Icma.az
close
up
RU
Azərbaycan və Ermənistan ŞƏT ə üzv olmağa can atmır Ekspert

Azərbaycan və Ermənistan ŞƏT ə üzv olmağa can atmır Ekspert

Qaynarinfo portalından alınan məlumata görə, Icma.az xəbər verir.

"Azərbaycan və Ermənistana münasibətdə Hindistan və Pakistanın atdığı addımlar düşünülmüş addımlardır və faktiki olaraq ŞƏT-ə qoşulmaq istəməyən dövlətlərə ondan uzaqlaşmağa şərait yaradır".

Bunu Qaynarinfo-ya açıqlamasında siyasi şərhçi Mehman Əliyev eyni anda Hindistanın Azərbaycanın, Pakistanın isə Ermənistanın Şanxay Əməkdaşlıq Təşkilatına üzv olmaq istəyinə veto qoyması məsələsini şərh edərkən deyib.

"Bilirsiniz ki, Pakistanla Hindistan arasındakı son münaqişə Tramp tərəfindən dayandırıldı. Bu da onu göstərir ki, həmin iki ölkə yanlız Trampın dediklərinə qulaq asır. Ermənistan hökuməti qərbyönümlü yol seçib. Azərbaycan Prezidentinin Vaşinqtona səfəri də göstərdi ki, ölkəmiz də ABŞ-la strateji münasibətlərin qurulmasında maraqlıdır. Hazırda iki tərəf arasında bununla bağlı saziş hazırlanır. Gözlənilir ki, noyabr və yaxud ilin sonuna qədər belə bir sənəd imzalansın", deyə Mehman Əliyev bildirib.


Ekspert qeyd edib ki, ABŞ və digər Qərb ölkələrinin ŞƏT-ə münasibəti mənfidir: 

"ŞƏT əslində Çinin yaratdığı təşkilatdır və orada aparıcı rol da məhz ona məxsusdur. Belə baxanda Amerikanyönlü iki ölkə-Pakistan və Hindistan atdıqları həmin addımla əslində Qərbyönlü yol tutan Azərbaycan və Ermənistanın ŞƏT-ə üzv olmaq istəmədiklərini dəstəklədilər".

Həmsöhbətimiz əslində Azərbaycan və Ermənistan ŞƏT-ə üzv olmağa can atmasına inanmır: 

"Bu mənada Hindistanla Pakistanın həmin məsələdə veto qoymaları əslində Bakı ilə İrəvanı da qane edir. Azərbaycan nəzərə alaq ki, Qoşulmama Hərəkatının üzvü olmaqla ümumiyyətlə hansısa bir digər təşkilatlara üzv olmağa o qədər də can atmır".

Qeyd edək ki, Şanxay Əməkdaşlıq Təşkilatının Çin sammitində Hindistan növbəti dəfə Azərbaycanın quruma üzv olmasına qarşı çıxıb. Anoloji addımı eyni anda Pakistan da Ermənistana münasibətdə atıb. 

Rüfət Sultan

Hadisənin gedişatını izləmək üçün Icma.az saytında ən son yeniliklərə baxın.
seeBaxış sayı:216
embedMənbə:https://qaynarinfo.az
archiveBu xəbər 02 Sentyabr 2025 17:56 mənbədən arxivləşdirilmişdir
0 Şərh
Daxil olun, şərh yazmaq üçün...
İlk cavab verən siz olun...
topGünün ən çox oxunanları
Hal-hazırda ən çox müzakirə olunan hadisələr

Barselona Real : hansı kanallarda?

25 Oktyabr 2026 23:55see340

Mask "Starlink"i Ukrayna üçün niyə bağladığını açıqladı

25 Oktyabr 2026 00:38see325

Qavi El Klasiko öncəsi “Real Madrid”dən ehtiyat etdiyini gizlətməyib

25 Oktyabr 2026 00:32see319

Qubadlının işğaldan azad olunmasından 6 il ötür

25 Oktyabr 2026 00:07see318

Qubadlı 2040 cı ilədək belə olacaq Əhali 14 minə çatacaq… VİDEO KONKRET

25 Oktyabr 2026 15:44see290

Zeytun Festivalında estrada ulduzlarının konserti olub

24 Oktyabr 2026 23:08see289

Bağırsaqlar üçün faydalı QİDALAR

25 Oktyabr 2026 00:37see284

Zeytun Festivalı əyləncəli proqramla yadda qalıb FOTOLAR

25 Oktyabr 2026 00:33see276

Bundesliqa: Bremenlilər dramatik matçda sevindi

25 Oktyabr 2026 00:13see258

Prezident millinin qollarından danışdı: Hamısı gözəl idi...

25 Oktyabr 2026 00:12see251

Zeytunla başlayan, musiqi ilə davam edən gün Fotolar

24 Oktyabr 2026 18:13see249

Dövlət Bağçalının Azərbaycana qarşı mövqeyi alqışa layiqdir Politoloq

24 Oktyabr 2026 21:51see241

Azərbaycanda istehsal olunan dərmanlar SİYAHI

24 Oktyabr 2026 17:56see240

Heyva doğrandıqdan sonra niyə qaralır? Rəngini qorumağın praktik yolları

25 Oktyabr 2026 00:38see236

Röya Ayxanın xalası qızının videosu yayıldı VİDEO

26 Oktyabr 2026 00:42see230

Bakıda maşın saxlamaq evə çatmaqdan çətindir Çıxış yolu nədir?

25 Oktyabr 2026 17:21see210

Xırdalanda tıxac səbəbindən evlər satışa çıxarılır VİDEO

24 Oktyabr 2026 22:40see199

Yunan Roma güləşçisi Sənan Süleymanov dünya çempionu olub

25 Oktyabr 2026 19:32see190

“Real” və “Barsa” oyunçularına “El Klasiko” üçün xüsusi butslar hazırlanıb FOTO

26 Oktyabr 2026 00:50see182

“Türkiyə daxilində Azərbaycana qarşı olan qrupların iç üzü açıldı” AÇIQLAMA

25 Oktyabr 2026 12:29see174
newsSon xəbərlər
Günün ən son və aktual hadisələri