Icma.az
close
up
RU
Bakı Hərbi Prokurorluğunun inzibati binasının açılışı olub

Bakı Hərbi Prokurorluğunun inzibati binasının açılışı olub

Icma.az bildirir, Apa.az portalına istinadən.

Bakı Hərbi Prokurorluğunun əsaslı təmir edilərək yenidən qurulan inzibati binasının açılış mərasimi keçirilib.

Baş Prokurorluqdan APA-ya verilən xəbərə görə, tədbirdə Baş prokuror Kamran Əliyev, həmçinin Baş Prokurorluğun və Hərbi Prokurorluğun rəhbər heyəti, digər rəsmi şəxslər və media nümayəndələri iştirak ediblər.

Əvvəlcə mərasim iştirakçıları binanın foyesində yerləşən ümummilli lider Heydər Əliyevin büstünü ziyarət ediblər.

Məlumat verilib ki, uzun illər prokurorluq orqanlarının fəaliyyət göstərdiyi inzibati bina əsaslı təmir edilərək müasir standartlara uyğun yenidən qurulub. Yenidənqurma işləri çərçivəsində bina prokurorluq əməkdaşlarının fəaliyyətinin daha səmərəli təşkili, iş proseslərinin operativliyinin artırılması və vətəndaşlara göstərilən hüquqi xidmətlərin keyfiyyətinin yüksəldilməsi məqsədilə tam yenilənib. Binada əməkdaşların rahat və funksional fəaliyyəti üçün zəruri texniki avadanlıqlarla təchiz edilmiş xidməti otaqlar, vətəndaş qəbulu bölməsi, akt və iclas zalları yaradılıb. Eyni zamanda, bina enerji səmərəliliyi və təhlükəsizlik baxımından ən son tələblərə uyğun şəkildə modernləşdirilib.

Qeyd olunub ki, inzibati binada “Elektron Prokurorluq” informasiya sistemi tam şəkildə tətbiq olunub. Sistem vasitəsilə sənəd dövriyyəsi rəqəmsal müstəvidə həyata keçirilir, fəaliyyətin çevikliyi və şəffaflığı daha da artırılır.

İnzibati bina ilə tanışlıqdan sonra akt zalında iclas keçirilib.

Açılış nitqi ilə çıxış edən Baş prokuror Kamran Əliyev bildirib ki, Bakı Hərbi Prokurorluğunun inzibati binasının istifadəyə verilməsi Azərbaycan Silahlı Qüvvələrinin yaradılmasının növbəti ildönümünə təsadüf etməsi baxımından xüsusi əhəmiyyət daşıyır. O qeyd edib ki, hərbi prokurorluq orqanları Silahlı Qüvvələrlə sıx qarşılıqlı fəaliyyət şəraitində qanunçuluğun, hüquq qaydasının və hərbi intizamın möhkəmləndirilməsi istiqamətində mühüm fəaliyyət göstərərək dövlətin müdafiə qabiliyyətinin gücləndirilməsinə töhfə verib.

Baş prokuror vurğulayıb ki, müasir və çevik prokurorluq sisteminin formalaşdırılması Azərbaycanın hüquqi dövlət quruculuğu siyasətinin əsas prioritetlərindən biridir və bu istiqamətdə həyata keçirilən islahatlar ümummilli lider Heydər Əliyevin müəyyən etdiyi dövlətçilik strategiyasına əsaslanaraq Prezident İlham Əliyev tərəfindən uğurla davam etdirilir. O qeyd edib ki, prokurorluq orqanlarının maddi-texniki təminatının gücləndirilməsi və rəqəmsal idarəetmə imkanlarının genişləndirilməsi hüquq-mühafizə sistemində həyata keçirilən institusional islahatların mühüm istiqamətlərindəndir. İstifadəyə verilən yeni inzibati binanın iş proseslərinin çevikliyinin artırılmasına, vətəndaş müraciətlərinə daha operativ baxılmasına və xidmət keyfiyyətinin yüksəldilməsinə mühüm töhfə verəcəyi bildirilib.

