Icma.az
close
up
RU
Bakı küçələrində satılan bu məhsula DİQQƏT EDİN

Bakı küçələrində satılan bu məhsula DİQQƏT EDİN

News24 saytından verilən məlumata görə, Icma.az xəbər verir.

"Küçə şəraitində satılan dondurmalar çox zaman mənşəyi məlum olmayan və baytarlıq-sanitariya nəzarətindən keçməyən xammaldan istehsal oluna bilər. Belə məhsulların tərkibində istifadə olunan komponentlərin keyfiyyətsizliyi və saxlanma şəraitinin standartlara uyğun olmaması insan sağlamlığı üçün potensial təhlükə mənbəyidir".

Bu fikirləri News24.az-a açıqlamasında Qida təhlükəsizliyi Hərəkatının rəhbəri, Sağlam qidalanma mütəxəssisi Məhsəti Hüseynova deyib. 

Onun sözlərinə görə, sanitar-gigiyenik norma və qaydalara əməl edilməməsi də ciddi mikrobioloji risklər yaradır:

"Əgər dondurmanı təqdim edən şəxsin şəxsi gigiyenasına riayət olunmursa, alətlərlə (xüsusilə təqdimetmə qaşığı ilə) təkrar-təkrar eyni suda yuyulma həyata keçirilirsə və bu su mütəmadi olaraq yenilənmirsə, həmin alətlər üzərindən patogen mikroorqanizmlərin ötürülməsi mümkündür. Bu isə qida mənşəli infeksiyaların yaranmasına səbəb ola bilər.

Açıq hava şəraitində, xüsusilə yol kənarlarında satılan dondurmalar əlavə olaraq fiziki və kimyəvi çirklənməyə məruz qala bilər. Atmosferdən gələn toz hissəcikləri, həşəratlar (xüsusilə milçəklər), eləcə də avtomobil nəqliyyat vasitələrindən çıxan egzoz qazları məhsulun üzərinə düşərək onu kontaminasiya edə bilər".

Mütəxəssis, qida təhlükəsizliyi baxımından dondurmanın -18°C temperaturda sabit şəkildə saxlanılmasının zəruri olduğunu vurğulayıb. O bildirib ki, əgər məhsul defrost (ərimə) olub sonradan yenidən dondurularsa, bu zaman onun teksturası dəyişir, mikrob yüklənməsi artır və məhsulun ilkin orqanoleptik göstəriciləri pozulur. Belə dəyişiklikləri istehlakçı vizual olaraq müəyyən edə bilmədiyindən, risklərin dərəcəsi artır- deyə bildirib.

M. Hüseynova, dondurma əsasən süddən hazırlanan bir məhsul olduğu üçün, istifadə olunan südün baytarlıq-sanitariya nəzarətindən keçməsi və mikrobioloji baxımdan təhlükəsiz olması mühüm əhəmiyyət daşımasının vacib olduğunu nəzərə çatdırıb:

"Keyfiyyətsiz və ya çirkli süddən istifadə edildiyi təqdirdə, məhsulda patogen bakteriyaların (məsələn, Salmonella, Listeria monocytogenes, Escherichia coli) inkişafı üçün əlverişli şərait yaranır ki, bu da istehlakçılarda qida zəhərlənmələrinə və digər sağlamlıq problemlərinə səbəb ola bilər.

Nəticə etibarilə, dondurma məhsullarının alışı zamanı onların mənşəyi, saxlanma şəraiti və satış zamanı gigiyenik standartlara riayət olunub-olunmaması nəzərə alınmalı və yalnız qida təhlükəsizliyi tələblərinə cavab verən mənbələrdən alınması tövsiyə olunur"- deyə o sonda bildirib.

Xeyrənsə Piriyeva

Ən son yeniliklər və məlumatlar üçün Icma.az saytını izləyin, biz hadisənin gedişatını izləyirik və ən aktual məlumatları təqdim edirik.
seeBaxış sayı:155
embedMənbə:https://news24.az
archiveBu xəbər 17 İyul 2025 16:59 mənbədən arxivləşdirilmişdir
0 Şərh
Daxil olun, şərh yazmaq üçün...
İlk cavab verən siz olun...
topGünün ən çox oxunanları
Hal-hazırda ən çox müzakirə olunan hadisələr

Hakan Fidan: “İrana hərbi müdaxilə həll yolu deyil”

24 Oktyabr 2026 14:29see437

Körpələrdə yüksək hərarət fonunda qıcolmalar

24 Oktyabr 2026 01:51see251

Tramp saxta addan isitfadəyə görə konqresmeni istefaya çağırdı

23 Oktyabr 2026 23:46see242

Dövlət Bağçalı İlham Əliyevə təşəkkür ETDİ

23 Oktyabr 2026 22:34see234

Gələcəyə inamını itirən gənclik Niyə yatırım etmək əvəzinə kor koranə pul xərcləyirlər?

24 Oktyabr 2026 15:01see225

Ronaldo tarixə düşdü

24 Oktyabr 2026 04:57see222

Qazaxıstanlı filosoflar AMEA da elmi nəzəri təcrübə keçiblər

24 Oktyabr 2026 16:08see221

Qubadlının işğaldan azad olunmasından 6 il ötür

25 Oktyabr 2026 00:07see218

Mask "Starlink"i Ukrayna üçün niyə bağladığını açıqladı

25 Oktyabr 2026 00:38see214

Bundesliqa: Bremenlilər dramatik matçda sevindi

25 Oktyabr 2026 00:13see210

Qavi El Klasiko öncəsi “Real Madrid”dən ehtiyat etdiyini gizlətməyib

25 Oktyabr 2026 00:32see202

Zeytun Festivalı əyləncəli proqramla yadda qalıb FOTOLAR

25 Oktyabr 2026 00:33see200

Bağırsaqlar üçün faydalı QİDALAR

25 Oktyabr 2026 00:37see199

Piyada keçidində 3 nəfərin vurulduğu qəzanın ANBAAN VİDEOSU

24 Oktyabr 2026 15:35see197

Zeytun Festivalında estrada ulduzlarının konserti olub

24 Oktyabr 2026 23:08see195

Gəzdikcə doymadığın, ayrıldıqca darıxdığın şəhər REPORTAJ

24 Oktyabr 2026 13:48see191

Zeytunla başlayan, musiqi ilə davam edən gün Fotolar

24 Oktyabr 2026 18:13see190

Prezident millinin qollarından danışdı: Hamısı gözəl idi...

25 Oktyabr 2026 00:12see188

Heyva doğrandıqdan sonra niyə qaralır? Rəngini qorumağın praktik yolları

25 Oktyabr 2026 00:38see185

Dövlət Bağçalının Azərbaycana qarşı mövqeyi alqışa layiqdir Politoloq

24 Oktyabr 2026 21:51see172
newsSon xəbərlər
Günün ən son və aktual hadisələri