“Bakı Metropoliteni” bu banklardakı pulunu hələ ala bilməyib
Konkret.az saytından verilən məlumata görə, Icma.az xəbər verir.
“Bakı Metropoliteni” 2016-ci ildə lisenziyaları ləğv edilmiş 2 bankda saxlanılan 3.7 milyon manat vəsaiti hələ ala bilməyib.
KONKRET.az bu barədə “Bakı Metropoliteni” QSC-yə istinadən xəbər verir.
Qeyd edilib ki, şirkətin cari bank hesablarına 2016-cı ildə müflisləşmiş 2 bankda saxlanılan 3 milyon 709 min manat məbləğində pul vəsaiti qalıqları daxildir. Vəsaitlərin bərpası ilə bağlı rəsmi tələblərin irəli sürülməsinə baxmayaraq, maliyyə hesabatlarının buraxılması tarixinə həmin qalıqlar bərpa olunmadığından, onlarla bağlı gözlənilən kredit zərərləri tanınıb.
Xatırladaq ki, “Bakı Metropoliteni” lisenziyaları ləğv edilmiş “Texnikabank” ASC (1 milyon 563 min manat) və “Bank Standart”da ( 2 milyon 166 min manat) ümumilikdə 3.7 milyon manat vəsaiti qalıb.
Baxış sayı:23
Bu xəbər 22 Dekabr 2025 13:50 mənbədən arxivləşdirilmişdir



Daxil ol
Online Xəbərlər
Xəbərlər
Hava
Maqnit qasırğaları
Namaz təqvimi
Kalori kalkulyatoru
Qiymətli metallar
Valyuta konvertoru
Kredit Kalkulyatoru
Kriptovalyuta
Bürclər
Sual - Cavab
İnternet sürətini yoxla
Azərbaycan Radiosu
Azərbaycan televiziyası
Haqqımızda
Əlaqə
TDSMedia © 2025 Bütün hüquqlar qorunur







Günün ən çox oxunanları



















