Icma.az
close
up
RU
Bakı klubunda tragikomik hadisə Transfer baş tutacaqdı ki…

Bakı klubunda tragikomik hadisə Transfer baş tutacaqdı ki…

Idmanxeber.az saytından alınan məlumata görə, Icma.az bildirir.

“Səbail” baxışa dəvət etdiyi futbolçu Coy-Slayd Mikelsi heyətinə qata bilməyib. 30 yaşlı vinger bir müddətdi “dənizçilər”in düşərgəsində komanda ilə məşqə çıxırdı. Onun performansı baş məşqçi Cavid Hüseynov tərəfindən bəyənilib və mütəxəssis futbolçu ilə müqavilə bağlanmasını istəyib.

Rəhbərlik Mikelslə sözləşmə imzalamağa hazırlaşanda ciddi problemlə üzləşib. Belə ki, əsasnaməyə görə Premyer Liqa klubları heyətə cəlb etdikləri legioner futbolçular peşəkar statusunda olmalıdır. Ancaq 30 yaşlı oyunçunun son klubu Almaniyanın həvəskar statuslu “Ay-Yildizspor” komandası olub. Bu səbəbdən də transfer baş tutmayıb.

Maraqlıdır ki, nə klub rəhbərliyi, nə də futbolçunu komandaya təklif edən agent Fuad Xəlilov əsasnaməni yada salmayıb. Əks təqdirdə “Səbail” klub büdcəsindən oyunçuya bilet alıb Azərbaycana gətirərək onu günlərlə komanda ilə məşqə çıxarmazdı.

Legioner limitinin ləğvinin müzakirə olunduğu günlərdə bu cür həvəskar səviyyəli addımlar ciddi narahatlıq yaradır. Əgər əsasnamədə oyunçunun peşəkar statusunda olması şərti qeyd edilməsə, hansısa həvəskar klubda çıxış edən biri Premyer Liqaya transfer ediləcəkdi. Üstəlik dövlətin futbolun inkişafı üçün klublara ayırdığı vəsait hesabına. Premyer Liqa klubları heyətə cəlb edilən oyunçuların yalnız milliyətinə baxmamalı, bu işdə daha peşəkar davranmalıdı.

Xatırladaq ki, Coy-Slayd Mikels “Sabah”da çıxış edən Coy-Lens Mikelslə “Şamaxı”da forma geyinən Leroy Mikelsin qardaşıdı.

İdmanxeber.az

Ən son xəbərləri və yenilikləri almaq üçün Icma.az saytını izləyin.
seeBaxış sayı:248
embedMənbə:https://idmanxeber.az
archiveBu xəbər 06 Fevral 2025 23:35 mənbədən arxivləşdirilmişdir
0 Şərh
Daxil olun, şərh yazmaq üçün...
İlk cavab verən siz olun...
topGünün ən çox oxunanları
Hal-hazırda ən çox müzakirə olunan hadisələr

Yaxın Şərqdə gərginlik artır: İran daha güclü silahının olduğunu iddia edir

21 Oktyabr 2026 21:29see343

Bakıda qadın lyuka düşdü 2000 manatlıq cərimə

21 Oktyabr 2026 21:22see339

Aİ Ukraynanı ABŞ təhdidləri qarşısında tək buraxmayacaq

21 Oktyabr 2026 16:06see335

"28 Mall"un qarşısında ölüm

21 Oktyabr 2026 21:19see300

Hövsanda küçə itləri sakinləri qorxuya salır ŞİKAYƏT

21 Oktyabr 2026 19:45see292

“Barselona“ Dani Olmonun zədəsinin ciddi olduğunu açıqlayıb

21 Oktyabr 2026 21:22see290

“28 Mall”ın yaxınlığında ölüm hadisəsi baş verdi

21 Oktyabr 2026 18:31see287

Türkiyədə məşhur pop qrupunun meneceri üç ilədək azadlıqdan məhrum edilə bilər

21 Oktyabr 2026 21:28see277

The Guardian: Ukraynanın gələcəyi Tramp və Putinə məxsus deyil...

21 Oktyabr 2026 21:29see276

Politoloq: Türkiyə Azərbaycan münasibətlərini böhran həddinə çatdıran şəxslər müəyyənləşdirilməlidir

21 Oktyabr 2026 21:21see267

Çörək yeyəndən sonra niyə yuxumuz gəlir?

21 Oktyabr 2026 15:46see262

Havalı Alı Rüstəm Dastanoğlunun hekayəsi

21 Oktyabr 2026 18:10see235

Günel Afrikadan qız uşağı övladlığa götürmək istəyir

21 Oktyabr 2026 15:52see233

Bakıda milyonluq hazırlıqlar başladı Qarlı havalarla bağlı

21 Oktyabr 2026 18:31see230

Çin üçtəkərli avtomobil buraxdı

21 Oktyabr 2026 21:19see225

“Lap başımı itirmişəm, fikirləşirəm ki, kasıblar nə edir?” Hicran Nəsirova

21 Oktyabr 2026 20:18see222

Səhiyyə Nazirliyi: Ölkəyə qripə qarşı vaksinlər gətirilib

21 Oktyabr 2026 14:13see222

ABŞ nin Ukraynaya diplomatik təzyiqi artır

21 Oktyabr 2026 15:51see221

Antiinhisar “Aztelekom”un qiymət artımı müraciətini rədd edib

22 Oktyabr 2026 17:21see218

Sülh müqaviləsini ləngidən Paşinyan nəyi gözləyir, yaxud Paşinyanı nə gözləyir?

21 Oktyabr 2026 21:18see212
newsSon xəbərlər
Günün ən son və aktual hadisələri