Icma.az
close
up
RU
Bakı kəndləri suya həsrət qalıb Su dəllallarının fırıldağı…

Bakı kəndləri suya həsrət qalıb Su dəllallarının fırıldağı…

Icma.az xəbər verir, Demokrat.az saytına əsaslanaraq.

Göydən sözün bütün mənalarında “od ələndiyi” bu yay günlərində Bakı kəndləri suya həsrət qalıb. Nə su var, nə də su probleminin həll etməkdə məsul qurum olan İri Şəhərlərin Birləşmiş Su Təchizatı Xidmətinin (İSST) xidməti. Nə problemi həll edirlər, nə də şikayəti dinləyirlər. Su həyatdır, yayın qızmar günlərində Bakı kəndlərində, xüsusilə Pirallahı, Abşeron və Xəzər rayonlarında həyat yoxdur.
Redaksiyamıza daxil olan şikayətləri incələdikdə məlum olur ki, adıçəkilən rayonlarda suyun verilməsi hansısa problemə görə yox, məhz qəsdən dayandırılıb. Məntiqlə İSST abonentləri suyla təmin etməli, qarşılığında kommunal haqlardan gəlir əldə etməlidir. Buna görə suyun verilməsinin qəsdən dayandırılmasında maraqlı olmamalıdır. Amma və lakin, araşdırmalar fərqli nəticələri ortaya çıxarır.
Bunu suyun verilmədiyi bölgələrdə maşınlarla su daşınmasından anlamaq olur. İlk baxışdan, su maşınlarının işləməsi problemin “həlli” kimi görünə bilər. Lakin məsələnin mahiyyəti fərqlidir. Deməli, su təminatını müxtəlif bəhanələrlə dayandırılıb. Əvəzində əhali pul verərək, maşınlarla su alır. Maşınların daşıdığı su da məhz abonentlərin təminatı üçün fəaliyyət göstərən anbalardan götürülür. Fəaliyyət göstərən su maşınları da su təminatı üzrə müvafiq dövlət qurumları ilə əlaqəli şəxslərə bağlıdır. Əks təqdirdə, maşınların anbarlardan su götürülməsinə imkan verilməzdir.
Beləliklə, abonentlər suya görə kommunal haqq ödəmək əvəzinə, pul verərək su alır. Onların verdiyi pullar da dövlət büdcəsinə yox, birbaşa şəxslərin cibinə gedir. Sözügedən ərazilərdə bir sıra vəzifəli şəxslərə suyun verilməsi də təsdiq edir ki, problem su təminatında deyil, hansısa şəxslərin biznes maraqlarındadır. Bununla da bir tərəfdən su problemi ilə üzləşən insanlar dövlətdən narazı salınır, digər tərəfdən, insanların suya xərclədikləri pullar dövlət büdcəsinə yox, fərdi şəxslərin ciblərinə axır. Pirallahı, Abşeron və Xəzər rayonlarında əhali sayını nəzərə alanda ortada milyonlarla vəsaitin olduğunu deyə bilərik.
Məsələ ilə bağlı Demokrat.az-a açıqlama verən İri Şəhərlərin Birləşmiş Su Təchizatı Xidmətinin mətbuat katibi Ceyhun Musaoğlu problemi yay mövsümü ilə əlaqələndirib. Bildirib ki, yay mövsümündə havaların kəskin istiləşməsi nəticəsində suya olan tələbat artır:
“Mövcud qurğuların və sudaşıyıcı kəmərlərin həddindən artıq yüklənməsi nəticəsində qəza risklərini də minimuma salmaqla tələbatın maksimum optimal qarşılanması üçün müəyyən tənzimlənmə işləri aparılır. Hazırda mövcud vəziyyətlə əlaqədar İri Şəhərlərin Birləşmiş Su Təchizatı Xidməti tərəfindən 24 saatlıq intensiv iş rejimi tətbiq edilir və su təchizatı qrafik rejimdə günlük, saatlıq olaraq tənzimlənir. Əhalinin 70%-dən çoxu 24 saatlıq su rejimindədir, geri qalan abonentlərə isə 12, 8 və 4 saatlıq su təchizatı rejimi tətbiq edilir”. 
Onun sözlərinə görə, rejimlərin tənzimlənməsi əsasən fərdi yaşayış üçün nəzərdə tutulmayan Bakı və Bakı ətrafında pərakəndə üsulla salınmış yaşayış ərazilərinə təsir edir, əsas su gətirici magistral kəmərlərin üzərindəki, mühafizə zolağındakı mövcud qanunsuz tikililər suyun çatdırılmasında və rejim tənzimlənməsində də əlavə problemlər yaradır: “Həmçinin, mövcud qanunsuz birləşmələr su təchizatı sisteminə ciddi texniki və iqtisadi yük yaradır. Belə birləşmələrin qeyri-qanuni və ödənişsiz olması səbəbindən su itkisinin səviyyəsi də əhəmiyyətli dərəcədə artır”.
