Icma.az
close
up
RU
RUSİYA AZƏRBAYCANA MIƏXSUS OBYEKTLƏRİ NİYƏ VURUR? Bakı Moskva ilə gərginliyin artmasında maraqlı deyil, ancaq... (TƏHLİL)

RUSİYA AZƏRBAYCANA MIƏXSUS OBYEKTLƏRİ NİYƏ VURUR? Bakı Moskva ilə gərginliyin artmasında maraqlı deyil, ancaq... (TƏHLİL)

Icma.az, Mia.az saytına istinadən bildirir.

Rusiya Silahlı Qüvvələrinin Odessada SOCAR-a məxsus yanacaqdoldurma məntəqəsini vurması Moskvanın Bakıya qarşı artan aqressiyasının növbəti ifadəsidir. Bu, təkcə sıradan bir hərbi əməliyyat deyil. Avqustun 8-də SOCAR-ın Odessa vilayətindəki neft bazasına hücumdan sonra yenidən eyni hədəfə zərbə endirilməsi prosesin təsadüfi olmadığını göstərir.

Belə hücumlar təkcə texniki zərər məqsədi daşımır, eyni zamanda, siyasi və psixoloji mesaj da ötürülür. Rusiya bu mesajla bütün xarici aktorlara bildirir ki, Ukraynada fəaliyyət göstərmək heç bir halda tam təhlükəsiz deyil.

Eyni zamanda bu hücum informasiya müharibəsinin bir hissəsidir. SOCAR kimi beynəlxalq reputasiyaya malik şirkətlərin vurulması, Ukraynanın dünya ictimaiyyətinə təhlükəli sərmayə məkanı kimi təqdim edilməsinə xidmət edir. Bu yolla həm xarici investorlar çəkindirilməyə, həm də Qərbə və onun müttəfiqlərinə Ukraynanın sabitliyini qorumağın mənasız olduğu göstərilməyə çalışılır.

Təəssüf ki, bu hadisə təkcə Ukrayna müharibəsinin sərt mərhələyə keçməsi deyil, eyni zamanda Azərbaycan-Rusiya münasibətlərində diplomatik və geosiyasi dönüş nöqtəsinin başlanğıcı ola bilər. Xüsusilə Azərbaycanın əvvəlcədən verdiyi açıq xəbərdarlığa baxmayaraq SOCAR-ın obyektlərinə ikinci dəfə hücum edilməsi bu gedişin artıq ciddi mesaj daşıdığını göstərir. Bu, Kremlin Bakı ilə gərginliyi azaltmaq niyyətində olmadığını və əksinə, qarşıdurmanı dərinləşdirmək istədiyini ortaya qoyur.

Belə vəziyyətdə Azərbaycan daha konkret və Moskvada narahatlıq doğuracaq addımlar atmaq məcburiyyətində qala bilər. Mümkündür ki, Bakı artıq passiv neytrallıq mövqeyindən imtina edib, məhdud da olsa, hərbi-texniki əməkdaşlıq addımlarını nəzərdən keçirsin.

Xatırladaq ki, SOCAR-ın ilk bazasına hücumdan sonra Azərbaycan Ukraynaya elektrik transformatorları və əlavə maliyyə yardımı göndərmişdi. Ancaq görünür, bu jest Rusiya üçün yetərincə ciddi siqnal olmayıb.

Buna görə də indi Azərbaycanın daha konkret addımları müzakirəyə çıxarması gündəmə gələ bilər – məsələn, hərbi texnologiyalara çıxış, pilotsuz uçuş aparatları və ya müdafiə avadanlığı ilə bağlı yardım imkanlarının nəzərdən keçirilməsi. Təbii ki, bu, dərhal cəbhəyə silah göndərilməsi anlamına gəlmir. Amma Bakı məsələnin rəsmi müzakirəyə çıxarılması, texniki əməkdaşlıq imkanlarının öyrənilməsi və ya Ukrayna ilə hərbi təlim-tədris formatında əlaqələrin qurulması yolu ilə ciddi siyasi siqnal verə bilər.

Bu yanaşma beynəlxalq ictimaiyyətə də aydın mesaj vermiş olacaq. Belə ki, Azərbaycan kimi uzun illərdir balans siyasətinə sadiq qalan bir ölkə Rusiya ilə münasibətlərində açıq dönüş nöqtəsinə gəlirsə, bu, Kremlin birtərəfli aqressiyasının artıq dözümsüz həddə çatdığını göstərir. Bu, xüsusilə Qərb ölkələri üçün ciddi xəbərdarlıqdır və Azərbaycanın geosiyasi çəkisini daha da artırır.

