Bakı ilk dəfə olaraq Kamera və Orqan Musiqisi Zalında canlı multimedialı konsert baş tutacaq
Milli.az saytından alınan məlumatlara görə, Icma.az xəbər verir.
19 dekabr saat 20:30-da Bakı ilk dəfə olaraq Kamera və Orqan Musiqisi Zalında canlı multimedialı konsert baş tutacaq.
Hayao Miyazakinin sevimli cizgi filmlərindən musiqi nümunələrinin canlandığı sehrli bir ab-havaya qərq olun! Co Hisaişinin "Ruhlarla sovrulanlar", "Yeriyən qala", "Qonşum Totoro" və "Küləklər vadisindən Nausika" kimi cizgi şah əsərlərindən əfsanəvi melodiyalar səslənəcək, bu ölməz rəvayətlərdən kadrlar isə böyük ekranda nümayiş olunacaq.
Musiqi və təsvir qovuşaraq kamera ansamblımızın ifasında sizi xəyalların, sehrin və möcüzələrə inamın canlandığı musiqi, məkan və təxəyyül səyahətinə dəvət edirik!
Başlama vaxtı: 20:30
Məkan: Kamera və Orqan Musiqisi Zalı, 28 may küç. ev.41
Konsertin təşkilatçısının adı - Ars Caspia- latın dilindən tərcümədə "Xəzər incəsənəti" deməkdir. Ars Caspia - Azərbaycanın ən yaxşı mədəni layihələrini öz qanadı altında birləşdirən şirkətdir.
Biz konsertlərimizi sadəcə olaraq dinləmək üçün deyil, onu birlikdə yaşamaq üçün yaradırıq.
Ansambl - Ars Caspia Ensemble
Ars Caspia Ensemble - beynəlxalq səviyyədə tanınmış görkəmli musiqiçiləri birləşdirən kollektivdir. Onların ustalığı, enerjisi və incə zövqü istənilən çıxışı unudulmaz emosional hadisəyə çevirir.
Ansamblın tərkibində Azərbaycanın tanınmış musiqiçiləri Renata Abubekirova (birinci violin), Yuliya Motorina (ikinci violin) Aleksey Miltıx (violonçel), Rəna Rəhimova (viola), Rəvan Əhmədzadə (kontrabas),Ülviyyə Dadaşova (piano) yer almışdır. Biletlər artıq satışdadır.
İnformasiya dəstəyi - Trend.Az, Day.Az, Milli.Az
Bu mövzuda digər xəbərlər:
Baxış sayı:71
Bu xəbər 28 Noyabr 2025 14:43 mənbədən arxivləşdirilmişdir



Daxil ol
Online Xəbərlər
Xəbərlər
Hava
Maqnit qasırğaları
Namaz təqvimi
Kalori kalkulyatoru
Qiymətli metallar
Valyuta konvertoru
Kredit Kalkulyatoru
Kriptovalyuta
Bürclər
Sual - Cavab
İnternet sürətini yoxla
Azərbaycan Radiosu
Azərbaycan televiziyası
Haqqımızda
TDSMedia © 2025 Bütün hüquqlar qorunur







Günün ən çox oxunanları



















