Icma.az
close
up
RU
Bakı kəndlərində minlərlə ailə bu sudan istifadə edir XƏBƏRDARLIQ!

Bakı kəndlərində minlərlə ailə bu sudan istifadə edir XƏBƏRDARLIQ!

Icma.az bildirir, Yenisabah portalına istinadən.

Bakının əksər kəndlərində həyət evlərinin ayrılmaz hissəsinə çevrilən iri su çənləri illərdir istifadə olunur. Xüsusilə ətraf qəsəbələrdə 3-4 ton, bəzən isə 8 tona qədər tutumu olan dəmir su çənlərinə rast gəlmək mümkündür. Son illərdə plastik (polietilen) su çənlərinə maraq artsa da, köhnə dəmir çənlərdən istifadə edənlərin sayı hələ də az deyil.

"Yeni Sabah" xəbər verir ki, əksər ev sahibləri bu çənlərdən həm məişət ehtiyacları, həm də bağın suvarılması üçün istifadə edir. Bəzi həyətlərdə isə həmin çənlərdən gələn su ilə qab yuyulur, duş qəbul edilir, hətta bəzi hallarda içməli su kimi istifadə olunur. Lakin mütəxəssislər xəbərdarlıq edirlər ki, görünüşcə təmiz görünən su hər zaman təhlükəsiz olmaya bilər.

İllərlə təmizlənməyən çənlər təhlükə yaradır Dördpendirli pizza

Mütəxəssislərin sözlərinə görə, əsas risk suyun özündən deyil, onun saxlanıldığı çənlərdən qaynaqlanır. Bir çox həyət evlərində su çəni yalnız nasazlıq yarananda və ya içərisində ciddi çirk görünəndə təmizlənir. Halbuki istifadə intensivliyindən asılı olaraq çənlərin ən azı ildə bir dəfə, bəzi hallarda isə altı aydan bir yuyulub dezinfeksiya olunması tövsiyə edilir.

Uzun müddət təmizlənməyən çənlərin dibində lil, qum, pas qalıqları, yosun və müxtəlif mikroorqanizmlər toplanır. Yay aylarında yüksək temperatur bakteriyaların sürətlə çoxalması üçün daha əlverişli şərait yaradır.

Bakının kəndlərində geniş istifadə olunan köhnə dəmir çənlər zaman keçdikcə paslanır və daxili səthində korroziya əmələ gəlir. Pas hissəcikləri suya qarışmaqla yanaşı, bakteriyaların inkişafı üçün də münasib mühit yaradır. Qapağı kip bağlanmayan çənlərə isə toz, yarpaq, həşəratlar, hətta kiçik heyvanlar düşə bilər.

Plastik çənlər də mütəmadi təmizlənməlidir

Son illərdə plastik su çənlərinin sayı artsa da, bu onların tam təhlükəsiz olması demək deyil. Günəş şüalarının birbaşa təsiri altında qalan keyfiyyətsiz plastik çənlərdə suyun temperaturu yüksəlir, nəticədə bakteriyaların çoxalması sürətlənə bilir. Bundan başqa, zaman keçdikcə çənin dibində müxtəlif çöküntülər toplanır.

Mütəxəssislər qida təyinatlı, sertifikatlı materialdan hazırlanmış çənlərdən istifadənin daha məqsədəuyğun olduğunu bildirirlər. Onların sözlərinə görə, plastik çənlər də mütəmadi olaraq yuyulmalı və dezinfeksiya edilməlidir.

Bağ evlərində ən çox edilən səhvlər

Araşdırmalar göstərir ki, həyət evlərində su çənləri ilə bağlı ən çox rast gəlinən problemlər çənlərin illərlə təmizlənməməsi, qapaqlarının açıq və ya sınmış vəziyyətdə qalması, paslanmış dəmir çənlərdən istifadənin davam etdirilməsi, çənlərin birbaşa günəş altında yerləşdirilməsi və suyun keyfiyyətinin heç vaxt yoxlanılmamasıdır.

