Icma.az
close
up
RU
Bakı islandların gözü ilə: Manhettenə bənzərlik, mədəni şok və ibadət otağı in İCMALI

Bakı islandların gözü ilə: Manhettenə bənzərlik, mədəni şok və ibadət otağı in İCMALI

Icma.az xəbər verir, Idman.biz saytına əsaslanaraq.

Azərbaycan və İslandiya yığmalarının (0:2) Bakıda dünya çempionatının seçmə mərhələsində qarşılaşdığı gün İslandiya mediasının diqqətini çəkən təkcə oyun olmayıb. Belə ki, ölkəmizin paytaxtı ayrıca müzakirə mövzusuna çevrilib.

İdman.Biz-in məlumatına görə, islandiyalı jurnalistlər Bakını Manhettenə bənzədib, mədəniyyət şoku yaşadıqlarını qeyd ediblər və təəccüb içində mətbuat nümayəndələri üçün ayrılmış xüsusi ibadət otağını lentə alıblar.

İslandiyalılar Xəzər sahilinə üç reyslə çatıblar. İslandiyanın Sýn telekanalı qeyd edib ki, komandası uzun məsafəli uçuş və bir neçə dayanacaqdan sonra Bakıya gecənin yarısında yetişib. Onlar reportajda etiraf ediblər ki, yorğunluq çox tez heyranlığa çevrilib: paytaxtı “inanılmaz binalara malik şəhər” kimi təsvir edir, bəzi rayonların silueti və sıx tikintisi ilə Manhetteni xatırlatdığını yazırdılar.

Həmişə Reykyavikin alçaq tikililəri və şimal səmimiyyəti fonunda yaşayan bir ölkə üçün Bakıdakı kontrast həqiqətən də kino kimi görünüb: işıqlanan göydələnlər, şüşə, metal və Xəzərin sahili. Matç günü islandiyalı şərhçilər həmin sahilboyu gəzintidən canlı yayıma qoşulacaq, yumşaq payız günəşi altında komandalarının şanslarını müzakirə edəcəkdilər.

Fotbolti.net saytı isə islandiyalı jurnalistlərin Azərbaycana dair ilk təəssüratlarına ayrıca yazı həsr edib. Müəllif səmimiyyətlə etiraf edir ki, mədəniyyət baxımından bu ölkə İslandiyaya heç bənzəmir. Bununla belə, Bakıda keçirdikləri ilk günləri “çox xoş” adlandırıb. Müəllifin sözlərinə görə, eyni qiymətləndirməni həm personal, həm də İslandiya yığmasının futbolçuları veriblər.

Qonaqların baş məşqçisi Arnar Qunnlauqsson mətbuat konfransını açarkən Bakının ona necə xoş gəldiyini xüsusi vurğulayıb və şəhərin gözəlliyini ayrıca qeyd edib. İslandiyalı jurnalist paytaxtı çoxçeşidli şəhər kimi təsvir edib: müxtəlif üslublu binalar, bir məkanda modernləşmə və parlaq göydələnlərin birləşməsi şimallılar üçün qeyri-adi, amma cəlbedici bir mənzərə yaradır.

Mətn həmçinin dini fona da diqqət yetirilib. Qeyd olunub ki, Azərbaycan əhalisinin təxminən 90 faizi şiə müsəlmanlardır, lakin konstitusiyada dövlət dini təsbit olunmayıb.

İslandiyadan olan jurnalistlərin reportajlarının əsas müzakirə mövzusu - meydan yox, media zonasının yanında yerləşən kiçik bir otağı olub.

Fotbolti.net yazır ki, matçın keçirildiyi “Neftçi”nin ev arenasında mətbuat üçün ayrılmış iş otağının yaxınlığında jurnalistlərin istifadə edə biləcəyi xüsusi ibadət otağı mövcuddur.

Müəllif vurğulayır ki, otaq mətbuat konfranslarının keçirildiyi zalın cəmi bir neçə addımlığındadır. Şimali Avropanın futbol arenalarında media üçün ayrıca dua otağı təsəvvür etmək çətin olduğundan islandiyalı auditoriya üçün bu, demək olar ki, ekzotik bir görüntüyə çevrilib.

Jurnalist zarafatla əlavə edib ki, orada Azərbaycanın qələbəsi üçün dua edəcək.

İslandiya materiallarında təkrarlanan daha bir motiv - Bakıda oyuna gözləniləndən daha az maraq göstərilməsi idi.

Visir.is portalı məlumatında isə qeyd olunub ki, azərbaycanlılar İslandiya ilə oyuna çox maraq göstərmir və stadion yarımboş olacaq.

