Bakı metrosunda YENİLİK 5,4 milyonluq LAYİHƏ
Icma.az, Baku.ws portalına istinadən məlumat verir.
"Bakı Metropoliteni" Qapalı Səhmdar Cəmiyyəti paytaxt metrosunda elektrik təchizatını daha etibarlı və təhlükəsiz şəkildə təmin edəcək.
BAKU.WS-in məlumatına görə, bu məqsədlə istismar müddətini tamamlamış orta gərginlikli (6–10 kV) kabel xətlərinin demontajı və yeni kabellərin montaj işlərinin həyata keçirilməsini nəzərdə tutur.
Layihənin ehtimal olunan dəyəri 5 milyon 404 min manat təşkil edir.
Bu işlərin icrası nəticəsində metropolitenin enerji təchizatında mövcud nasazlıqların və qəza risklərinin qarşısı alınacaq, köhnəlmiş xətlərin əvəzlənməsi ilə elektrik itkiləri azalacaq, təhlükəsizlik səviyyəsi və sərnişin daşımada fasiləsizlik təmin olunacaq.
Layihə paytaxt metrosunun elektrik infrastrukturunun müasirləşdirilməsinə, qəza risklərinin azalmasına və sərnişinlərin daha sabit nəqliyyat xidmətindən yararlanmasına şərait yaradacaq.


