Icma.az
close
up
RU
Bakı mövqeyini müəyyənləşdirir: Azərbaycan ŞƏT ə üzv olacaq?

Bakı mövqeyini müəyyənləşdirir: Azərbaycan ŞƏT ə üzv olacaq?

Icma.az, Bakivaxti portalına istinadən məlumat yayır.

Azərbaycanın Şanxay Əməkdaşlıq Təşkilatı ilə münasibətlərində son illərdə nəzərəçarpacaq dinamika müşahidə olunur. Təşkilatın coğrafiyasının genişlənməsi, Çin və Mərkəzi Asiya ölkələrinin rolunun artması fonunda Azərbaycanın ŞƏT daxilindəki mövqeyi də diqqət çəkir. Xüsusilə ölkənin Orta Dəhlizdə mühüm tranzit mərkəzə çevrilməsi Bakının təşkilat üçün əhəmiyyətini artıran əsas amillərdən biridir.

Bəs Azərbaycan üçün növbəti mərhələ tamhüquqlu üzvlük ola bilərmi? ŞƏT-in hazırkı genişlənmə tendensiyası və Azərbaycanın təşkilatla artan əməkdaşlığı yaxın gələcəkdə belə bir qərarın qəbuluna zəmin yaradırmı?

Mövzuyla bağlı Bakıvaxtı.az-a danışan politoloq Turan Rzayev bildirib ki, ŞƏT-in son illərdə genişlənən coğrafiyası və artan siyasi-iqtisadi çəkisi Azərbaycanın təşkilata marağını artıran əsas amillərdəndir.

Turan Rzayev: Azərbaycanın ŞƏT-lə əməkdaşlığında əsas üstünlüklərindən biri onun coğrafi mövqeyidir

"Avqustun 31-dən sentyabrın 1-dək Bişkekdə ŞƏT-in 25 illik yubiley sammiti keçirilir. Tədbirdə 17 ölkənin lideri iştirak edir. Sammit çərçivəsində regional təhlükəsizlik, beynəlxalq hüquq, nəqliyyat dəhlizləri və rəqəmsal əməkdaşlıq kimi məsələlərin müzakirəsi nəzərdə tutulur".

Politoloq qeyd edib ki, 2001-ci ildə Çin, Rusiya, Qazaxıstan, Qırğızıstan, Tacikistan və Özbəkistan tərəfindən yaradılan ŞƏT artıq ilkin regional formatından xeyli kənara çıxaraq Avrasiyanın geniş coğrafiyasını əhatə edən mühüm siyasi, iqtisadi və təhlükəsizlik platformasına çevrilib.

T.Rzayev xatırladıb ki, Hindistan və Pakistan 2017-ci ildə, İran 2023-cü ildə, Belarus isə 2024-cü ildə təşkilata üzv olub. 2025-ci ildə isə ŞƏT daxilində müşahidəçi və dialoq tərəfdaşı statuslarının vahid “ŞƏT tərəfdaşı” formatında birləşdirilməsi barədə qərar qəbul edilib. Nəticədə Azərbaycanın da təşkilatdakı statusu “ŞƏT tərəfdaşı” kimi müəyyənləşib.

Politoloqun fikrincə, Azərbaycanın ŞƏT-lə əməkdaşlığında əsas üstünlüklərindən biri onun coğrafi mövqeyidir:

“Azərbaycanın ərazisindən Şərq-Qərb və Şimal-Cənub nəqliyyat dəhlizləri keçir. Bakı və Ələt limanları, dəmir yolu infrastrukturu, Bakı-Tbilisi-Qars xətti və Xəzər üzərindən daşımalar ölkənin tranzit imkanlarını əhəmiyyətli dərəcədə gücləndirib. Xüsusilə Orta Dəhlizin inkişafı Azərbaycanı Çin və Mərkəzi Asiyadan Avropaya uzanan marşrutlarda mühüm bağlantı nöqtəsinə çevirir”, – deyə o bildirib.

Müsahibimizin sözlərinə görə, Mərkəzi Asiya ölkələrinin Xəzər vasitəsilə Qərb bazarlarına çıxışında da Azərbaycan mühüm rol oynayır. Bu amil ölkənin Çin, Qazaxıstan, Özbəkistan və digər Mərkəzi Asiya dövlətləri ilə münasibətlərinə əlavə strateji əhəmiyyət qazandırır.

