vyetnam Sosialist Respublikasının “Vietnam News Agency” agentliyinə müsahibəsində bildirdiyi kimi, Azərbaycanı və Vyetnamı yarım əsrdən artıq tarixə malik dostluq münasibətləri birləşdirir.

Çətin sınaqlardan keçən ölkə

Vyetnamı çətin sınaqlardan keçən ölkə kimi də səciyyələndirmək mümkündür. Vyetnam xalqı cari il aprelin 30-da Vyetnam müharibəsinin başa çatmasının 50 illiyini təntənə ilə qeyd etdi. Söhbət tarixi nəticələrlə - Vyetnamın birləşdirilməsi ilə başa çatan müharibədən gedir. Ölkənin bütövlüyünün təmin edilməsi heç də asan başa gəlməyib. Vyetnam xalqı böyük fədəkarlıqlar göstərməklə XIX və XX əsrlərdə Fransa müstəmləkəçiliyinin, digər istilaçı dövlətlərin hərbi müdaxiləsinin məşəqqətlərini arxada qoymağı bacarıb. Hazırda ölkə inkişaf dövrünü yaşayır. Vyetnamın keçdiyi şərəfli yolda dost ölkələrin və xalqların hərtərəfli dəstəyi əvəzsiz olub. Qürur hissi ilə demək olar ki, Vyetnamın müharibədən sonrakı bərpasına, xüsusən də neft-qaz sənayesinin qurulmasına Azərbaycan xalqı da sanballı töhfələr verib.

Bu dəstəyin, habelə xalqlarımız arasında dostluğun yaranmasının tarixi 1959-cu ilə gedib çıxır. Ölkəsinin bərpası ilə əlaqədar dost dəstəyi üçün keçmiş Sovet İttifaqına səfər edən Vyetnamın ovaxtkı Prezidenti Ho Şi Min ölkəsinin əsas təbii sərvətlərindən olan neft yataqlarının kəşfiyyatı və işlənməsi üçün yollar axtarırdı. Bu axtarış onu həmin il iyulun 23-də Bakıya gətirir.

Əslində, Ho Şi Minin Bakı səfərini Vyetnamın neft-qaz sənayesinin başlanğıcı hesab etmək olar. Çünki həqiqətən də tam azad olandan və birləşəndən sonra Vyetnamda neft-qaz sənayesinin qurulmasında Azərbaycan neftçiləri tarixi xidmətlər göstəriblər. Vyetnamın neft yataqlarının kəşfiyyatı və işlənilməsi məqsədilə 1981-ci ildə “Vietsovpetro” Sovet-Vyetnam birgə müəssisəsi yaradılır və Vyetnamın neft yataqlarının kəşfiyyatı, hasilatı üçün Azərbaycanın qabaqcıl neft mühəndisləri, geoloqları, ixtisaslaşmış işçiləri Vyetnama ezam olunurlar. Bundan başqa, Azərbaycandan bu ölkəyə neft sənayesinə aid xeyli sayda texnika və avadanlıq gətirilir. Şirkətin 1981-1984-cü illərdə ilk baş direktoru azərbaycanlı mütəxəssis Cəlal Məmmədov, geologiya bölməsinin ilk rəhbəri isə Müslüm Vəliyev olub.

Qarşılıqlı səfərlərlə möhkəmlənən dostluq

Azərbaycanla Vyetnam arasında dostluq münasibətlərinnin möhkəmlənməsində qarşılıqlı səfərlərin xüsusi rolu olub. Prezident İlham Əliyev bəhs olunan müsahibəsində o dövrdə SSRİ Nazirlər Soveti sədrinin birinci müavini vəzifəsini tutan Azərbaycanın Ümummilli Lideri Heydər Əliyevin 1983-cü ildə Vyetnamda səfərdə olmasını xatırladıb.

