Icma.az
close
up
RU
“BAKI HƏM ESKALASİYAYA, HƏM DƏ NORMALLAŞMAYA HAZIRDIR” “Moskva nə etməli olduğunu yaxşı bilir...”

“BAKI HƏM ESKALASİYAYA, HƏM DƏ NORMALLAŞMAYA HAZIRDIR” “Moskva nə etməli olduğunu yaxşı bilir...”

Icma.az, Azpolitika.az portalına istinadən məlumatı açıqlayır.

"Prezident İlham Əliyevin Rusiya tərəfindən vurulmuş AZAL sərnişin təyyarəsi ilə bağlı beynəlxalq məhkəmələrə müraciət üçün sənədlər hazırladıqlarını bəyan etməsi, Bakı ilə Moskva arasında münasibətlərdəki böhranı yenidən gündəmə gətirib".

“AzPolitika” xəbər verir ki, bunu politoloq Fərhad Məmmədov deyib.

O, qeyd edib ki, hadisənin ilk günlərindən Azərbaycan məsələni beynəlmiləlləşdirməmək mövqeyi sərgilədi. Rəsmi Bakı MDB İcraiyyə Komitəsinin apardığı araşdırmada iştirakdan imtina etdiyi kimi, ABŞ və Avropa İttifaqına da təhqiqat prosesində iştirak etməyə icazə vermədi. Bunun əvəzinə, araşdırma yalnız Azərbaycan, Rusiya, Qazaxıstan və ICAO çərçivəsində həyata keçirildi.

Politoloqun fikrincə, bu mövqe Kremldə anlayışla qarşılanmalı idi, çünki Bakı bununla diplomatik gərginliyi artırmamaq və danışıqlar üçün “pəncərə”ni açıq saxlamaq istəyini nümayiş etdirdi.

ICAO hesabatı və məhkəmə prosesi: Moskvanın vaxtı tükənir

Məmmədov vurğulayıb ki, ICAO-nun qaydalarına əsasən, təyyarə qəzası ilə bağlı yekun hesabat hadisədən bir il sonra açıqlanmalıdır. Əgər bu müddət ərzində tərəflər razılığa gəlməzsə, beynəlxalq məhkəmələrə müraciət hüququ yaranır. Bakı isə bu hüququndan açıq şəkildə istifadə edəcəyini bəyan edərək, Moskva ilə razılaşma üçün vaxtın hələ olduğunu nümayiş etdirir.

Onun sözlərinə görə, vurulan təyyarə və Rusiyanın bu məsələdə sərgilədiyi qeyri-adekvat münasibət Azərbaycan-Rusiya münasibətlərindəki böhranın əsas mənbəyidir. Digər problemlər yalnız bu əsasın törəmələri və fon elementləridir.

Putin Bakıya gəlir, Qərb liderləri isə COP29-a yox...

Fərhad Məmmədov xatırladıb ki, hadisədən cəmi üç ay əvvəl Rusiya Prezidenti Vladimir Putin dövlət səfəri ilə Azərbaycana gəlmişdi. Bu səfər Azərbaycan üçün siyasi və imic baxımından ciddi risklər yaratmışdı – Qərb siyasi dairələrinin tənqidləri, yüzlərlə məqalə və bəyanat yayımlanmışdı. COP29 çərçivəsində Qərb liderlərinin Bakıya gəlməməsinin əsas səbəblərindən biri də məhz həmin səfər idi.

Buna baxmayaraq, Prezident İlham Əliyev prinsipial mövqe nümayiş etdirərək Putinin səfərini yüksək səviyyədə keçirdi. Lakin ilin əvvəlindən bu yana Moskvanın heç bir konkret addım atmaması Bakıda belə bir təəssürat yaradıb ki, Kreml “nə olubsa, olub” prinsipi ilə hərəkət edir.

“Russotrudniçestvo”nun bağlanması - xəbərdarlıq siqnalı

Politoloq əlavə edib ki, 2024-cü ilin fevralında “Rossotrudniçestvo” nümayəndəliyinin bağlanması Azərbaycanın Moskvaya verdiyi ciddi xəbərdarlıq idi. Lakin bu addım də qarşılıq görmədi. Moskva müəyyən jestlər etsə də, bu addımların heç biri vurulmuş təyyarə məsələsinə aid deyildi və əsas problemi əhatə etmirdi.

Apreldə Prezident Administrasiyasının nümayəndəsi Moskvada danışıqlar aparsa da, Azərbaycan tərəfinin gözləntiləri qarşılanmadı. Bunun cavabı İlham Əliyevin 9 may Qələbə Paradında iştirak etməməsi oldu. Buna baxmayaraq, Azərbaycan Xüsusi Təyinatlı Qüvvələrinin paradda iştirakı Bakının İkinci Dünya müharibəsindəki rolu və tarixi yaddaşına sadiqliyinin göstəricisi idi.

Kremlin mediası hədəfi dəyişir: şəxsiyyətlər hədəfə alınır

Fərhad Məmmədov deyib ki, münasibətlərin bu həssas mərhələsində Kremlə yaxın medialarda Azərbaycan Prezidentinə qarşı şəxsiyyəti hədəf alan tezislər yayılmağa başladı. Bakıda bu tezislərin Rusiya Prezident Administrasiyasında informasiya siyasətini kurasiya edən Aleksey Qromovun idarəsindən gəldiyi yaxşı bilinir. Azərbaycanın mediasında Putinə yönəlik cavab xarakterli materiallar da məhz bu səbəbdən ortaya çıxdı.

Məmmədov xatırladıb ki, oxşar hallar qonşu İranda da yaşanır – əgər Tehran mediası Azərbaycanın ali rəhbərliyinə qarşı materiallar yayırsa, Azərbaycanda da Rəhbər (Raxbar) haqqında materiallar cavab olaraq yayımlanır. Bu qarşılıqlı informasiya eskalasiyası artıq mexanizmə çevrilib.

