Bakı Hərbi Məhkəməsinə 3 hakim ezam olundu
Publika.az saytına istinadən Icma.az xəbər verir.
Bakı Hərbi Məhkəməsinə iş yükünün çox olması səbəbindən üç hakim ezam olunub.
Publika.az xəbər verir ki, Sumqayıt Şəhər Məhkəməsinin hakimi Zaur Hacıyev, Şəki Ağır Cinayətlər Məhkəməsinin hakimi Bilal Məmmədov və Sabunçu Rayon Məhkəməsinin hakimi Anar Rzayev Bakı Hərbi Məhkəməsinə göndərilib.
Bu gündən onların icraatına cinayət işləri veriləcək.

Bakı Hərbi Məhkəməsinə 3 hakim ezam olundu
29 Noyabr 2024 10:42

