Bakı metrosunda əlavə ödəniş üsulları tətbiq edilə bilər
Apa.az saytından alınan məlumata görə, Icma.az bildirir.
Bakı metropolitenində gediş haqqının ödəniş üsullarının genişləndirilməsi istiqamətində işlər davam etdirilir.
“APA-Economicsə” xəbər verir ki, bunu jurnalistlərə açıqlamasında “Bakı Metropoliteni” QSC-nin sədrinin müşaviri Emil Əhmədov deyib.
O qeyd edib ki, gediş haqqının ödənilməsində biometrik (üztanıma) sistemin metro nəqliyyatında tətbiqi gələcəkdə mümkün hesab olunur:
“Lakin hazırda bu məsələnin aktuallığı yalnız gələcək planların, texniki həllərin müzakirələri, habelə bu texnologiyaların ölkəmizdə genişlənməsinin və dünya təcrübəsinin diqqət mərkəzində saxlanılması və öyrənilməsi çərçivəsində mövcuddur.
Hazırda Bakı metropolitenində plastik kartlar və QR bilet sistemi ilə ödənişlər aparılır. Bununla yanaşı, ödəniş sistemində də rəqəmsal həllərin genişləndirilməsi günün zəruri tələbinə çevrilib. Təmassız ödəniş üsullarının tətbiqi məqsədilə aidiyyəti qurumlarla intensiv işlər davam etdirilir. Hədəf bank kartları, “Google Pay” və “Apple Pay” kimi ödəmə imkanlarının yaradılmasıdır. Mövcud ödəniş üsullarına yenilərinin əlavə edilməsi metropoliten sərnişinlərinə daha geniş imkanlar yaratmaqla bu sahədə onların rahatlığına və məmnunluğuna müsbət təsir göstərəcək”.
Bu mövzuda digər xəbərlər:
Baxış sayı:58
Bu xəbər 12 Sentyabr 2025 12:48 mənbədən arxivləşdirilmişdir



Daxil ol
Xəbərlər
Hava
Maqnit qasırğaları
Namaz təqvimi
Qiymətli metallar
Valyuta konvertoru
Kredit Kalkulyatoru
Kriptovalyuta
Bürclər
Sual - Cavab
İnternet sürətini yoxla
Azərbaycan Radiosu
Azərbaycan televiziyası
Haqqımızda
TDSMedia © 2025 Bütün hüquqlar qorunur







Günün ən çox oxunanları



