Böyük siyasətçi Heydər Əliyev Vyetnamın birləşməsindən sonra bu ölkəyə səfər edən ilk yüksəkvəzifəli xarici dövlət rəsmisi idi. Əslində, həmin səfərin Vyetnam üçün olduqca böyük, başqa sözlə, həyati əhəmiyyəti var idi. Çünki qanlı müharibədən sonra təzəcə sabitlik və inkişaf yoluna qədəm qoyan Vyetnam regionda gedən geosiyasi proseslər fonunda yenə ciddi təhdidlə üzləşmişdi. Belə bir məqamda dahi Heydər Əliyevin səfəri Vyetnam xalqı və hökuməti üçün böyük dəstək ifadə edirdi. Məhz həmin səfərdən sonra Heydər Əliyev sovet rəhbərliyini Vyetnama iqtisadi və elmi-texniki kömək göstərməyin zəruriliyinə inandıra bilmişdi. Onun səyləri, Bakıdan gətirilən əlavə azərbaycanlı mütəxəssislərin və texnikanın cəlb edilməsi nəticəsində Vyetnamda ilk neft proqnozlaşdırıldığından xeyli əvvəl - 1986-cı ilin iyununda hasil edilir. Heydər Əliyevin 42 il əvvəl sovet nümayəndə heyətinin rəhbəri kimi Vyetnama səfəri təkcə keçmiş SSRİ ilə Vyetnam arasında münasibətlərin dərinləşməsi baxımından deyil, həm də Vyetnam xalqının Azərbaycana isti münasibətinin formalaşmasında xüsusi rol oynayıb.

Azərbaycanla Vyetnam arasında dostluq münasibətləri məhz həmin təmələ söykənərək uğurla inkişaf edir. Prezident İlham Əliyev 2014-cü ildə Vyetnama dövlət səfərinə getməsini və 2015-ci ildə Vyetnam Sosialist Respublikasının Prezidenti Çıonq Tan Şanqın Azərbaycana rəsmi səfərə gəlməsini xatırladıb. Bildirldiyi kimi, bu səfərlər iki dövlət arasında münasibətlərdə yeni səhifə açıb və onların gələcək inkişafına təkan verib.

İqtisadi sahədə böyük əməkdaşlıq potensialı

Azərbaycanla Vyetnam arasında dövlətlərarası münasibətlər hər iki tərəfdən xoş mərama əsaslanır.  Xarici işlər nazirliklərinin xətti ilə siyasi məsləhətləşmələr aparılır. Onlardan sonuncusu bu il aprelin ikinci yarısında keçirilib. Hər iki ölkənin parlamentlərində parlamentlərarası əlaqələr üzrə işçi qrupları fəaliyyət göstərir. Prezident İlham Əliyevin bildirdiyi kimi, ölkələrimiz ən böyük beynəlxalq təşkilatlar, o cümlədən Qoşulmama Hərəkatı və BMT çərçivəsində səmərəli əməkdaşlıq edir. Hakim partiyalar arasında əməkdaşlıq da iki ölkənin münasibətlərinin inkişafına təkan verir. 2023-cü ilin noyabrında Hanoyda Yeni Azərbaycan Partiyası ilə Vyetnam Kommunist Partiyası arasında Əməkdaşlıq Sazişi imzalanıb.

