Avropadakı anti Azərbaycan dairələri çökür: Bakı planları pozur
Icma.az, Olke.az portalına istinadən məlumatı açıqlayır.
Avropadakı anti-Azərbaycan dairələrin “qarnının ağrısı”nın səbəblərini belə dəyərləndirə bilərik.
Birincisi, Bakı müharibədən sonra regionda yeni reallıq yaradıb ki, bu da xarici siyasi mərkəzlərinin təsir imkanlarını itirir.
44 günlük Vətən müharibəsindən sonra Azərbaycan Cənubi Qafqazda təkcə hərbi deyil, siyasi və geoiqtisadi reallıq formalaşdırıb. Bakı artıq proseslərin obyektinə deyil, subyektinə çevrilib. Sülh sazişi təşəbbüsü, sərhədlərin delimitasiyası, kommunikasiyaların açılması kimi məsələlər Azərbaycanın gündəliyi əsasında irəliləyir.
Bu vəziyyət uzun illər regionu nəzarətdə saxlamaq üçün dondurulmuş münaqişə modelindən istifadə edən bəzi Avropa dairələri üçün qəbuledilməzdir. Çünki münaqişə bitdikcə onların bölgəyə siyasi müdaxilə alətləri də sıradan çıxır.
İkincisi, Bakının Ermənistanı iqtisadi izolyasiyadan çıxarmağa çalışması, Avropanın vasitəçi və təzyiq mexanizmləri əhəmiyyətini itirir.
Azərbaycanın Ermənistanın iqtisadi blokadadan çıxarılması istiqamətində atdığı addımlar-ticarət əlaqələrinin bərpası perspektivi, nəqliyyat-kommunikasiya xətlərinin açılması, hətta zəruri strateji məhsulların təmin olunmasına yönəlik humanitar yanaşma regionda qarşılıqlı asılılıq modeli yaradır. Bu isə bəzi Avropa güclərinin maraqlarına ziddir. Çünki Ermənistan nə qədər zəif, asılı və izolyasiyada qalarsa, bir o qədər xarici siyasi təsirlərə açıq olur. Bakı isə bu asılılığı aradan qaldırmaqla, regionu xarici patronajdan azad etməyə çalışır.
Üçüncüsü, dayanıqlı sülh Avropanın “erməni kartı”nı sıradan çıxarır ki, bu da həmin güclərə Ermənistan üzərindən Azərbaycana təzyiq mexanizmini zəiflədir.
Uzun illər bəzi Avropa ölkələri üçün Ermənistan geosiyasi alət, “humanitar problem”, “əzab çəkən tərəf” obrazında istifadə olunub. Bu obraz vasitəsilə Azərbaycana qarşı sanksiya təhdidləri, siyasi qərarlar və informasiya kampaniyaları həyata keçirilib.
Bakı sülh gündəliyini reallaşdırdıqca bu kart aktuallığını itirir. Ermənistanla normal münasibətlər qurulduğu halda, Avropadakı anti-Azərbaycan dairələrin təzyiq narrativi çökmüş olur.
Dördüncüsü, Bakı beynəlxalq hüququ selektiv deyil, prinsipial tətbiq etməklə ikili standartları ifşa edir.
Azərbaycanda mühakimə olunan şəxslər konkret olaraq hərbi cinayətlərdə, işğal dövründə mülki əhaliyə qarşı törədilmiş ağır cinayətlərdə ittiham olunurlar. Buna baxmayaraq, Avropadakı bəzi dairələrin onları “siyasi məhbus” kimi təqdim etməsi beynəlxalq hüququn açıq təhrifidir.
Əsl səbəb isə başqadır: bu proseslər Avropanın 30 il ərzində Ermənistanın işğalına susqun qalmasını ifşa edir. Əgər bu cinayətlər tanınarsa, Avropanın illərlə müdafiə etdiyi mövqenin hüquqi və mənəvi əsassızlığı üzə çıxar.
Beçincisi, Bakı regional əməkdaşlıq platforması yaratmaqla xarici “vasitəçilik monopoliya”sı dağılır.
