Bakı ilə Vaşinqton TRIPP layihəsini müzakirə edib
Icma.az, Modern.az portalına istinadən məlumat verir.
13 iyun tarixində Azərbaycan Respublikasının xarici işlər naziri Ceyhun Bayramov ABŞ Beynəlxalq İnkişaf Maliyyə Korporasiyasının (DFC) baş icraçı direktoru Ben Blak ilə görüşüb.
Bu barədə Modern.az-a Xarici İşlər Nazirliyindən (XİN) məlumat verilib.
Məlumata görə, görüş zamanı Azərbaycan-ABŞ çoxşaxəli əməkdaşlığının inkişaf perspektivləri, enerji, nəqliyyat-tranzit, yüksək texnologiyalar və investisiya imkanları müzakirə edilib.
Bununla yanaşı, Azərbaycanın Avropa ilə Mərkəzi Asiya arasında strateji bağlantılarda əhəmiyyətli rolu, liman və logistika infrastrukturu, enerji təhlükəsizliyi məsələləri, eləcə də regional nəqliyyat layihələri ətrafında fikir mübadiləsi aparıblar.
Tərəflər Azərbaycan ilə ABŞ arasında münasibətlərin inkişafında 2025-ci ildə keçirilmiş tarixi Vaşinqton sammitinin xüsusi əhəmiyyətini vurğulayaraq, həmin görüşün ikitərəfli əməkdaşlığın yeni istiqamətlər üzrə genişləndirilməsi üçün mühüm zəmin yaratdığını bildirib. Bu çərçivədə iqtisadiyyat, enerji, nəqliyyat bağlantıları və yüksək texnologiyalar, habelə təhlükəsizlik kimi sahələrdə əməkdaşlığın dərinləşdirilməsi üçün Strateji Tərəfdaşlıq Xartiyasının imzalanması məmnunluqla qeyd edilib. Bu çərçivədə görülən işlər müzakirə edilib.
Regional nəqliyyat layihələri çərçivəsində Azərbaycanın əsas hissəsi ilə onun Naxçıvan Muxtar Respublikası arasında maneəsiz bağlantını təmin edəcək TRIPP layihəsinin icrası məsələləri nəzərdən keçirilib.
Tərəflər həmçinin qarşılıqlı maraq doğuran digər ikitərəfli və regional məsələlər ətrafında fikir mübadiləsi aparıblar.
Bu mövzuda digər xəbərlər:
Baxış sayı:114
Bu xəbər 13 İyun 2026 17:54 mənbədən arxivləşdirilmişdir



Daxil ol
Online Xəbərlər
Xəbərlər
Hava
Maqnit qasırğaları
Namaz təqvimi
Kalori kalkulyatoru
Qiymətli metallar
Valyuta konvertoru
Kredit Kalkulyatoru
Kriptovalyuta
Bürclər
Sual - Cavab
İnternet sürətini yoxla
Neftin Qiyməti
Azərbaycan Radiosu
Azərbaycan televiziyası
Haqqımızda
TDSMedia © 2026 Bütün hüquqlar qorunur







Günün ən çox oxunanları



