Getdikcə intensivləşən fəal siyasi dialoq həmçinin iqtisadi sahədə müxtəlif istiqamətləri əhatə edən əməkdaşığa güclü təkan verir. Prezident Çıonq Tan Şanqın səfəri çərçivəsində rəsmi şəxslərlə yanaşı, neft-qaz, energetika, inşaat, informasiya-kommunikasiya, maliyyə, sənaye, ticarət, turizm, nəqliyyat, əczaçılıq və digər sahələrin işgüzar dairələrinin iştirakı ilə Birinci Azərbaycan-Vyetnam biznes forumu keçirilib. Eyni zamanda, müxtəlif sahələrdə əməkdaşlığın inkişafı, qarşılıqlı fəaliyyətin yeni istiqamətlərinin müəyyənləşdirilməsi məqsədilə iqtisadi, ticarət, elmi və texniki əməkdaşlıq üzrə Azərbaycan-Vyetnam Hökumətlərarası Komissiyası yaradılıb. “Azərbaycan Vyetnamla iqtisadi və ticari əlaqələrin inkişafına böyük əhəmiyyət verir. 2024-cü ildə iki ölkə arasında əmtəə dövriyyəsinin həcmi 223,93 milyon ABŞ dolları olub. Sözsüz ki, bizim bu göstəricini gələcəkdə də artırmaq üçün potensialımız mövcuddur”, - deyə dövlətimizin başçısı vurğulayıb.

Ölkələrimiz neft sahəsində də qarşılıqlı fəaliyyət göstərirlər. 2019-cu ildə Vyetnamı təmsil edən “Binh Son Refinery and Petrochemical Company” ilə SOCAR arasında müqavilə imzalanıb.

Heydər Əliyev Fondunun Vyetnamla bağlı layihələri

Azərbaycanın Vyetnama dəstəyi təkcə neft sənayesi mütəxəssisləri və avadanlıq göndərməkdən ibarət olmayıb. Sovet dövründə minlərlə vyetnamlı Dövlət Neft və Sənaye Universiteti başda olmaqla Azərbaycanda müxtəlif sahələr üzrə təhsil alıblar. Onlar ölkələrinə qayıtdıqdan sonra müxtəlif vəzifələrdə çalışaraq, Vyetnamın inkişafına töhfələr veriblər. Azərbaycanın Vyetnamda səfirliyi açılandan sonra Bakının vyetnamlı məzunları səfirliyimizin dəstəyi ilə təşkilatlanaraq, Azərbaycan-Vyetnam Dostluq Assosiasiyası yaradıblar.

Perspektivdə Azərbaycanla Vyetnam arasında münasibətlər müxtəlif istiqamətlərdə genişəndirlə bilər. Prezident İlham Əliyev müsahibəsində bir sıra mühüm istiqamətlər sadalayıb ki, onların sırasında təhsilə xüsusi diqqət çəkib. “Əlbəttə, təhsil sahəsi. Həmişə olduğu kimi, Vyetnamdan tələbələrin gəlmələrinə şad olacağıq. Onlar Qoşulmama Hərəkatına üzv ölkələrin vətəndaşları üçün Azərbaycanın təklif etdiyi qrantlar və təqaüdlər çərçivəsində təhsil proqramlarından istifadə edə bilərlər”, - deyə dövlətimizin başçısı vurğulayıb.

Mədəni-humanitar əməkdaşlıqdan bəhs edərkən Azərbaycanın birinci xanımı Mehriban Əliyevanın rəhbərlik etdiyi Heydər Əliyev Fondunun Vyetnamla bağlı layihələrini xüsusi vurğulamaq lazımdır. Vyetnamın Hazianq əyalətində ucqar yaşayış məntəqələrindən olan Ziap Çunq qəsəbəsində ibtidai məktəb binasının inşası Heydər Əliyev Fondunun xeyirxahlıq missiyasının göstəricisi olmaqla yanaşı, Azərbaycanın Vyetnam ilə münasibətlərə verdiyi əhəmiyyətin təzahürüdür. Bu günlərdə Fondun vitse-prezidenti Leyla Əliyeva Vyetnamda səfərdə ikən Heydər Əliyev Fondunun xeyirxah missiyasının daha bir təzahürü olaraq görmə qabiliyyəti məhdud şəxslər üçün orta məktəbə, Hanoy Ticarət və Turizm Kollecinə qurumun maliyyə dəstəyi təqdim edilib. Leyla Əliyevanın səfəri zamanı Vyetnam Sosialist Respublikasının vitse-prezidenti Vo Ti An Suan və Vyetnam Kommunist Partiyası Mərkəzi Komitəsinin Baş katibinin xanımı No Fon Li ilə görüşlərində xalqlar arasında əlaqələrin, o cümlədən qeyri-hökumət təşkilatları səviyyəsində əməkdaşlığın vacibliyi vurğulanıb.

