Bakı küçələrində şam ağacı kimi bəzədilmiş “SantaBus” avtobusu VİDEO
Icma.az, Avtosfer portalından verilən məlumatlara əsaslanaraq xəbər verir.
Paytaxtda “Yeni ilə” görə bəzədilmiş avtobusun görüntüləri sosial şəbəkələrdə geniş yayılıb.
Avtosfer.az xəbər verir ki, 99-XT-639 dövlət nömrə nişanlı “Daewoo” markalı avtobusun sürücüsü nəqliyyat vasitəsinin üzərinə işıq cihazları quraşdırıb. Hətta nəqliyyat vasitəsinin ön alın şüşəsinə işıqla “SantaBus” və “2025” yazıları qeyd olunub. Lakin kadrlarda da göründüyü kimi, avtobus sərnişin daşımır.
Qeyd edək ki, sosial şəbəkə istifadəçiləri sözügedən nəqliyyat vasitəsinin Mehdiabad - Azadlıq prospekti marşrut xətti üzrə hərəkət edən 108B saylı sərnişin avtobusunun olduğunu bildiriblər.
Xatırladaq ki, avtomobilə əlavə işıq cihazlarının quraşdırılması qəzalara gətirib çıxarır. Bu, digər hərəkət iştirakçılarının fikrini yayındırmaqla yanaşı avtomobildə qısaqanmaya və yanğına səbəb ola bilər. Belə ki, İnzibati Xətalar Məcəlləsinin 342.2.2 maddəsinə əsasən, avtomobilə qanunsuz işıq cihazlarının quraşdırılmasına görə 150 manat məbləğində cərimə nəzərdə tutulub.
Nərmin
Bu mövzuda digər xəbərlər:
Baxış sayı:109
Bu xəbər 20 Dekabr 2024 12:46 mənbədən arxivləşdirilmişdir



Daxil ol
Online Xəbərlər
Xəbərlər
Hava
Maqnit qasırğaları
Namaz təqvimi
Kalori kalkulyatoru
Qiymətli metallar
Valyuta konvertoru
Kredit Kalkulyatoru
Kriptovalyuta
Bürclər
Sual - Cavab
İnternet sürətini yoxla
Azərbaycan Radiosu
Azərbaycan televiziyası
Haqqımızda
TDSMedia © 2025 Bütün hüquqlar qorunur







Günün ən çox oxunanları



















