Icma.az
close
up
RU
Bakı İrəvan münasibətlərin normallaşması üçün vasitəçiyə ehtiyac yoxdur

Bakı İrəvan münasibətlərin normallaşması üçün vasitəçiyə ehtiyac yoxdur

Icma.az, GlobalInfo saytından verilən məlumata əsaslanaraq xəbər yayır.

“Avropa İttifaqının Ermənistandakı “müşahidə missiyası” Azərbaycanla həmsərhəd ərazilərdə “binokl diplomatiyasını” həyata keçirməkdə davam etdir. Sonuncu belə addım cari ilin fevral ayının 13-də Qubadlı ilə həmsərhəd zonada baş vermişdir. De fakto ölkəmizə qarşı belə bir təxribat vasitəsi, şübhəsiz ki, heç bir nəticə verə bilməz, çünki Azərbaycan otuz ilə yaxın bir müddətdə işğal altında olan torpaqlarını azad edərək, ərazi bütövlüyünü və suverenliyini tam bərpa etmişdir”.

Bu fikirləri Globalinfo.az-a açıqlamasında Milli Məclisin Hüquq siyasəti və dövlət quruculuğu komitəsinin üzvü Nizami Səfərov deyib.

Onun sözlərinə görə, Azərbaycan tarixi boyu heç bir dövlətə qarşı ərazi iddiaları irəli sürməyib və hətta İkinci Qarabağ müharibəsində qalib ölkə olmasına baxmayaraq, tezliklə sülh müqaviləsinin imzalanmasına çalışır:

“Bütün bunların əksinə olaraq, Ermənistan surətlə silahlanır və belə bir təəsurat yaranır ki, mənfur qonşularımız yeni müharibəyə hazırlaşır. Əlbəttə Ermənistanın aqressiv meyllərini Avropa İttifaqının müxtəlif qurumları və birliyin bir sıra üzv-dövlətlərı qızışdırır. Təəssüf doğuran məqam həmçinin ondan ibarətdir ki, Ermənistanın hakim dairələri sona qədər anlamırlar ki, ölkəmizin Qarabağdakı Zəfəri nəticəsində regionda vəziyyət əsaslı formada dəyişib.

Azərbaycan iqtisadi, siyası və hərbi baxımdan Cənubi Qafqazın ən güclü dövləti olaraq, beynəlxalq miqyasda ciddi söz sahibidir və bütün məsələlərin  ikitərəfli müstəvidə, birbaşa müzakirə edib, həll olunmasına üstünlük verir. Digər tərəfdən, otuz illik müddət nümayiş etdirdi ki, tarixə qovuşan silahlı münaqişənin həllində beynəlxalq vasitəçilər, və xüsusilə də, ATƏT-in Minsk Qrupu heç bir nəticə əldə etməyib. Maraq doğuran cəhət həmçinin ondan ibarətdir ki, hazırda Avropa İttifaqının hətta regional problemlərin həllinə təsiri sıfır dərəcəsindədir və bunu həmin qurumun Rusiya ilə Ukrayna arasında mövcud olan silahlı münaqişənin həlli üçün ABŞ-la Rusiya Federasiyası təmsilçilərinin  apardıqları danışıqlara ümumiyyətlə cəlb olunmaması açıq-aşkar nümayiş etdirir.

Almaniyanın ən böyük silah istehsalçısı “Reynmetall” konserninin rəhbəri Armin Papperqerin sözlərinə görə, Amerika Birləşmiş Ştatları ilə Rusiya qlobal məsələləri müzakirə edərkən, Avropa “uşaq masası” arxasında qalıb. Onun sözlərinə görə, “valideyinlər nahar edərkən uşaqlar başqa masa arxasında əyləşirlər. ABŞ Rusiya ilə danışıqlar aparır, və heç bir avropalı masa arxasında oturmur və tamamilə aydındır ki, avropalılar uşaqdırlar”. Armin Paperqerin nüfuzlu “Financial Times” qazetinə verdiyi müsahibədə o, həmçinin qeyd edib ki, danışıqlardan kənarlaşdırılmasına görə Avropa özü günahkardır. Bu məqamda sual olunur ki, Ermənistan “uşaq masası” arxasında əyləşdirilən Avropanın “müşahidə missiyasından” nəyi gözləyir?