Azərbaycanın əsas strateji məqsədi Cənubi Qafqazda regional əməkdaşlıq formatı formalaşdırmaqdır: Azərbaycan-Ermənistan-Gürcüstan xətti, Türkiyənin aktiv iştirakı, kommunikasiyaların açılması, enerji və logistika əməkdaşlığı
Bu halda Avropadakı bəzi dairələrə yalnız kənar müşahidəçi rolu qalır. Məhz buna görə də onlar prosesi pozmaq, gərginliyi saxlamaq və özlərini yenidən “zəruri vasitəçi” kimi təqdim etmək istəyirlər.
Altıncısı, Prezident İlham Əliyevin ardıcıl və suveren siyasəti nəticəsində xarici təzyiqlər effekt vermir.
Azərbaycan rəhbərliyi qərarlarını xarici təzyiqlərə deyil, milli maraqlara və beynəlxalq hüquqa əsaslandırır. Prezident İlham Əliyevin siyasəti nəticəsində təzyiq dili işləmir, qərəzli qərarlar cavabsız qalmır, informasiya müharibəsində üstünlük qorunur. Bu isə anti-Azərbaycan dairələrdə narahatlıq və aqressiya yaradır.
Avropadakı bəzi anti-Azərbaycan güclərin “qarnının ağrısı”nın əsas səbəbi Bakının sülh istəməsi deyil. Sülhü onların iştirakı olmadan reallaşdırmaq gücünə malik olmasıdır.
Bakı Ermənistanı iqtisadi izolyasiyadan çıxarmaqla bölgədə revanşizm yox, rasional əməkdaşlıq modeli qurur. Bu model münaqişə üzərindən siyasi dividendlər qazanan dairələrin maraqlarına uyğun gəlmir. Bütün bu amillər həmin gücləri Ermənistandan bir alət kimi istifadə etməklə bölgədə sülh prosesinə süni şəkildə əngəl yaratmağa çalışırlar.
Altıncısı, Ermənistan özü də bu rola razılıq verir. Çünki bu taktika İrəvana daxili auditoriya üçün “təhlükə altında olan ölkə” obrazı yaratmaq, siyasi məsuliyyəti üzərindən atmaq, iqtisadi uğursuzluqları xarici faktorlarla izah etmək imkanı verir. Burada “siyasi məhbus” narrativi ilə hüquqi proseslərə müdaxilə cəhdi isə beynəlxalq hüququn açıq şəkildə siyasiləşdirilməsidir.
Burada digər məqam da ondan ibarətdir ki, Bakıda mühakimə olunan şəxslərin ağır hərbi cinayətlərdə ittiham olunmasına baxmayaraq, onların “siyasi məhbus” kimi təqdim edilməsi Ermənistanın və onu dəstəkləyən Avropa dairələrinin koordinasiyalı fəaliyyətinin nəticəsidir. Bu narrativin əsas məqsədi həm də Ermənistanın işğal dövründə törətdiyi cinayətlərin hüquqi qiymət almasının qarşısını almaqdır.
Odur ki, Cənubi Qafqazda süldə maraqlı olmayan bu xarici aktorlar süni gərginlik yaratmağa cəhd etməklə Ermənistan üzərindən gərginlik ritorikası, sülhə alternativ gündəmlər, qərəzli, saxta qətnamələr qəbul edib və media kampaniyaları dövriyyəyə buraxırlar.
Azərbaycanın məqsədi isə aydındır: dayanıqlı sülh, qarşılıqlı etimad və sıx regional əməkdaşlıq. Bu məqsəd istənilən xarici manipulyasiyadan daha güclüdür.
Mürtəza
Baxış sayı:82
Bu xəbər 22 Dekabr 2025 15:30 mənbədən arxivləşdirilmişdir



Daxil ol
Online Xəbərlər
Xəbərlər
Hava
Maqnit qasırğaları
Namaz təqvimi
Kalori kalkulyatoru
Qiymətli metallar
Valyuta konvertoru
Kredit Kalkulyatoru
Kriptovalyuta
Bürclər
Sual - Cavab
İnternet sürətini yoxla
Azərbaycan Radiosu
Azərbaycan televiziyası
Haqqımızda
Əlaqə
TDSMedia © 2025 Bütün hüquqlar qorunur







Günün ən çox oxunanları



