Su çəni kanalizasiya quyularının, septik çuxurların və tullantı sahələrinin yaxınlığında yerləşdirilməməli, qapağı daim bağlı saxlanılmalı, çən mütəmadi boşaldılaraq dibindəki çöküntülər təmizlənməli, daha sonra dezinfeksiya edilərək təmiz su ilə yaxalanmalıdır. İlk baxışdan əhəmiyyətsiz görünən bu məsələlər uzun müddətdə həm suyun keyfiyyətinə, həm də insanların sağlamlığına mənfi təsir göstərə bilər. Xüsusilə yay aylarında isti hava mikroorqanizmlərin sürətlə çoxalmasına şərait yaratdığından, həyət evlərində istifadə olunan su çənlərinin mütəmadi yoxlanılması və təmizlənməsi vacib hesab olunur.

Əsmətxanım Rzazadə


Sonrakı hadisələr barədə daha çox məlumat almaq üçün Icma.az saytını izləyin.
seeBaxış sayı:117
embedMənbə:https://yenisabah.az
archiveBu xəbər 07 Avqust 2026 21:17 mənbədən arxivləşdirilmişdir
0 Şərh
Daxil olun, şərh yazmaq üçün...
İlk cavab verən siz olun...
topGünün ən çox oxunanları
Hal-hazırda ən çox müzakirə olunan hadisələr

Zəfər Gününə həsr olunan fləş mob Video

08 Noyabr 2026 13:20see718

Təbrizdəki Baş Konsulluğumuzda Zəfər Gününə həsr olunmuş tədbir...

07 Noyabr 2026 19:14see352

Azərbaycanda investisiya xərcləri ikiqat artırılır: 5,3 milyard manat hara xərclənəcək?

07 Noyabr 2026 20:47see321

Onların çoxu günə dua ilə başlayırdılar...

07 Noyabr 2026 20:52see287

İllər sonra yenidən görüşdülər (Foto)

07 Noyabr 2026 21:22see284

Foreign Affairs: Çin özünü çıxılmaz vəziyyətə salır...

07 Noyabr 2026 20:05see273

Türkiyəli məşhur müğənni Bakıya gəlir

08 Noyabr 2026 01:01see262

Aİ 92 və dizel bahalaşacaq?

08 Noyabr 2026 01:45see259

Azərbaycanlı müğənni qabırğasının qığırdağını burnuna köçürtdü (Video)

08 Noyabr 2026 10:24see243

Mustafa Ceceli də Bakıya gəlir konsert verəcək...

08 Noyabr 2026 05:05see238

“Qodzilla” ABŞ kinoteatrlarında 31 milyon dollar gəlir əldə edib

08 Noyabr 2026 03:43see226

Marsol Group və İCMA üzvləri Zəfər Günü münasibətilə Zəfər abidəsini ziyarət etdilər FOTOLAR

08 Noyabr 2026 10:33see226

Putinin məqsədi Ukrayna iqtisadiyyatını tamamilə məhv etməkdir CNN

08 Noyabr 2026 10:52see222

Çox öskürənlər bunu oxusun

08 Noyabr 2026 04:05see222

Ağdaşda II Heyva və Aqrar Biznes festivalları Fotolar

07 Noyabr 2026 19:44see219

Athena Gökhan illərdir dəyişmədiyi saç rəngini dəyişdi Yeni görünüşü təəccübləndirdi

07 Noyabr 2026 21:40see207

Faktiki hava: Bu ərazilərə qar yağıb

08 Noyabr 2026 11:42see206

Türkiyədə serial böhranı: Bir bölümün qiyməti milyonları aşdı, aktyorların qazancı kəsilir

07 Noyabr 2026 19:30see191

Azərbaycanda qadın böyrəyini həyat yoldaşına verdi

08 Noyabr 2026 17:05see190

Fransanı NATO dan çıxarmaq istəyir

08 Noyabr 2026 03:56see188
newsSon xəbərlər
Günün ən son və aktual hadisələri