Icma.az
close
up
RU
Bakı İstintaq Təcridxanasına başçəkmə həyata keçirilib

Bakı İstintaq Təcridxanasına başçəkmə həyata keçirilib

Icma.az, Sia Az portalına istinadən məlumat yayır.

Azərbaycan Respublikasının İnsan Hüquqları üzrə Müvəkkilinin (Ombudsmanın) Milli Preventiv Mexanizm və Müstəqil Monitorinq Mexanizmi fəaliyyəti çərçivəsində Azərbaycan Respublikası Ədliyyə Nazirliyinin Penitensiar Xidmətinin Bakı İstintaq Təcridxanasına başçəkmə həyata keçirilib. Bu barədə SİA-ya Ombudsmanın Mətbuat xidmətindən məlumat verilib.

BMT-nin “İşgəncə və digər qəddar, qeyri-insani və ya ləyaqəti alçaldan rəftar və ya cəza əleyhinə Konvensiyası”nın Fakültativ Protokolu, “Əlilliyi olan şəxslərin hüquqları haqqında” Konvensiyası, “Azərbaycan Respublikasının İnsan hüquqları üzrə müvəkkili (ombudsman) haqqında” Konstitusiya Qanunu əsasında təşkil edilən başçəkmədə məqsəd bu müəssisədə saxlanılan şəxslərlə, xüsusilə əlilliyi olan qadınlarla bağlı rəftar və şəraitin araşdırılması, onların hüquqlarının təmini məsələlərinin və göstərilən xidmətlərin vəziyyətinin öyrənilməsi olub.

Başçəkmə zamanı əlilliyi olan qadınlar, həmçinin səhhətində problemləri olan 30-a yaxın şəxs saxlanıldığı kameralarda, habelə öz istəklərinə uyğun olaraq konfidensial qaydada qəbul edilib.

Qadınların saxlanıldığı kameralara, eyni zamanda, müəssisənin tibb-sanitar hissəsinə baxış keçirilib, palatalarda saxlanılan şəxslərlə konfidensial söhbətlər aparılıb. Qidalanma, gəzinti, sovqat qəbulu, görüş və telefon danışığı ilə bağlı müvafiq hüquqların təmini vəziyyəti araşdırılıb, Ombudsmana ünvanlanan müraciətləri qəbul olunub.

Başçəkmə zamanı mövcud vəziyyət qiymətləndirilərək əlilliyi olan şəxslərə münasibətdə müyəssərliyin təkmilləşdirilməsi, mövcud çatışmazlıqların aradan qaldırılması, habelə saxlanılan əlilliyi olan qadınların siyahısının aparılması və sənədləşmə işinin təkmilləşdirilməsi ilə bağlı müəssisənin və tibbi sanitar hissənin rəhbərliyinə müvafiq tövsiyələr verilib, həmçinin hüquqi maarifləndirici söhbətlər aparılıb.

Ən son xəbərləri və yenilikləri almaq üçün Icma.az saytını izləyin.
seeBaxış sayı:187
embedMənbə:https://sia.az
archiveBu xəbər 16 Oktyabr 2025 10:28 mənbədən arxivləşdirilmişdir
0 Şərh
Daxil olun, şərh yazmaq üçün...
İlk cavab verən siz olun...
topGünün ən çox oxunanları
Hal-hazırda ən çox müzakirə olunan hadisələr

“Radio milli və informasiya təhlükəsizliyimiz üçün mühüm vasitədir” Hikmət Babaoğlu

23 Oktyabr 2026 12:18see357

Dəbdəbəli həyat tərzi nümayişi qadağası So­sial şə­bə­kə­də ya­zı­lan­lar

23 Oktyabr 2026 07:03see350

İran rəsmisi: Uzunmüddətli müharibə ABŞ nin ziyanına olacaq

23 Oktyabr 2026 04:23see285

Vüqar Oruc: “İnternet tarifləri artırılmamalı, xidmətin keyfiyyəti yüksəldilməlidir”

23 Oktyabr 2026 13:49see281

Növbəti köç karvanları Xocavənd və Ağdərəyə çatıb (Yenilənib)

23 Oktyabr 2026 12:58see279

Tramp Vensin namizədliyini dəstəkləmək barədə hələ qərar qəbul etməyib

23 Oktyabr 2026 04:52see275

Zelenski: bu tarixdə ruslarla döyüşsəydik, bu gün müharibə olmazdı

23 Oktyabr 2026 04:19see271

Hamısı məhv edildi Kadırov

23 Oktyabr 2026 01:48see256

Avropa Liqası: Beşiktaş və Yuventus dan heç heçə GÜNÜN NƏTİCƏLƏRİ

23 Oktyabr 2026 00:58see231

Kuba XİN i Ukrayna münaqişəsində iştirakla bağlı ittihamları rədd edib

23 Oktyabr 2026 02:21see221

Gəncədə keçmiş məhkumlardan biri digərini bıçaqlayıb

23 Oktyabr 2026 04:15see221

Araz çayında balıqların sayı artıb

23 Oktyabr 2026 01:21see220

UEFA Avropa Liqası: “Beşiktaş” öz meydanında heç heçə edib

23 Oktyabr 2026 02:49see219

7 ölkə bir araya gəldi İstanbulda mühüm görüş

23 Oktyabr 2026 03:22see215

Əlilliyə görə əmək pensiyası dayandırılıbsa, necə bərpa etmək olar?

22 Oktyabr 2026 20:27see214

ABŞ Venesuelaya qarşı bir sıra sanksiyaları ləğv etməyə hazırlaşır

23 Oktyabr 2026 05:50see212

Tovuzda kişinin güllələnmiş meyiti TAPILDI

23 Oktyabr 2026 04:53see211

“Evdə üç günlük ərzaq ehtiyatı toplayın, nağd pul saxlayın”

23 Oktyabr 2026 03:48see210

Diş sağlamlığına zərər verən qidalar Həkim AÇIQLADI

23 Oktyabr 2026 09:47see195

Təhlükəli öskürəyin əlamətləri AÇIQLANDI

22 Oktyabr 2026 22:33see172
newsSon xəbərlər
Günün ən son və aktual hadisələri