Icma.az
close
up
RU
Bakı ilə Tiflisin münasibətləri region və Avropa üçün yeni imkanlar açır

Bakı ilə Tiflisin münasibətləri region və Avropa üçün yeni imkanlar açır

Newscenter.az portalından verilən məlumata əsasən, Icma.az bildirir.


"Gürcüstanın yeni prezidenti Mixeil Kavelaşivilin ilk rəsmi səfərinin Azərbaycandan başlaması hər iki ölkə arasında yüksək etimadın, əməkdaşlığın və dostluğun göstəricisidir. Bakı ilə Tiflisin bu münasibətləri region və Avropa üçün də yeni imkanlar açır, bütün sahələrdə olan bağları daha da möhkəmləndirir".
Bu fikirləri Newscenter.az-a Gürcüstan prezidentinin Bakıya səfəri ilə bağlı sualları cavablandırarkən politoloq Əli Orucov səsləndirib.
Politoloq bildirib ki, Gürcüstan təkcə qonşumuz deyil, həm də Azərbaycanın beynəlxalq bazara çıxmasında önəmli tranzit ölkədir:
"Qərbin enerji və nəqliyyat təhlükəsizliyinin təmin olunmasında, eləcə də onun şaxələndirilməsində önəmli rola malikdir. Bakı-Tiflis-Ceyhan neft boru kəməri, Bakı-Tiflis-Ərzurum təbii qaz boru xətti, həmçinin Bakı-Tiflis-Qars dəmir yolu xətti məhz Gürcüstan üzərindən keçir. Eyni zamanda Azərbaycan Gürcüstanda əsas investor və kreditor ölkələrdən biridir. Gürcüstan büdcəsinə ən çox vergi ödəyən şirkət Azərbaycan Dövlət Neft Şirkətidir.
Gürcüstanda 700 mindən çox soydaşımız yaşayır və həmin ölkənin həyatında aktiv rol oynayır. Bütün sahələrdə əlaqələr dinamik şəkildə inkişaf edir. Prezidentlərin mətbuat üçün verdikləri birgə bəyanatda qlobal dünyada gedən proseslərdən və Qərbin artan intensiv basqınları altında milli maraqların qorunmasında birgə fəaliyyət göstərmək kimi mühüm fikirlər əksini tapdı. Gürcüstan prezidentinin İ.Əliyevi regionun lideri adlandırması da təsadüf sayılmaz və bu ona böyük inamın, davamlı və güclü iradənin təzahürüdür. Hesab edirəm ki, Bakı ilə Tiflisin birgə səyləri və koordinasiyalı fəaliyyətləri nəticəsində regionda davamlı sabitliyə, sülhə və təhlükəsizliyə nail olunacaq. Həmçinin bu iki ölkə kənar güclərin basqılarını zərərsizləşdirə biləcəklər".
Əli Orucov deyib ki, regionun gələcək inkişafı və taleyi baxımından Gürcüstan prezidentinin səfəri əhəmiyyətli rol oynayacaq:
"Bu cür yüksək səviyyəli qarşılıqlı səfərlər bütün parametrlər üzrə müsbət tendensiyalara stimul verir".
Süleyman
Sonrakı hadisələr barədə daha çox məlumat almaq üçün Icma.az saytını izləyin.
seeBaxış sayı:129
embedMənbə:https://newscenter.az
archiveBu xəbər 16 Aprel 2025 18:11 mənbədən arxivləşdirilmişdir
0 Şərh
Daxil olun, şərh yazmaq üçün...
İlk cavab verən siz olun...
topGünün ən çox oxunanları
Hal-hazırda ən çox müzakirə olunan hadisələr

Qəbələdə mağaza və çayxana yandı KONKRET

25 Yanvar 2026 09:47see257

19 yaşlı rəssam Ülviyyə İman meyxananı Londona apardı FOTO

25 Yanvar 2026 07:57see245

Daşaltı əməliyyatından 34 il keçir

25 Yanvar 2026 00:11see234

Toyda qayınananın gəlinə baxışları GÜNDƏM OLDU VİDEO

25 Yanvar 2026 15:26see202

Rusiya istənilən dövrdə təhlükədir Navrotski

26 Yanvar 2026 09:20see185

Bundesliqa: Ştutqart darmadağına sevindi

26 Yanvar 2026 00:54see178

Çexiyalı könüllülər bir neçə günə Ukrayna üçün 4 milyon dollara yaxın vəsait toplayıb

25 Yanvar 2026 04:32see174

Gülaya ondan QADAĞA: “İstəmir, icazə vermir…”

25 Yanvar 2026 02:33see159

Bu il evlənəcəklər

26 Yanvar 2026 18:08see158

Astronomlar metal buludla əhatə olunmuş sirli bir cismi izah edə bilmirlər…

24 Yanvar 2026 21:17see157

Hər gün 5 dəqiqə bunu et və ömrünü uzat

25 Yanvar 2026 02:49see157

Suriyada MN YPG yə 15 gün vaxt verdi

25 Yanvar 2026 00:41see157

Milli Məclislə Bəhreyn Krallığı Nümayəndələr Şurası arasında anlaşma memorandumu imzalanıb

25 Yanvar 2026 20:58see153

ABŞ Cənubi Qafqazda kimə nə verir: məhsul, yoxsa rol bölgüsü? TƏHLİL

26 Yanvar 2026 14:18see152

Məşhur müğənni xərçəngə qalib gəldi FOTOLAR

24 Yanvar 2026 21:00see151

İranlı həkimdən ŞOK SÖZLƏR Etirazlarda öldürülən 1000 nəfərin… KONKRET

25 Yanvar 2026 20:41see146

Tramp ABŞ ordusunun gizli silahının adını açıqladı

24 Yanvar 2026 23:36see143

Azərbaycan Premyer Liqası: Sabah Karvan Yevlax la qarşılaşacaq

25 Yanvar 2026 09:30see142

Martda ata olacaqdı, sevinə sevinə işə gedirdi Ağır qəza 25 yaşlı gəncin həyatına son qoydu

26 Yanvar 2026 01:43see142

Tramp ABŞ nin gizli silahının adını açıqladı Maduro ələ keçirilərkən istifadə olunub

24 Yanvar 2026 23:33see141
newsSon xəbərlər
Günün ən son və aktual hadisələri