Mübariz ABDULLAYEV

Sonrakı hadisələr barədə daha çox məlumat almaq üçün Icma.az saytını izləyin.
seeBaxış sayı:176
embedMənbə:https://yeniazerbaycan.com
archiveBu xəbər 08 May 2025 10:30 mənbədən arxivləşdirilmişdir
0 Şərh
Daxil olun, şərh yazmaq üçün...
İlk cavab verən siz olun...
topGünün ən çox oxunanları
Hal-hazırda ən çox müzakirə olunan hadisələr

​Binəqədidə sakinlər internetsiz qaldı X günü yaxınlaşıb bəlkə... (VİDEO)

10 Noyabr 2026 22:07see375

Enerjiyə qənaət gələcəyin təhlükəsizliyinə, dünyanın sabahına qoyulan sərmayə

11 Noyabr 2026 10:14see298

Xırdalanda səkiyə dəmir dirəklər basdırıldı, piyadalar avtomobil yoluna çıxdılar

10 Noyabr 2026 22:33see282

COP31 də Antalya konfransı Bakıda əldə olunmuş razılaşmaları davam etdirir (Video)

10 Noyabr 2026 20:22see258

Minimum istehlak səbəti niyə yenilənmir? SİYAHI

11 Noyabr 2026 00:01see257

Təmirə bağlanan xəstəxana hansı ünvana köçür? VİDEO

11 Noyabr 2026 00:20see242

Merson Alonsonun Estevao qərarını tənqid etdi

11 Noyabr 2026 04:09see239

Bitki yağının təbii olub olmadığnı necə müəyyən etmək olar? EKSPERT AÇIQLADI

11 Noyabr 2026 17:40see233

Zobu olanlar xurma yesin Təsiri

11 Noyabr 2026 16:16see226

Qazaxıstan COP31 də Azərbaycan və Özbəkistanla birlikdə yaşıl enerji dəhlizi layihəsini təşviq edir.

11 Noyabr 2026 23:37see225

Arıqlama dərmanları görmənin itirilməsi riskini artıra bilər Xəbərdarlıq

11 Noyabr 2026 03:36see211

ABŞ Nümayəndələr Palatası Heqsetə qarşı impiçment təşəbbüsünü təxirə salıb

11 Noyabr 2026 05:51see210

Ucuz qiymətə onlarla maşının satışa çıxarılacağı tarix açıqlandı SİYAHI

11 Noyabr 2026 22:13see206

Çinlilər toyuğun bu hissələrini yemir Səbəb

11 Noyabr 2026 22:18see204

“Səhiyyə sistemində islahatların nəticələri yaxın mərhələdə daha aydın görünəcək” DEPUTAT

11 Noyabr 2026 15:23see203

Gülağası Mirzəyev: Balet artistinin səhnədəki zərif hərəkətlərinin arxasında illərin zəhməti dayanır

12 Noyabr 2026 01:28see198

Əraqçi ABŞ nin 20 milyon dollarlıq təklifinə görə BMT və AEBA ya etiraz məktubu ünvanlayıb

11 Noyabr 2026 04:57see195

“Şahdəniz” neft sənayemizin şahanə yatağı

12 Noyabr 2026 13:03see190

Valideynlərə xəbərdarlıq: Uşaqlara dərmanı qaşıqla verməyin

11 Noyabr 2026 23:17see185

Bred Pittin toy günü verdiyi qəribə vəd illər sonra üzə çıxdı

11 Noyabr 2026 19:07see179
newsSon xəbərlər
Günün ən son və aktual hadisələri