C.Musaoğlu qeyd edib ki, bütün bu amillər təchizatda fasilələrə səbəb olsa da, hazırda intensiv və sistemli tədbirlər görülür. 
“Ümumilikdə fasiləsiz, o cümlədən qrafik rejimi əsasında su ilə təmin edilən kifayət qədər ərazilərin qızmar hava şəraiti səbəbindən su təminatı rejimində dəyişiklik edilməsi zərurəti yaranıb. Misal üçün, hər-hansı rayonunun bir çox hissəsi səhər saat 6-dan günorta saat 12-ə qədər normal təzyiqlə su alırdı və günorta 12-dən axşam 6-ya kimi həmin təzyiq təxminən 50 faizə endirilirdi. Axşam saatlarında əhalinin sudan daha çox istifadə etdiyi zamanda yəni, saat 6-dan gecə 12-ə kimi normal təzyiqə qaytarılırdı. Hazırda isə bir əraziyə 24 saat su verib, digər ərazini ümumiyyətlə susuz saxlamaq olmaz. Yay aylarında 24 saat su alan ərazilərdə qrafikli rejimə keçməklə 12 saat su verilir. Bəzi ərazilərdə isə mövcud vəziyyətlə bağlı qrafikli rejimlərdə saat dəyişikliyi edilib. Həmçinin 4 saat səhər, 4 saat axşam su qrafikinin tətbiq olunduğu ərazilər hazırda 3 saat səhər, 3 saat axşam rejiminə keçməklə təmin edilir. Hətta şəhərin ucqar nöqtələri, primitiv üsulla su təchizatının mövcud olduğu ərazilər də gün ərzində 1 dəfə olmaqla səhər saat 6-dan 10-a kimi su ilə təmin edilir. Yəni hesablanmış qaydada suyun düzgün paylanma balansını qorumaqla Bakı şəhərinin ən ucqar nöqtəsindən ən çökək nöqtəsinə qədər hər bir abonentə suyun çatdırılması nəzərdə tutulur”, - o bildirib.
İSST nümayəndəsi onu da bildirib ki, keçən illə müqayisədə bu ilin cari ayında havanın temperaturu 6-7 dərəcə daha yüksəkdir: “O cümlədən, əhalinin artımı və şəbəkənin genişləndirilməsi, vətəndaşların bir çoxunun bağ evlərinə köçməsi və s. faktorları da mövcud vəziyyətə səbəbdir. Hazırda mənbə və daşıyıcı xətlər üzrə yay rejiminin tələbatına uyğun olaraq, Bakı şəhərinə tələbatından 0,3 milyon kub metr çox su verilir. Buna baxmayaraq, normativə cavab verməyən tikililər, xətlərin tənzimlənməsinə əngəl yaradan yaşayış sahələri suyun fasiləsiz təminatına ciddi faktor kimi təsir edir. Bu faktların aradan qaldırılması istiqamətində Bakı şəhərinin əsas su təminatçısı olan Ceyranbatan, Oğuz-Qəbələ-Bakı, Kür Sutəmizləyici Qurğuları Komplekslərində suyun istehsal həcmlərinin artırılması, sudaşıyıcı magistral kəmərlərin, hövzələr üzrə supaylayıcı şəbəkələrin qurulması istiqamətində yeni layihələrin icrası intensiv şəkildə davam etdirilir. Həmçinin yeni layihələr də mövcud plan üzrə icra olunmaqdadır, lakin nəzərə almaq lazımdır ki, bu istiqamətdə həyata keçirilən işlər genişmiqyaslı infrastruktur layihələridir və qısa müddətli deyil. Hazırda maksimum güclə intensiv fəaliyyət həyata keçirilir. İşçi heyəti 24 saat fasiləsiz və növbəli rejimdə istismar və təmir-bərpa işlərini yerinə yetirir”.
İSST-in mövqeyində açıq suallar var.
- Havanın temperaturu ötən illə müqayisədə çoxdursa, su təminatından məsul olan qurum niyə öncədən buna hazırlaşmayıb?
- Suyun verilmədiyi abonentlər su şəbəkəsindən uzaqdırsa, niyə su xətləri çəkilmir?
- Su xətlərini müvafiq qurumların əvəzinə kim çəkməlidir?
- Bütün sənədləri qaydasında olan evlər var ki, eyni problemi yaşayırlar, bu evlərə niyə su xətləri çəkilmir?
Açıq suallar qalır. Nə cavab verən var, nə də problemi həll edən.
Vaqif Hüseynli
Demokrat.az
Ən son yeniliklər və məlumatlar üçün Icma.az saytını izləyin, biz hadisənin gedişatını izləyirik və ən aktual məlumatları təqdim edirik.
seeBaxış sayı:77
embedMənbə:https://demokrat.az
archiveBu xəbər 28 İyul 2025 14:07 mənbədən arxivləşdirilmişdir
0 Şərh
Daxil olun, şərh yazmaq üçün...
İlk cavab verən siz olun...
topGünün ən çox oxunanları
Hal-hazırda ən çox müzakirə olunan hadisələr