Mbl.is isə yazısında qeyd edib ki, Bakıya 20–30 nəfərə yaxın islandiyalı azarkeş gəlib:

“Bəziləri birbaşa, bəziləri İstanbuldakı keçid vasitəsilə. Hamısı üçün bu, bu, futbol xəritəsindəki uzaq bir nöqtəyə - soyuq Atlantikdən Xəzərə uzanan bir macəra idi” – nəşr qeyd edib.

Bütün bu elementləri birləşdirəndə, islandiya mediasında Bakı təkcə seçmə mərhələ təqvimində növbəti dayanacaq yox, onları təəccübləndirən və cəlb edən canlı bir şəhər kimi görünüb.

İslandiyalılar Bakını təkcə üç xal və DÇ–2026-nın pley-off şansı ilə deyil, həm də gözlədiklərindən qat-qat parlaq və stereotipləri dağıdan canlı şəhər təəssüratı ilə tərk ediblər.

İslandiya nəşrləri bunu açıq şəkildə yazır: onlar yalnız qollardan, taktikalardan və turnir hesablamalarından deyil, həm də Bakının necə göründüyündən, necə hiss etdiriyindən, Reykyavikdən nə ilə fərqləndiyindən və bura bəlkə də təkcə futbol üçün deyil, başqa səbəblərlə də qayıtmaq istəklərindən bəhs edirlər.

Teymur Tuşiyev

İdman.Biz

Hadisənin gedişatını izləmək üçün Icma.az saytında ən son yeniliklərə baxın.
seeBaxış sayı:56
embedMənbə:https://www.idman.biz
archiveBu xəbər 14 Noyabr 2025 12:27 mənbədən arxivləşdirilmişdir
0 Şərh
Daxil olun, şərh yazmaq üçün...
İlk cavab verən siz olun...
topGünün ən çox oxunanları
Hal-hazırda ən çox müzakirə olunan hadisələr

Rusiya, vəziyyətin kritik həddə çatmasına imkan verməməli idi

29 Dekabr 2025 16:02see358

Azərpoçt sakinləri məktub dalıyca haraya göndərir? “Yaşadığım yerdən neçə kilometr kənara məktub və bağlama üçün gedirəm”

29 Dekabr 2025 09:04see239

Neft qiymətləri yüksəlir: Geosiyasi risklər bazara təsir göstərir

29 Dekabr 2025 09:52see227

Qızılın bu günə olan qiyməti açıqlandı

29 Dekabr 2025 11:26see191

Siyasi qorxunun məhsulu

30 Dekabr 2025 09:45see177

PREZİDENT İCRA BAŞÇISINI İŞDƏN ÇIXARDI Ötən ay təyin edilmişdi + DOSYE

29 Dekabr 2025 18:01see172

MHP lideri: Millətimiz əmin olsun ki, terror bəlasının kökləri slinəcək

29 Dekabr 2025 18:05see162

Türkiyədə tanınmış reper həbs edildi

30 Dekabr 2025 03:04see161

Stomatoloq ən təhlükəli bayram içkisinin adını çəkib...

29 Dekabr 2025 22:18see156

DİN Baş İctimai Təhlükəsizlik İdarəsinə rəis təyin edilib

29 Dekabr 2025 03:50see155

Bakı sakinlərinə ŞAD XƏBƏR: Tarqovı nın ərazisi böyüdülür (FOTO)

29 Dekabr 2025 04:20see154

Ekspert xəbərdarlıq etdi: 2026 da iqtisadi çətinlik...

30 Dekabr 2025 08:15see150

AİJA qalibləri açıqladı: Qaynarinfo İlin saytı seçildi

29 Dekabr 2025 18:25see139

AZAL ın təyyarə qəzasının araşdırılması üçün Qazaxıstanla əməkdaşlıq edirik Rusiya XİN

30 Dekabr 2025 20:05see139

Yamal 20+20 qolla yüksək liqa oyunçularının elit siyahısına qoşulub

30 Dekabr 2025 03:09see136

Yeni ilin məşhur salatı ilə bağlı dietoloqdan xəbərdarlıq

29 Dekabr 2025 11:41see135

ABŞ ın Mərkəzi Kəşfiyyat İdarəsi Venesuela limanına zərbə endirib

30 Dekabr 2025 09:43see134

2026 cı ildə Bakıda hansı infrastruktur layihələri REALLAŞDIRILACAQ?

30 Dekabr 2025 14:16see133

Kamavinqanın 2026 planı “Real” üçün əsas prioritetdir

29 Dekabr 2025 02:36see133

Tramp: “F 35”lərin Türkiyəyə satışı ilə bağlı ciddi müzakirələr aparılır

30 Dekabr 2025 05:45see132
newsSon xəbərlər
Günün ən son və aktual hadisələri