Kurban Berdıyev: “Qol epizodunda bütün komandanın səhvi var idi”
Idman.biz saytından əldə olunan məlumata görə, Icma.az məlumat yayır.
“Turan Tovuz”un baş məşqçisi Kurban Berdıyev Misli Premyer Liqasının doqquzuncu turunda “Neftçi” ilə 1:1 hesablı heç-heçədən sonra keçirilən mətbuat konfransında oyunu dəyərləndirib.
İdman.Biz xəbər verir ki, təcrübəli mütəxəssis komandasının qələbəyə layiq oyun nümayiş etdirdiyini, lakin qol imkanlarından yararlana bilmədiyini söyləyib.
“Paltardəyişmə otağında futbolçularıma cəhdlərinə görə təşəkkür etdim. Rəqib azlıqda qalana qədər də üstün tərəf idik. Çoxlu epizodlar əldə etdik, amma reallaşdıra bilmədik. Üzücü məqam odur ki, qələbə qazana bilmədik”, - deyə Berdıyev bildirib.
Baş məşqçi heç-heçəni müsbət nəticə hesab etmədiyini vurğulayıb:
“Xal itirdik”.
Buraxılan qolda qapıçının məsuliyyəti ilə bağlı suala da münasibət bildirən Berdıyev səhvin yalnız bir futbolçuya aid olmadığını qeyd edib:
“Buraxdığımız qolda bütün komandanın səhvi var idi”.
Bu mövzuda digər xəbərlər:
Baxış sayı:178
Bu xəbər 24 Oktyabr 2026 23:37 mənbədən arxivləşdirilmişdir



Daxil ol
Online Xəbərlər
Xəbərlər
Hava
Maqnit qasırğaları
Namaz təqvimi
Kalori kalkulyatoru
Qiymətli metallar
Valyuta konvertoru
Kredit Kalkulyatoru
Kriptovalyuta
Bürclər
Sual - Cavab
İnternet sürətini yoxla
Neftin Qiyməti
Azərbaycan Radiosu
Azərbaycan televiziyası
Haqqımızda
TDSMedia © 2026 Bütün hüquqlar qorunur







Günün ən çox oxunanları



