Politoloq Azərbaycanın üstünlükləri sırasında balanslı xarici siyasət kursunu da xüsusi qeyd edib. Onun fikrincə, ŞƏT daxilində Çin, Rusiya, Hindistan, Pakistan, İran və Mərkəzi Asiya ölkələrinin bir-birindən fərqli maraqları mövcuddur. Azərbaycan isə müxtəlif güc mərkəzləri ilə paralel əməkdaşlıq qurmaq imkanına malikdir:

“Bakı bir tərəfdən Çinlə iqtisadi əlaqələri genişləndirir, Mərkəzi Asiya dövlətləri ilə əməkdaşlığı gücləndirir, Rusiya ilə münasibətləri qoruyur, Türkiyə ilə müttəfiqlik əlaqələrini dərinləşdirir, digər tərəfdən Avropa ilə enerji və nəqliyyat sahəsində əməkdaşlığı davam etdirir. Bu çoxvektorlu yanaşma Azərbaycanın ŞƏT çərçivəsində də manevr imkanlarını artırır”, – deyə o vurğulayıb.

Onun sözlərinə görə, Azərbaycanın ŞƏT-ə marağını yalnız üzvlük məsələsi ilə məhdudlaşdırmaq düzgün olmaz. Bakı üçün təşkilat həm də Çin və Mərkəzi Asiya ilə iqtisadi əlaqələrin, nəqliyyat və logistika layihələrinin inkişaf etdirilməsi baxımından mühüm platformadır.

Turan Rzayev hesab edir ki, Azərbaycanın hazırkı siyasətinin əsas məqsədi konkret bir geosiyasi blokun daxilində yer almaqdan daha çox, müxtəlif güc mərkəzlərini birləşdirən strateji mövqeyini gücləndirməkdir:

“Azərbaycanın ŞƏT siyasətinin mahiyyətini belə ifadə etmək olar: Bakı yeni dünya düzənində hansı tərəfin yanında dayanacağını deyil, müxtəlif tərəfləri bir-birinə bağlayan hansı mövqedə dayanacağını müəyyənləşdirir”, – deyə politoloq əlavə edib.

Zeynəb Rzayeva

Daha ətraflı məlumat və yeniliklər üçün Icma.az saytını izləyin.
seeBaxış sayı:171
embedMənbə:https://bakivaxti.az
archiveBu xəbər 01 Sentyabr 2026 14:21 mənbədən arxivləşdirilmişdir
0 Şərh
Daxil olun, şərh yazmaq üçün...
İlk cavab verən siz olun...
topGünün ən çox oxunanları
Hal-hazırda ən çox müzakirə olunan hadisələr

Barselona Real : hansı kanallarda?

25 Oktyabr 2026 23:55see348

Qubadlı 2040 cı ilədək belə olacaq Əhali 14 minə çatacaq… VİDEO KONKRET

25 Oktyabr 2026 15:44see340

Mask "Starlink"i Ukrayna üçün niyə bağladığını açıqladı

25 Oktyabr 2026 00:38see332

Qavi El Klasiko öncəsi “Real Madrid”dən ehtiyat etdiyini gizlətməyib

25 Oktyabr 2026 00:32see326

Qubadlının işğaldan azad olunmasından 6 il ötür

25 Oktyabr 2026 00:07see325

Zeytun Festivalında estrada ulduzlarının konserti olub

24 Oktyabr 2026 23:08see296

Bağırsaqlar üçün faydalı QİDALAR

25 Oktyabr 2026 00:37see291

Zeytun Festivalı əyləncəli proqramla yadda qalıb FOTOLAR

25 Oktyabr 2026 00:33see283

Bundesliqa: Bremenlilər dramatik matçda sevindi

25 Oktyabr 2026 00:13see265

Prezident millinin qollarından danışdı: Hamısı gözəl idi...

25 Oktyabr 2026 00:12see258

Dövlət Bağçalının Azərbaycana qarşı mövqeyi alqışa layiqdir Politoloq

24 Oktyabr 2026 21:51see246

Heyva doğrandıqdan sonra niyə qaralır? Rəngini qorumağın praktik yolları

25 Oktyabr 2026 00:38see238

Röya Ayxanın xalası qızının videosu yayıldı VİDEO

26 Oktyabr 2026 00:42see236

Bakıda maşın saxlamaq evə çatmaqdan çətindir Çıxış yolu nədir?

25 Oktyabr 2026 17:21see215

Xırdalanda tıxac səbəbindən evlər satışa çıxarılır VİDEO

24 Oktyabr 2026 22:40see205

Yunan Roma güləşçisi Sənan Süleymanov dünya çempionu olub

25 Oktyabr 2026 19:32see195

“Türkiyə daxilində Azərbaycana qarşı olan qrupların iç üzü açıldı” AÇIQLAMA

25 Oktyabr 2026 12:29see192

Xalidə Gözəl vəfat etdi

25 Oktyabr 2026 16:52see190

“Real” və “Barsa” oyunçularına “El Klasiko” üçün xüsusi butslar hazırlanıb FOTO

26 Oktyabr 2026 00:50see188

Serbiyada seçkilər qanunvericiliyə uyğun keçirilir Musa Qasımlı

25 Oktyabr 2026 16:48see184
newsSon xəbərlər
Günün ən son və aktual hadisələri