Icma.az
close
up
RU
Azərbaycan öz mövqeyini qoruyur

Azərbaycan öz mövqeyini qoruyur

Icma.az, Ses qazeti portalına istinadən məlumat yayır.

Aprelin 4-də paytaxt Bakı beynəlxalq enerji dialoqunun mühüm mərkəzinə çevrilərək, Cənub Qaz Dəhlizi Məşvərət Şurasının 11-ci və Yaşıl Enerji Məşvərət Şurasının 3-cü iclaslarına ev sahibliyi etdi. Bu iclaslarda Azərbaycan və Avropa İttifaqı daxil olmaqla 24 ölkə, 7 beynəlxalq maliyyə təşkilatı və 42 enerji şirkəti təmsil olundu. Cənub Qaz Dəhlizi Məşvərət Şurası artıq 11-ci dəfədir ki, Bakı şəhərində keçirilir. Azərbaycan tərəfindən başlanmış və Avropa Komissiyası tərəfindən dəstəklənən bu vacib iclaslar, enerji təhlükəsizliyinin təmin olunmasına yanaşmaların formalaşdırılmasında, onların həllində və tərəfdaşlıq çərçivəsində səylərin koordinasiyasında mühüm əhəmiyyətə malikdir. İclasların keçirilməsində əsas məqsəd əməkdaşlığın gücləndirilməsidən ibarətdir. Çünki enerji təhlükəsizliyi sahəsində uğurlu layihələrin həyata keçirilməsi yalnız əməkdaşlıq əsasında mümkündür. Boru kəmərlərinin çəkilişi, Bakı-Tbilisi-Ceyhan və Bakı-Supsa, Cənub Qaz Dəhlizi kimi layihələr də məhz əməkdaşlıq nəticəsində reallaşdırılıb.

