Aİ 13 ölkəni büdcə intizamını pozmaqda ittiham edir
Gununsesi saytından verilən məlumata əsasən, Icma.az məlumatı açıqlayır.
Avropa İttifaqı (Aİ) Komissiyası 13 üzv ölkənin büdcə intizamı ilə bağlı problemlərini açıqlayıb.
Gununesi.info xəbər verir ki, Komissiyanın 2027-ci il üzrə Avropa Semestrinin Payız Paketi çərçivəsində apardığı qiymətləndirməyə əsasən, 11 ölkənin dövlət xərclərinin artımı ilə bağlı Aİ qaydalarını pozmaq riski var.
Bu ölkələr Almaniya, Çexiya, Finlandiya, Rumıniya, Xorvatiya, Lüksemburq, Malta, Niderland, Sloveniya, İspaniya və Litvadır. Komissiya həmin dövlətləri 2027-ci il büdcə siyasətlərini Aİ-nin maliyyə qaydalarına uyğunlaşdırmağa çağırıb.
Bundan başqa, Bolqarıstan və Macarıstanın həddindən artıq büdcə kəsirini azaltmaq üçün kifayət qədər tədbir görmədiyi bildirilib. Aİ Komissiyası bu iki ölkəyə qarşı artıq büdcə kəsiri prosedurunun növbəti mərhələyə keçirilməsini təklif edib.
Aİ Şurası təklifi təsdiqləyərsə, Bolqarıstan və Macarıstana ayrılan Avropa İttifaqı vəsaitlərinin dayandırılması prosesi başlaya bilər. Bolqarıstan avrozonanın üzvü olduğu üçün onu əlavə olaraq ÜDM-nin 0,02 faizinədək cərimə də gözləyə bilər.
Komissiya, həmçinin müdafiə xərclərinin artmasının üzv ölkələrin dövlət maliyyəsinə əlavə təzyiq yaratdığını qeyd edib.
Bu mövzuda digər xəbərlər:
Baxış sayı:58
Bu xəbər 24 Noyabr 2026 21:12 mənbədən arxivləşdirilmişdir



Daxil ol
Online Xəbərlər
Xəbərlər
Hava
Maqnit qasırğaları
Namaz təqvimi
Kalori kalkulyatoru
Qiymətli metallar
Valyuta konvertoru
Kredit Kalkulyatoru
Kriptovalyuta
Bürclər
Sual - Cavab
İnternet sürətini yoxla
Neftin Qiyməti
Azərbaycan Radiosu
Azərbaycan televiziyası
Haqqımızda
TDSMedia © 2026 Bütün hüquqlar qorunur







Günün ən çox oxunanları


