Yekaterinburqdan başlayan “metastazlar” və susqun Kreml

Politoloq qeyd edir ki, sonrakı mərhələdə Yekaterinburqda yaşanan hadisələr və ardınca baş verənlər sanki metastaz kimi bütün münasibətlərə yayılmağa başladı. Kreml tərəfindən göndərilən fövqəladə hallar naziri vasitəsilə verilən mesajlar isə heç bir əhəmiyyət daşımadı, çünki əsas məsələyə – təyyarə qəzasına toxunulmamışdı.

Azərbaycan nə istəyir: məsuliyyət, təzminat və üzrxahlıq

Məmmədov açıq şəkildə bildirir ki, Azərbaycan tərəfinin gözləntiləri sadə və aydındır: təyyarənin vurulmasına görə günahkarların cəzalandırılması, zərərçəkənlərə təzminat ödənilməsi və rəsmi üzrxahlıq. Bu tələblərin yerinə yetirilməsi münasibətlərin bərpası üçün zəruri şərtdir. Əks halda yeni böhranların yaranması qaçılmaz olacaq.

Politoloq hesab edir ki, Rusiyada müxtəlif güc strukturlarında Azərbaycana qarşı qəzəb və narazılıq toplanıb. Bu narazılıq vaxtaşırı provokasiyalar şəklində üzə çıxır və Kremlin bu cür addımlara qarşı çıxmaması, əksinə, onların susqunluqla qarşılanması Bakıda bu hücumların Kremlin razılığı ilə baş verdiyi qənaətini gücləndirir.

Azərbaycan konstruktivlik tərəfdarıdır, lakin hər iki ssenariyə hazırdır

Fərhad Məmmədov məqaləsini belə tamamlayır ki, yaranmış gərginlik spiral formasında eskalasiyaya doğru inkişaf edir. Halbuki, bu prosesi əks istiqamətə – deeskalasiyaya yönəltmək də mümkündür. Kreml bu istiqamətdə nə etməli olduğunu çox yaxşı bilir. Azərbaycan isə hər iki ssenariyə – həm eskalasiyaya, həm də normallaşmaya hazırdır. Lakin Bakı öz prinsipial mövqeyini qoruyaraq ənənəvi olaraq konstruktiv mövqeyini saxlamaqdadır.

Rasim Əliyev

"AzPolitika.info"

Sonrakı hadisələr barədə daha çox məlumat almaq üçün Icma.az saytını izləyin.
seeBaxış sayı:112
embedMənbə:https://azpolitika.info
archiveBu xəbər 21 İyul 2025 16:39 mənbədən arxivləşdirilmişdir
0 Şərh
Daxil olun, şərh yazmaq üçün...
İlk cavab verən siz olun...
topGünün ən çox oxunanları
Hal-hazırda ən çox müzakirə olunan hadisələr

Həmzət Çimayev Pereyranın onunla döyüşməkdən imtina etdiyini bildirib

18 Yanvar 2026 05:23see271

İranla gərginlik fonunda İsrailə yeni F 35 lər gətirildi

19 Yanvar 2026 00:45see203

Qəhvə yuxunun keyfiyyətinə necə XEYİR verə bilər?

18 Yanvar 2026 02:14see187

Davos Forumunun prezidenti dünya iqtisadiyyatının əsas problemini açıqladı

18 Yanvar 2026 01:13see167

Mayorka üç qırmızı vərəqə ilə Atletik i məğlub edib

17 Yanvar 2026 22:26see160

Qızıl alanların nəzərinə: Hansı məhsullar daha keyfiyyətlidir?

17 Yanvar 2026 22:43see159

Azərbaycan türkü, səbir diplomatiyası və mütləq hakimiyyət: Xamaneyini bir də belə tanıyaq

18 Yanvar 2026 12:39see157

Ronaldunun qızı Titanik filmindəki məşhur mahnını oxudu

18 Yanvar 2026 06:52see150

Araz Naxçıvan 1 ci liqa klubuna qarşı

18 Yanvar 2026 10:41see150

Estoniya Qrenlandiyanı müdafiə etmək üçün bir zabit göndərəcək

18 Yanvar 2026 21:40see146

Sabah bəzi bölgələrdə çovğun olacaq

17 Yanvar 2026 23:55see143

İsrailə yeni qırıcılar verildi

18 Yanvar 2026 23:46see139

Etirazlara baxmayaraq azad ticarət sazişi imzaladılar

18 Yanvar 2026 06:36see138

Övladına süd almaq üçün qonşusunun evini qarət etdi

18 Yanvar 2026 13:49see137

İstanbul un xəritəsi yenidən çəkiləcək! Həmin ərazidə nəhəng şəhər salınır

17 Yanvar 2026 22:09see136

Vətəndaşlar çıxarış ala bilmir, ii qurum məsuliyyəti bir birinin üzərinə atır (VİDEO)

18 Yanvar 2026 21:54see132

Təbrizdə yarımçıq qalan ömür: Nüsrət Kəsəmənli adi bir səhlənkarlığın qurbanı olub?

19 Yanvar 2026 01:01see131

“Bavariya” Avropanın top 5 liqasında bir mövsümdə 100 qola çatan ilk komanda olub

18 Yanvar 2026 01:11see129

Komedixana nın aktyoru başında parik Tramp kimi oynadı VİDEO

18 Yanvar 2026 16:12see128

Xameneidən etiraf: Vəziyyət yaxşı deyil, həqiqətən...

17 Yanvar 2026 19:49see127
newsSon xəbərlər
Günün ən son və aktual hadisələri