Bakı Naxçıvan Bakı avtobus reysləri nə vaxt bərpa olunacaq?
Icma.az, Cebheinfo portalına istinadən məlumatı açıqlayır.
Yaxın Şərqdə baş verən son hadisələr səbəbindən təhlükəsizlik məqsədilə İran İslam Respublikasının ərazisindən keçməklə reallaşan Bakı-Naxçıvan-Bakı avtobus reysləri fəaliyyətini dayandırıb.
Fevralın 28-də Bakıdan Naxçıvana olan 19:00 və 20:00 reysləri, Bakıdan Şərura olan 21:00 reysi, Naxçıvandan Bakıya olan 15:30, 16:30 və 17:30 reysləri, eləcə də Şərurdan Bakıya olan 16:30 reysi müvəqqəti təxirə salınıb.
İran üzərindən həyata keçirilən Bakı-Naxçıvan-Bakı avtobus reyslərinin müvəqqəti dayandırılması minlərlə sərnişinin səyahət planlarına təsir edib.
Xüsusilə Naxçıvana daha münasib qiymətlə getmək istəyən vətəndaşlar yaranmış vəziyyətin nə qədər davam edəcəyindən narahatdırlar.
Təhlükəsizlik məqsədilə verilən qərar sərnişinləri alternativ nəqliyyat vasitələrinə üz tutmağa məcbur edib. İndi isə əsas sual reyslərin nə vaxt bərpa olunacağı ilə bağlıdır.
Mövzu ilə bağlı Azərbaycan Yerüstü Nəqliyyat Agentliyindən “Cebheinfo.az”-a bildirilib ki, avtobus reyslərinin nə zaman bərpa olunacağı ilə bağlı məlumat olduğu halda ictimaiyyətə təqdim ediləcək.
Qeyd edək ki, Bakı–Naxçıvan marşrutunda avtobus bileti 30 manat, təyyarə bileti isə 70- 90 manat arası dəyişir.
Gülər Həsənli
“Cebheinfo.az”
Problemlərinizi bizə yazın, şahidi olduğunuz hadisələri çəkib göndərin
Bu mövzuda digər xəbərlər:
Baxış sayı:304
Bu xəbər 02 İyul 2026 14:50 mənbədən arxivləşdirilmişdir



Daxil ol
Online Xəbərlər
Xəbərlər
Hava
Maqnit qasırğaları
Namaz təqvimi
Kalori kalkulyatoru
Qiymətli metallar
Valyuta konvertoru
Kredit Kalkulyatoru
Kriptovalyuta
Bürclər
Sual - Cavab
İnternet sürətini yoxla
Neftin Qiyməti
Azərbaycan Radiosu
Azərbaycan televiziyası
Haqqımızda
TDSMedia © 2026 Bütün hüquqlar qorunur







Günün ən çox oxunanları



















