Icma.az
close
up
RU
“BAKI ÖZ MÖVQEYİNİ FORMALAŞDIRMAQ ÜZRƏDİR Rusiyada anti Azərbaycan ritorikası davam edərsə...”

“BAKI ÖZ MÖVQEYİNİ FORMALAŞDIRMAQ ÜZRƏDİR Rusiyada anti Azərbaycan ritorikası davam edərsə...”

Azpolitika.az saytından verilən məlumata əsasən, Icma.az məlumatı açıqlayır.

Politoloq Fərhad Məmmədov ŞƏT-in son sammiti və Pekində keçirilən 80 illik Qələbə paradı ilə bağlı öz fikirlərini bölüşüb. Onun sözlərinə görə, bu tədbirlər Çinin həm siyasi, həm də hərbi gücünü nümayiş etdirmək baxımından olduqca simvolik və təsirli oldu.

“Çin bir neçə gün ərzində əsas xəbər generatoruna çevrildi. Sədr Si həm siyasi, həm də hərbi güc nümayiş etdirdi. Tədbirdə iştirak edən dövlət başçılarının sayı və keçirilən hərbi parad bunu açıq şəkildə göstərdi. Hətta parad zamanı göyərçinlər belə nizam-intizamla uçurdu”, – deyə F.Məmmədov bildirib.

Politoloqun fikrincə, bu tədbirlər qlobal güc balansında Pekinin artan rolunu nümayiş etdirdi.

“Ümumilikdə sədr Si göstərdi ki, Pekin artıq geosiyasi güc mərkəzidir. Çin, Hindistan və Rusiya liderlərinin birgə fotosu bütün informasiya agentliklərini dolaşdı”, – deyə o, qeyd edib.

Fərhad Məmmədov həmçinin bildirib ki, bu vəziyyət qismən ABŞ-ın siyasətinin nəticəsidir.

“ABŞ əvvəlcə Bayden, indi isə Tramp dövründə Çinin Rusiya və Hindistana yaxınlaşmasına şərait yaratdı. Rusiya-Ukrayna müharibəsinin əvvəlində Bayden administrasiyası Tayvan məsələsini qabartdı və Nensi Pelosini adaya göndərdi. Bu isə Pekini Moskva ilə daha sıx əməkdaşlığa sövq etdi. Hazırda Tramp administrasiyasının Hindistana qarşı sərt yanaşmaları isə Modini Çin və Rusiya ilə situativ yaxınlaşmasını sürətləndirdi”, – deyə politoloq izah edib.

O, Donald Trampın üç lider – Si, Putin və Kimin “sui-qəsdi” ilə bağlı paylaşımına da toxunaraq bildirib ki, beynəlxalq münasibətlərdə bu cür gərgin vəziyyət uzun müddət davam edə bilər.

“Müasir beynəlxalq sistem yalnız bir koalisiyanın digəri üzərində qələbəsindən sonra sabit qaydalar toplusuna çevrilə bilər. Hazırda isə reallıq budur və bu reallıqda hər kəs öz yerini tapmalıdır”, – deyə F.Məmmədov vurğulayıb.

Fərhad Məmmədov Azərbaycanın geosiyasi mövqeyi ilə bağlı da fikirlərini bölüşüb.

“Azərbaycan əsas geosiyasi mərkəzlərlə münasibətlərdə öz mövqeyini formalaşdırmaq üzrədir. Amma bu mövqe sabit olmayacaq. Çünki institutlar işləmədiyi üçün vəziyyətlərə uyğun olaraq qərarlar veriləcək – tamamilə ‘əl ilə idarəetmə’ rejimində”, – deyə o bildirib.

Politoloq həmçinin bildirib ki, Azərbaycan və Ermənistan ŞƏT-ə üzv ola bilməsə də, Çinlə strateji tərəfdaşlıq əlaqələri qurublar: “Bakı və İrəvan ŞƏT-ə üzvlük yolu ilə Çinlə strateji tərəfdaşlıq yaratmaq istəyirdilər, amma bu baş tutmadı. Buna baxmayaraq, hər iki ölkə indi Çinlə strateji tərəfdaş sayılır. Bu tərəfdaşlığın nə ilə doldurulacağı isə artıq onların özündən asılıdır”.