Daha sonra çıxış edən Bakı şəhəri Binəqədi Rayon İcra Hakimiyyətinin başçısı Elxan Allahverdiyev, Baş prokurorun müavini – Azərbaycan Respublikasının Hərbi prokuroru Bəhruz Əhmədov və Bakı hərbi prokuroru Fərid Şükürov dövlət tərəfindən həyata keçirilən institusional islahatların və yaradılan müasir iş mühitinin hüquq-mühafizə orqanlarının fəaliyyətinin təkmilləşdirilməsinə verdiyi töhfələri qeyd ediblər. Bildirilib ki, yeni inzibati bina qarşıda duran vəzifələrin daha operativ və effektiv icrasına əlverişli şərait yaradır. Çıxışlarda yaradılan şəraitə görə ölkə rəhbərliyinə minnətdarlıq ifadə olunub.

Tədbirə yekun vuran Baş prokuror Kamran Əliyev yaradılmış müasir iş şəraitinin hərbi prokurorluq əməkdaşlarının üzərinə düşən vəzifələri daha yüksək məsuliyyət və peşəkarlıqla yerinə yetirmələrinə xidmət edəcəyini bildirib. O, hərbi prokurorluq orqanlarının bundan sonra da Silahlı Qüvvələrdə qanunçuluğun təmin olunması, hərbi intizamın möhkəmləndirilməsi və dövlət maraqlarının etibarlı müdafiəsi istiqamətində fəaliyyətlərini uğurla davam etdirəcəklərinə əminliyini ifadə edib.

Ən son yeniliklər və məlumatlar üçün Icma.az saytını izləyin, biz hadisənin gedişatını izləyirik və ən aktual məlumatları təqdim edirik.
seeBaxış sayı:164
embedMənbə:https://apa.az
archiveBu xəbər 24 İyun 2026 14:30 mənbədən arxivləşdirilmişdir
0 Şərh
Daxil olun, şərh yazmaq üçün...
İlk cavab verən siz olun...
topGünün ən çox oxunanları
Hal-hazırda ən çox müzakirə olunan hadisələr

Kartından şübhəli ödənişlər aparıldı, bankdan isə ziddiyyətli cavablar aldı

13 Noyabr 2026 19:58see326

Niyə payızda çox yorğun oluruq?

13 Noyabr 2026 19:47see305

Psixoloqlar artırılmalıdır, 1000 nəfərə biri düşür Nazir müavini

13 Noyabr 2026 18:54see290

Yolumuzu çiyin çiyinə davam etdiririk

14 Noyabr 2026 01:31see267

Miqrantlardan assimilyasiya tələbi: Rusiyanın miqrasiya siyasətindəki ziddiyyətlər

13 Noyabr 2026 20:18see263

Sumqayıtda zavodda qanlı hadisə

13 Noyabr 2026 22:04see259

Yuxuda tənəffüsün dayandırılması aritmiya və vuruşa gətirib çıxarır...

13 Noyabr 2026 21:08see251

Hər dərdə dəva! Ozonoterapiyanın tətbiqi sahələri

13 Noyabr 2026 21:49see244

NDU da “Əcəmi 900: İpək yolu üzərində şəhərsalma mədəniyyəti və memarlıq” mövzusunda beynəlxalq elmi konfrans başlayıb

13 Noyabr 2026 21:09see237

Azərbaycanda 55 yeni peşə standartı hazırlanır

14 Noyabr 2026 11:57see231

UEFA Millətlər Liqasında gecənin nəticələri

14 Noyabr 2026 02:09see222

Həkimlər başında güllə ilə 30 il yaşamış kişini xilas etdilər

13 Noyabr 2026 19:47see222

“Ağzımızdakı dişlərin sayını da uçota alsalar yaxşı olar...” TƏKLİF

14 Noyabr 2026 12:26see222

Paxıllığın müsbət faydaları

13 Noyabr 2026 20:45see212

Gələn il qeyri dövlət müəssisələri büdcədən 130 mln. manata yaxın subsidiya alacaq

14 Noyabr 2026 18:04see206

Bakı avtobuslarında sərnişin bumu

14 Noyabr 2026 17:02see204

Balıq bazarında bahalaşma var (Video)

14 Noyabr 2026 21:02see200

STAR neft emalı zavodu dizel yanacağı istehsalını 4 % ə yaxın artırıb

14 Noyabr 2026 17:02see193

Yuğ Teatrında Ana tamaşasının premyerası keçirilib FOTOLAR

14 Noyabr 2026 20:23see184

Avropa siyasi məkanında aparılan müzakirələrdə Azərbaycan fəal iştirak edir

14 Noyabr 2026 19:16see184
newsSon xəbərlər
Günün ən son və aktual hadisələri