Yaşayış binasında yanğın zamanı 14 nəfər öldü VİDEO
Lent az portalından əldə olunan məlumata əsasən, Icma.az xəbər verir.
Çinin şimalındakı Şansi əyalətinin Tayüan şəhərində yaşayış binasında baş verən yanğın nəticəsində 14 nəfər həyatını itirib.
Lent.az xarici mediaya istinadən xəbər verir ki, bu barədə “Sinxua” agentliyi yerli hakimiyyət orqanlarına istinadən məlumat yayıb.
Yanğın noyabrın 8-də yerli vaxtla saat 16:59-da şəhərin İnqze rayonunda yerləşən “Haosheng International Apartment” kompleksində başlayıb.
“Reuters” agentliyinin məlumatına görə, yanğının açıq alovunu təxminən iki saat ərzində söndürmək mümkün olub. Axtarış-xilasetmə əməliyyatı həmin gün axşam saatlarında başa çatıb.
Hadisə nəticəsində 38 nəfər xəstəxanaya yerləşdirilib. İlkin məlumatlarda beş nəfərin öldüyü bildirilsə də, sonradan ölənlərin sayı 14-ə çatıb.
Çin mediasının məlumatına görə, kompleks bir-birinə bitişik iki binadan ibarətdir. Təxminən 40 mərtəbəli əsas binada yaşayış mənzilləri, ona bitişik doqquzmərtəbəli binada isə hotellər, tədris mərkəzləri və digər kommersiya obyektləri yerləşir.
Yanğın məhz doqquzmərtəbəli hissədə başlayıb.
Hadisənin səbəbi hələlik məlum deyil. Hüquq-mühafizə orqanları araşdırma aparır.
Bu mövzuda digər xəbərlər:
Baxış sayı:103
Bu xəbər 09 Noyabr 2026 09:25 mənbədən arxivləşdirilmişdir



Daxil ol
Online Xəbərlər
Xəbərlər
Hava
Maqnit qasırğaları
Namaz təqvimi
Kalori kalkulyatoru
Qiymətli metallar
Valyuta konvertoru
Kredit Kalkulyatoru
Kriptovalyuta
Bürclər
Sual - Cavab
İnternet sürətini yoxla
Neftin Qiyməti
Azərbaycan Radiosu
Azərbaycan televiziyası
Haqqımızda
TDSMedia © 2026 Bütün hüquqlar qorunur







Günün ən çox oxunanları



