Onun sözlərinə görə, Hindistanın Azərbaycanın, Pakistanın isə Ermənistanın ŞƏT-ə üzvlüyünü bloklaması münasibətlərə ciddi təsir etməyib. Ermənistan-Azərbaycan münasibətlərində isə yeganə “emosional gərginlik” Zəngəzur dəhlizinə dair terminologiyadan qaynaqlanır: “Əlbəttə, ‘Turan yolu’ ilə bağlı ritorik gərginliklər oldu. Amma bunlar emosional xarakter daşıyır, ciddi məzmun yükü daşımır”

Politoloq sammit çərçivəsində Azərbaycan və Rusiya prezidentləri arasında rəsmi görüşün olmamasını da şərh edib: “Prezidentlər arasında yalnız salamlaşma oldu. Rusiya Prezidentinin köməkçisi isə qeyd etdi ki, nümayəndə heyətləri arasında təmaslar baş tutub. Putin isə ‘fundamental maraqlar’ı xatırlatdı”.

Fərhad Məmmədovun qənaətincə, Putin Çindən qayıtdıqdan sonra atacağı addımlar münasibətlərin gələcəyini müəyyən edə bilər.

“Əgər Rusiya mediasında anti-Azərbaycan ritorikası və provokativ fəaliyyətlər davam edərsə, bu, o deməkdir ki, Kreml mövqeyini dəyişməyib. Amma əgər bu ritorika zəifləsə, bu, münasibətlərin normallaşması üçün zəmin yarada bilər. Artıq bir neçə Dövlət Duması deputatı münasibətlərin yaxşılaşmasına ümid etdiklərini açıqlayıb”, – deyə Məmmədov bildirib.

Rasim Əliyev

"AzPolitika.info"

Ən son xəbərləri və yenilikləri almaq üçün Icma.az saytını izləyin.
seeBaxış sayı:158
embedMənbə:https://azpolitika.info
archiveBu xəbər 04 Sentyabr 2025 10:58 mənbədən arxivləşdirilmişdir
0 Şərh
Daxil olun, şərh yazmaq üçün...
İlk cavab verən siz olun...
topGünün ən çox oxunanları
Hal-hazırda ən çox müzakirə olunan hadisələr

Həmzət Çimayev Pereyranın onunla döyüşməkdən imtina etdiyini bildirib

18 Yanvar 2026 05:23see272

İranla gərginlik fonunda İsrailə yeni F 35 lər gətirildi

19 Yanvar 2026 00:45see215

Qəhvə yuxunun keyfiyyətinə necə XEYİR verə bilər?

18 Yanvar 2026 02:14see195

Davos Forumunun prezidenti dünya iqtisadiyyatının əsas problemini açıqladı

18 Yanvar 2026 01:13see168

Aİ ABŞ yə qarşı 93 milyard avroluq cavab rüsumu tətbiq edə bilər

19 Yanvar 2026 00:27see162

Azərbaycan türkü, səbir diplomatiyası və mütləq hakimiyyət: Xamaneyini bir də belə tanıyaq

18 Yanvar 2026 12:39see159

Araz Naxçıvan 1 ci liqa klubuna qarşı

18 Yanvar 2026 10:41see153

Ronaldunun qızı Titanik filmindəki məşhur mahnını oxudu

18 Yanvar 2026 06:52see152

Estoniya Qrenlandiyanı müdafiə etmək üçün bir zabit göndərəcək

18 Yanvar 2026 21:40see148

Sabah bəzi bölgələrdə çovğun olacaq

17 Yanvar 2026 23:55see144

İsrailə yeni qırıcılar verildi

18 Yanvar 2026 23:46see143

Övladına süd almaq üçün qonşusunun evini qarət etdi

18 Yanvar 2026 13:49see140

Etirazlara baxmayaraq azad ticarət sazişi imzaladılar

18 Yanvar 2026 06:36see139

Komedixana nın aktyoru başında parik Tramp kimi oynadı VİDEO

18 Yanvar 2026 16:12see138

Vətəndaşlar çıxarış ala bilmir, ii qurum məsuliyyəti bir birinin üzərinə atır (VİDEO)

18 Yanvar 2026 21:54see135

“Bavariya” Avropanın top 5 liqasında bir mövsümdə 100 qola çatan ilk komanda olub

18 Yanvar 2026 01:11see133

Təbrizdə yarımçıq qalan ömür: Nüsrət Kəsəmənli adi bir səhlənkarlığın qurbanı olub?

19 Yanvar 2026 01:01see133

Şəmkirdə ölümlə nəticələnən qəza ilə bağlı yeni təfərrüat

19 Yanvar 2026 08:05see129

Azərbaycanlı aparıcı özündən gözəl QIZI İLƏ VİDEO

18 Yanvar 2026 17:34see127

Sabah qar yağacaq, şaxta olacaq 19.01.2026

18 Yanvar 2026 13:17see125
newsSon xəbərlər
Günün ən son və aktual hadisələri