Azərbaycan Respublikasının Prezidenti İlham Əliyevin dəfələrlə vurğuladığı kimi, ikitərəfli münasibətlərin normallaşması üçün heç bir vasitəçiyə ehtiyac yoxdur və bütün məsələlər beynəlxalq hüquq əsasında ikitərəfli müstəvidə müzakirə edilərək həllini tapa bilər. Ermənistan rəhbərliyi nə qədər tez bu sadə həqiqəti dərk etsə və reallıqda praqmatik yanaşma nümayiş etdirsə, o zaman regionda davamlı beynəlxalq sülhün və təhlükəsizlik rejiminin bərqərar olunması uçun münbit şərait yaranacaqdır”.

Globalinfo.az 

Ən son xəbərləri və yenilikləri almaq üçün Icma.az saytını izləyin.
seeBaxış sayı:239
embedMənbə:https://globalinfo.az
archiveBu xəbər 23 Fevral 2025 15:08 mənbədən arxivləşdirilmişdir
0 Şərh
Daxil olun, şərh yazmaq üçün...
İlk cavab verən siz olun...
topGünün ən çox oxunanları
Hal-hazırda ən çox müzakirə olunan hadisələr

“Şahdəniz” neft sənayemizin şahanə yatağı

12 Noyabr 2026 13:03see379

Təranə Musa cütlüyünün evi müzakirə yaratdı (Video)

12 Noyabr 2026 15:26see281

Vəba və taun xəstəlikləri ilə bağlı vəziyyət olduqca çətindir Putin

12 Noyabr 2026 21:05see266

Əzələləri kompüterlə yaradılan məşhur aktyor necə dəyişib?

12 Noyabr 2026 19:23see255

Qış üçün C vitamini ehtiyatını hansı məhsullardan toplamaq olar?

12 Noyabr 2026 22:45see251

Gecələr yuxusuz, səhərlər yorğun… Yuxusuzluq beynə necə təsir edir?

12 Noyabr 2026 19:08see246

Bakıda yeni salınacaq parkla bağlı işlərə başlanılıb

12 Noyabr 2026 19:13see242

Azərbaycanda ötən ay ərzaq məhsulları 6,7 faiz bahalaşıb

12 Noyabr 2026 17:31see241

Təbiətin gizli təhlükəsi Zəhərli göbələklərdən ehtiyatlı olun Video

12 Noyabr 2026 18:02see235

Autizm xəstəsi olan uşaq məktəbə götürülmür (Video)

12 Noyabr 2026 21:36see226

Azərbaycanla Avropa İttifaqı arasında əlaqələr müzakirə edildi

13 Noyabr 2026 00:52see215

Vüsalə Əlizadə: Bizdə menecer işi sıfır səviyyədədir

12 Noyabr 2026 16:31see204

“Ən bahalı əl işimi 12 min manata satmışam” Təhminə Seyidzadə ilə MÜSAHİBƏ

12 Noyabr 2026 15:42see201

Avropanın Azərbaycanın enerji və tranzit potensialına tələbatı artır

12 Noyabr 2026 21:00see201

Azərbaycan ilə Ermənistan arasında işçi qrupları yaradılıb

12 Noyabr 2026 21:29see199

Bir gecədə qazanılan sərvətin görünməyən üzü İT milyarderləri niyə peşmandırlar?

12 Noyabr 2026 12:04see199

Putin və Tramp Çində Rusiya Ukrayna münaqişəsinin müzakirəsini davam etdirəcəklər

12 Noyabr 2026 21:53see199

Ayxan Abbasov: İnanıram ki, sabah vacib qələbəni qazanacağıq

13 Noyabr 2026 05:39see191

“Santyaqo Bernabeu”da FIFA rəsmiləri ilə görüş keçirilib

13 Noyabr 2026 05:12see189

Vaşinqtonda atışmanın təfərrüatları məlum olub

13 Noyabr 2026 02:26see185
newsSon xəbərlər
Günün ən son və aktual hadisələri