Qəbələdə mağaza və çayxana yandı KONKRET

25 Yanvar 2026 09:47see251

19 yaşlı rəssam Ülviyyə İman meyxananı Londona apardı FOTO

25 Yanvar 2026 07:57see239

Daşaltı əməliyyatından 34 il keçir

25 Yanvar 2026 00:11see232

Toyda qayınananın gəlinə baxışları GÜNDƏM OLDU VİDEO

25 Yanvar 2026 15:26see202

Rusiya istənilən dövrdə təhlükədir Navrotski

26 Yanvar 2026 09:20see175

Çexiyalı könüllülər bir neçə günə Ukrayna üçün 4 milyon dollara yaxın vəsait toplayıb

25 Yanvar 2026 04:32see174

Bundesliqa: Ştutqart darmadağına sevindi

26 Yanvar 2026 00:54see173

Gülaya ondan QADAĞA: “İstəmir, icazə vermir…”

25 Yanvar 2026 02:33see158

Hər gün 5 dəqiqə bunu et və ömrünü uzat

25 Yanvar 2026 02:49see157

Suriyada MN YPG yə 15 gün vaxt verdi

25 Yanvar 2026 00:41see157

Astronomlar metal buludla əhatə olunmuş sirli bir cismi izah edə bilmirlər…

24 Yanvar 2026 21:17see156

Milli Məclislə Bəhreyn Krallığı Nümayəndələr Şurası arasında anlaşma memorandumu imzalanıb

25 Yanvar 2026 20:58see149

ABŞ Cənubi Qafqazda kimə nə verir: məhsul, yoxsa rol bölgüsü? TƏHLİL

26 Yanvar 2026 14:18see148

Məşhur müğənni xərçəngə qalib gəldi FOTOLAR

24 Yanvar 2026 21:00see146

İranlı həkimdən ŞOK SÖZLƏR Etirazlarda öldürülən 1000 nəfərin… KONKRET

25 Yanvar 2026 20:41see145

Tramp ABŞ ordusunun gizli silahının adını açıqladı

24 Yanvar 2026 23:36see143

Martda ata olacaqdı, sevinə sevinə işə gedirdi Ağır qəza 25 yaşlı gəncin həyatına son qoydu

26 Yanvar 2026 01:43see141

A Seriyası: Komo Torino nu meydana çıxdığına peşman etdi

25 Yanvar 2026 02:48see141

Azərbaycan Premyer Liqası: Sabah Karvan Yevlax la qarşılaşacaq

25 Yanvar 2026 09:30see141

Tramp ABŞ nin gizli silahının adını açıqladı Maduro ələ keçirilərkən istifadə olunub

24 Yanvar 2026 23:33see139
newsSon xəbərlər
Günün ən son və aktual hadisələri