Icma.az
close
up
RU
Bakı İnzibati Məhkəməsi məhkəmə deyil, bəs nədir?

Bakı İnzibati Məhkəməsi məhkəmə deyil, bəs nədir?

Icma.az xəbər verir, Hurriyyet saytına əsaslanaraq.

Nəsimi və Bakı Apellyasiya Məhkəməsi məhkəmənin məhkəmə olmadığını aktlaşdırıb (?)

Bakı İnzibati Məhkəməsi varisi olduğu 1 saylı Bakı İnzibati-İqtisadi Məhkəməsinin çıxardığı qərarların icra olunmasını təmin etməyə tələbkar ərizə vermədikdə belə  borclu olsa da , xidməti vəzifəsini yerinə yetirməkdən imtina edir. Hətta  verdiyi ərizələri elektron kabinetdən qəbul etməkdən çəkindiyindən tələbkar Bakı İnzibati Məhkəməsindən 3-cü şəxs Maliyyə Nazirliyi vasitəsilə “məhkəmə qərarının icra olunmamasından dəyən maddi-mənəvi ziyanın ödənilməsi” tələbini Nəsimi məhkəməsinə təqdim edib.

İddia 15.11.2024-cü ildən hakim Əfsanə Heydərovanın icraatındadır. İşlərə baxılması müddətinin ən çoxu 4 ay olmasına baxmayaraq hakim 5 aydan sonra 02.04.2025-ci il tarixli 2 ayrı qərardadla ərizənin bir hissəsini baxılmamış saxlayıb, digər hissəsinə cavabdeh Bakı İnzibati Məhkəməsinin “inzibati orqan” olduğundan (?-M. B.) məhkəmədə baxıla bilməzliyi əsası ilə xitam verib. Məhkəmənin hər 2 qərardadından ayrı-ayrılıqda şikayət verilib. Tələbkar 1-ci dərəcəli Qarabağ əlili şikayətlərini Ali Məhkəmə Plenumunun ərizənin baxılmamış saxlanması haqqında vahid məhkəmə təcrübəsini formalaşdıran qərarına, MPM-ə uyğun əsaslandırıb: Bakı İnzibati Məhkəməsinin inzibati orqan yox, məhkəmə olduğunun sübuta ehtiyacı yoxdur; ərizənin, tələbin bir hissəsinin baxılmamış saxlanılması MPM-də yazılmayıb və işə məhkəmədə baxılmalı deyildirsə, ərizəçinin hansı orqana müraciət etməli olması göstərilməyib.

Şikayətləri təmin etməyən h. Əfsanə Heydərova onu ən geci 7 günə apellyasiya instansiyasına göndərməli olduğu halda 47 günə göndərib. Bakı Apellyasiya Məhkəməsi  2 ayrı şikayətə 3150/25 saylı  bir icraatla (?) baxıb  və təmin etməyib. Deyəsən, Bakı Apellyasiya Məhkəməsi qanunverici orqanın səlahiyyətini mənimsəyib, şikayətləri birləşdirib, topdan baxır. Bu harasıdır, Xumar Mərdanovanın sədri olduğu Vahid Sadıqov və Sabit Rüstəmzadədən ibarət heyət 2237/25 saylı işdə özünün 3 qərardadından (400 manat cərimə, vəkildən imtina, aşağı instansiyanın aktını qüvvədə saxlama) 3 ayrı şikayəti topdan Ali Məhkəməyə göndərib və ali instansiya (Vüsalə Baxışova) da topdan baxıb mümkün saymayıb.

Ədalət adına deyək ki, Bakı Apellyasiya Məhkəməsi kassasiya şikayəti vermək üçün 1-ci dərəcəli Qarabağ əlili iddiaçıya dövlət hesabına vəkil ayırıb, amma 10 gün keçməsinə baxmayaraq şikayət hələ də tərtib olunmayıb.

