KİV: İran amerikalılara qarşı hücumlar hazırlayır
Azxeber.com saytından verilən məlumata görə, Icma.az xəbər verir.
ABŞ kəşfiyyatı İranın Yaxın Şərqdə və digər ölkələrdə amerikalılara qarşı hücumlar hazırladığı barədə məlumat əldə edib.
"The New York Times" qəzeti xəbər verir ki, bu barədə ABŞ rəsmilərinin açıqlamalarında məlumat verilib.
ABŞ Milli Kəşfiyyatının direktoru Cey Kleytonun dövlət katibi Marko Rubioya göndərdiyi memorandumda Dövlət Departamentinin əməkdaşları üçün təhlükə barədə xəbərdarlıq edilib.
Amerika qurumlarının qiymətləndirməsinə görə, fevralda müharibə başlayandan bəri Yaxın Şərqdə və bir sıra digər ölkələrdə ABŞ vətəndaşları üçün təhlükə ən yüksək səviyyəyə çatıb. ABŞ Prezidenti Donald Tramp və onun yaxın köməkçiləri artan risklər barədə mütəmadi məlumatlandırılırlar.
Qəzetin həmsöhbətlərinin sözlərinə görə, bəzi kəşfiyyat məlumatları İranın ABŞ ərazisində əməliyyatçıları ola biləcəyini göstərir. Avropadakı obyektlər də İranın mümkün hədəfləri sırasında göstərilir.
Rəsmilərin bildirdiyinə görə, mövcud təhlükələr fonunda ABŞ Dövlət Departamenti Səudiyyə Ərəbistanında fəaliyyəti zəruri olmayan əməkdaşlarına və onların ailə üzvlərinə ölkəni tərk etmək barədə göstəriş verib. Yaxın Şərqdəki digər Amerika diplomatik nümayəndəliklərində də əməkdaşların sayı azaldılır.
Məlumata görə, Tehran ABŞ və İsrailin yeni hücumları baş verəcəyi təqdirdə Fars körfəzində sualtı kommunikasiya kabellərinə zərbələr endirmək planları da hazırlayıb.
///oxu.az///
Bu mövzuda digər xəbərlər:
Baxış sayı:115
Bu xəbər 24 Oktyabr 2026 23:38 mənbədən arxivləşdirilmişdir



Daxil ol
Online Xəbərlər
Xəbərlər
Hava
Maqnit qasırğaları
Namaz təqvimi
Kalori kalkulyatoru
Qiymətli metallar
Valyuta konvertoru
Kredit Kalkulyatoru
Kriptovalyuta
Bürclər
Sual - Cavab
İnternet sürətini yoxla
Neftin Qiyməti
Azərbaycan Radiosu
Azərbaycan televiziyası
Haqqımızda
TDSMedia © 2026 Bütün hüquqlar qorunur







Günün ən çox oxunanları



