Bakı Moskva ilə gərginliyin artmasında maraqlı deyil. Ancaq Kremlin davamlı və məsuliyyətsiz davranışları qarşısında səssiz qalmaq da real görünmür. Azərbaycan nə müharibənin tərəfidir, nə də bu münaqişənin bir parçası olmağa can atır. Amma bu mərhələdə üzərinə düşən məsuliyyətin fərqindədir. Əgər Azərbaycan Rusiya qarşısında daha sərt mövqe sərgiləyirsə, bu, təkcə Bakının deyil, bütövlükdə regionun gələcək təhlükəsizliyi baxımından ciddi dönüş nöqtəsi ola bilər.

Xüsusilə Qazaxıstan və Özbəkistan kimi ölkələrin bu prosesi yaxından izlədiyini nəzərə alsaq, Azərbaycanın atdığı addımlar Cənubi Qafqaz və Mərkəzi Asiyada digər ölkələrə də ilham verər, onlarda da eyni mövqe sərgiləmək üçün siyasi iradə formalaşdırar.

 Turan Rzayev

MİA.AZ

Sonrakı hadisələr barədə daha çox məlumat almaq üçün Icma.az saytını izləyin.
seeBaxış sayı:109
embedMənbə:https://mia.az
archiveBu xəbər 19 Avqust 2025 16:45 mənbədən arxivləşdirilmişdir
0 Şərh
Daxil olun, şərh yazmaq üçün...
İlk cavab verən siz olun...
topGünün ən çox oxunanları
Hal-hazırda ən çox müzakirə olunan hadisələr

“Gələn ilin büdcəsi ölkəmizin inkişaf prioritetlərini tam şəkildə əks etdirir”

19 Noyabr 2025 15:50see530

Pensiyalar yanvarda bu qədər artacaq

19 Noyabr 2025 18:19see348

Araz Paşayev Mərkəzi Aran bölgəsində həmkarlar ittifaqı ilk təşkilat sədrləri ilə görüş keçirib FOTOLAR

19 Noyabr 2025 18:29see300

Bakıda şəhid məzarları qarət edildi VİDEO KONKRET

19 Noyabr 2025 23:18see235

Polşa kritik infrastrukturun mühafizəsi üçün 10 000 hərbçi ayıracaq

19 Noyabr 2025 18:24see194

Zakir İbrahimovun nazir istəyi niyə baş tutmur?

20 Noyabr 2025 11:36see171

Azərbaycanın kosmik ailədə mövqeyi güclənir

21 Noyabr 2025 00:48see166

Avtomobil nömrələrində dəyişiklik: Bu işarə ləğv edildi

20 Noyabr 2025 11:46see154

Keçmiş məcburi köçkünlər növbəti dəfə maarifləndirildi FOTOLAR

21 Noyabr 2025 09:52see148

Kiloqramı 25 manatdır: Xərçəng yaradırmış 33 illik araşdırma

19 Noyabr 2025 16:03see147

“Beşiktaş”dan Barselona nın futbolçusuna 8 milyon avroluq təklif

19 Noyabr 2025 22:19see146

Nəcibənin toyudur Fotolar

19 Noyabr 2025 21:20see143

Nicat Kazımov oğluna toy etdi Video

19 Noyabr 2025 22:37see143

Kollec məzunlarının yuxarı siniflərdən tam kənarlaşdırılması doğrudur?

20 Noyabr 2025 16:11see140

Deputatdan nazirə müraciət: Hörmətli Emin müəllim, ora mebel göndərin

20 Noyabr 2025 13:51see138

Zığ şosesindən İnqilab İsmayılov küçəsinə birbaşa çıxış açılır

20 Noyabr 2025 16:09see137

Hərbi Prokurorluq Daxili Qoşunlarda dəyirmi masa keçirdi FOTOLAR

20 Noyabr 2025 11:24see137

KİV: ABŞ ın sülh planı Ukraynada rus dilinin dövlət dili kimi tanınmasını, Kiyevə yardımın azaldılmasını ehtiva edir

19 Noyabr 2025 22:26see136

Uşaqların hüquqlarının qorunması onların rifahı və normal inkişafı üçün mühüm amildir

19 Noyabr 2025 23:28see135

“Qoca sinyora”dan gələcək üçün böyük addım

19 Noyabr 2025 21:37see133
newsSon xəbərlər
Günün ən son və aktual hadisələri