Bakı İnzibati Məhkəməsini məhkəmə saymayan Bakı Apellyasiya Məhkəməsinin özünün məhkəmə hakimiyyətini həyata keçirməsi böyük şübhə doğurur. DTX məhkəmədə əməliyyat keçirə bilməz, amma Məhkəmə Hüquq Şurası  məhkəmənin qeyri-prosessual bazarlıq meydanına çevrilməsinin dövlət təhlükəsizliyinə təhlükə olduğundan bilgisiz deyil. Nə yazıq, Məhkəmə Hüquq Şurasının özü də məhkəmələrlə qeyri-prosessual ilişgidədir.

... Bakı Apellyasiya Məhkəməsinin sədri də Məhkəmə Hüquq Şurasının üzvüdür...

Məğrur BƏDƏLSOY

P. S. Bakı Apellyasiya Məhkəməsinin  özü 1-ci dərəcəli Qarabağ qazisini məhkəməyə müraciətinə görə 400 manat cərimə etməsindən məhkəməyə verilib. Yasamal məhkəməsi (h.Aytəkin Əsədzadə) də apellyasiya məhkəməsini məhkəmə saymayıb. Qərardaddan şikayət isə cərimə qərarını çıxaran heyətin özünə verilib.(??)

Daha ətraflı məlumat və yeniliklər üçün Icma.az saytını izləyin.
seeBaxış sayı:222
embedMənbə:https://hurriyyet.az
archiveBu xəbər 23 İyun 2025 10:57 mənbədən arxivləşdirilmişdir
0 Şərh
Daxil olun, şərh yazmaq üçün...
İlk cavab verən siz olun...
topGünün ən çox oxunanları
Hal-hazırda ən çox müzakirə olunan hadisələr

Yolumuzu çiyin çiyinə davam etdiririk

14 Noyabr 2026 01:31see298

Azərbaycanda 55 yeni peşə standartı hazırlanır

14 Noyabr 2026 11:57see262

UEFA Millətlər Liqasında gecənin nəticələri

14 Noyabr 2026 02:09see248

“Ağzımızdakı dişlərin sayını da uçota alsalar yaxşı olar...” TƏKLİF

14 Noyabr 2026 12:26see248

Bakı avtobuslarında sərnişin bumu

14 Noyabr 2026 17:02see240

Balıq bazarında bahalaşma var (Video)

14 Noyabr 2026 21:02see238

Gələn il qeyri dövlət müəssisələri büdcədən 130 mln. manata yaxın subsidiya alacaq

14 Noyabr 2026 18:04see234

STAR neft emalı zavodu dizel yanacağı istehsalını 4 % ə yaxın artırıb

14 Noyabr 2026 17:02see224

Azərbaycandan Suriyaya nəql edilən qazın həcmi 56% artdı

14 Noyabr 2026 14:44see222

Ədalət Partiyasında şairlə səmimi görüş

14 Noyabr 2026 17:43see221

Avropa siyasi məkanında aparılan müzakirələrdə Azərbaycan fəal iştirak edir

14 Noyabr 2026 19:16see218

Yuğ Teatrında Ana tamaşasının premyerası keçirilib FOTOLAR

14 Noyabr 2026 20:23see215

Rusların təxminən 90 faizi son üç ildə kredit götürdüyünü etiraf edib

14 Noyabr 2026 19:30see208

Ermənistanı Avropa İttifaqının tərkibində görürəm Paşinyan

14 Noyabr 2026 19:50see207

Musiqi dünyasında tarixi ilk: İnsan deyil, amma ilin ən yaxşı ifaçısı seçildi

15 Noyabr 2026 00:00see206

Kanadada minlərlə tələbə etiraz aksiyası keçirdi

15 Noyabr 2026 00:51see204

İrina Şeykin məşhur sevgililəri: Ronaldodan Bredli Kuperə, Kanye Uestdən...

15 Noyabr 2026 04:05see201

Azərbaycanda bəzi dövlət müəssisələri ləğv oluna bilər

14 Noyabr 2026 17:10see198

Türkiyə gözəli beynəlxalq yarışmadan son anda kənarlaşdırıldı

15 Noyabr 2026 04:36see195

Zülalla ən zəngin çərəz

15 Noyabr 2026 03:04see194
newsSon xəbərlər
Günün ən son və aktual hadisələri