Keçirilən tədbirlər enerji təhlükəsizliyi, regional əməkdaşlıq və yaşıl keçid istiqamətində əhəmiyyətli müzakirələrin keçirilməsinə və strateji addımların müəyyənləşdirilməsinə imkan yaratmışdır. İclaslarda Cənub Qaz Dəhlizi iştirakçı ölkələri, beynəlxalq maliyyə institutları və enerji şirkətləri arasında əməkdaşlığın daha da gücləndirilməsinin vacibliyi ön plana çıxıb.
Enerji təhlükəsizliyi hər bir ölkənin milli təhlükəsizliyinin ayrılmaz bir hissəsidir. Eyni zamanda, sənaye təhlükəsizliyini də xüsusi vurğulamaq lazımdır. Çünki sənayenin inkişafı üçün enerji ehtiyatları, neft-kimya məhsulları və gübrələr tələb olunur. Azərbaycan bu sahələrdə xam neft, təbii qaz, neft məhsulları, neft-kimya məhsulları və gübrələrin istehsalçısı və ixracatçısıdır.
Azərbaycan böyük enerji hasilatı və nəqliyyat layihələrinin həyata keçirilməsində zəngin təcrübəyə malikdir. Bu layihələr korporativ maliyyələşmə və borclanma yolu ilə həyata keçirilmişdir. AÇG, “Şahdəniz” və “Abşeron” kimi layihələr bu gün bir çox ölkələrin enerji təhlükəsizliyini təmin edən neft və qaz yataqlarıdır. Yaxın gələcəkdə bir çox yeni yataqların istifadəyə verilməsi nəzərdə tutulur. Hazırda müqavilələr imzalanıb və işçi proqramları təsdiq edilib. Cənub Qaz Dəhlizi layihəsinin üç əsas komponenti olan Cənubi Qafqaz Boru Kəməri, TANAP və TAP hal-hazırda tam gücü ilə fəaliyyət göstərir. Lakin qlobal enerji bazarının sürətlə dəyişməsi və artan tələbat fonunda bu infrastrukturun genişləndirilməsi vacib bir məsələ olaraq irəli sürülüb.
Azərbaycanın enerji şirkəti olan Dövlət Neft Şirkəti, həm ölkə daxilində, həm də xaricdə hasilat, nəqliyyat və çatdırılma sahələrində fəaliyyət göstərir. Azərbaycan artıq uzun illərdir etibarlı tərəfdaş kimi tanınır və gələcəkdə də bu rolunu davam etdirəcək. Azərbaycanın qaz təchizatının coğrafiyası da genişlənməkdə davam edir. Cənub Qaz Dəhlizi Məşvərət Şurasının sonuncu iclasından sonra əlavə 5 ölkə Azərbaycan qazının alıcısına çevrilib. Bu gün Azərbaycanın təbii qazı artıq 12 ölkəyə ixrac olunur, onlardan 10-u Avropa ölkəsidir və 8-i Avropa İttifaqının üzvüdür.
Tədbirdə həmçinin bəzi beynəlxalq maliyyə institutlarının enerji layihələrinin maliyyələşdirilməsi mövzusunda tutduğu mövqeyə də diqqət çəkilib. Azərbaycan Prezidenti cənab İlham Əliyev maliyyələşdirmə siyasətinin yenidən nəzərdən keçirilməsini təklif edib, çünki bu siyasət geosiyasi dəyişikliklər nəticəsində istehsal, nəql və çatdırılma sahələrində problemlərə yol aça bilər.
Yaşıl Enerji Məşvərət Şurası çərçivəsindəki iclasda yaşıl enerji sektoru ilə bağlı müzakirələr diqqət mərkəzində olub. İştirakçılar Azərbaycanın bu sahədə apardığı işləri, bərpa olunan enerji mənbələrinə olan sərmayələri və beynəlxalq əməkdaşlıq fəaliyyətlərini yüksək qiymətləndiriblər. Avropa ölkələrinin geniş yaşıl enerji gündəliyinə baxmayaraq, faydalı qazıntı hasilatçıları və ənənəvi yanacaq, enerji təhlükəsizliyinin mühüm meyarı olaraq qalmağa davam edəcəkdir. Bu il “Azəri-Çıraq-Günəşli” dərin qaz strukturunda yeni hasilatın başlanması gözlənilir. Həmçinin, “Abşeron” yatağında hasilatın artırılmasına dair razılaşmanın son mərhələsi tamamlanmaq üzrədir. Azərbaycan və Avropa Komissiyası arasında enerji sahəsində strateji tərəfdaşlıq memorandumunun imzalanmasından sonra, Avropaya qaz təchizatımız 60% artıb. 2022-ci ilin iyul ayında Avropa Komissiyası ilə imzalanmış “Azərbaycan Respublikası ilə Avropa İttifaqı arasında enerji sahəsində Strateji Tərəfdaşlıq Memorandumu” sonrakı mərhələdə, 2021-ci ildə Avropaya 8 milyard kubmetr qaz göndərildiyi halda, keçən il bu rəqəm təxminən 13 milyard kubmetrə çatıb. Bu artım yalnız yeni yataqların istismara verilməsi nəticəsində deyil, həm də yaşıl enerji layihələrinin daxili qaz istehlakını azaltması sayəsində baş verdi. Həmçinin, bu ümumi ixracatımızın yarısından çoxunu təşkil edir və gələcəkdə daha da artırılacaqdır. Günəş və külək enerjisi sahəsində imzalanmış müqavilələr sayəsində, 2030-cu ilə qədər 6 giqavatlıq enerji təmin edəcəyik. Bərpa olunan enerjidən istifadə edərək, daxili elektrik enerjisi istehsalını artırmaqla yanaşı, qazdan daha səmərəli istifadə edəcəyik. Zəngəzur və Qarabağ ərazilərində yeni su elektrik stansiyalarının qurulması ilə bu sahədə inkişaf davam edir. Günəş və külək enerjisi layihələri ilə bağlı texniki əsaslandırma işləri artıq yekunlaşır və maliyyələşdirmə müzakirələri başlanacaqdır. Bu layihələr üçün maliyyə məhdudiyyətləri qoyulmayacağına ümid edirik. İclasda müzakirə edilən digər mühüm məsələlərdən biri yaşıl kabel layihəsidir. Texniki əsaslandırma işləri artıq tamamlanmaq üzrə olan bu layihə Avropaya uzanacaq və Azərbaycanın bərpaolunan enerji resurslarının ixracına yeni bir mərhələ açacaq.
Cənub Qaz Dəhlizi Məşvərət Şurası və Yaşıl Enerji Məşvərət Şurası çərçivəsində keçirilən iclaslar bir daha təsdiq etdi ki, Azərbaycan enerji sahəsində regional lider olaraq öz mövqeyini qoruyur və daha geniş beynəlxalq əməkdaşlığa açıqdır. Bu həm təbii qaz infrastrukturunun genişləndirilməsi, həm də yaşıl enerji sahəsində həyata keçirilən sərmayə layihələri ilə özünü göstərir. Bütün bu əməkdaşlıq və inkişaf prosesləri artıq yalnız enerji resurslarının ötürülməsi deyil, həm də qlobal təhlükəsizlik, iqtisadi sabitlik və iqlim dəyişiklikləri ilə mübarizə üçün ortaq məsuliyyət anlayışına çevrilib. Bu kontekstdə Azərbaycan, enerji siyasətini daha da gücləndirmək üçün praqmatik yanaşmalarla fəaliyyət göstərir.

Namiq Əhmədov
YAP Xəzər rayon təşkilatının sədri

Ən son xəbərləri və yenilikləri almaq üçün Icma.az saytını izləyin.
seeBaxış sayı:190
embedMənbə:https://sesqazeti.az
archiveBu xəbər 08 Aprel 2025 11:58 mənbədən arxivləşdirilmişdir
0 Şərh
Daxil olun, şərh yazmaq üçün...
İlk cavab verən siz olun...
topGünün ən çox oxunanları
Hal-hazırda ən çox müzakirə olunan hadisələr

Azərbaycanda urbanizasiya prosesi və mənzil siyasətinin yeni strategiyaları

10 İyun 2026 16:52see272

Yanğın təhlükəsizliyi qaydalarına ciddi riayət olunmalıdır

10 İyun 2026 12:19see244

İranlı deputatdan Azərbaycanla bağlı SENSASİON ÇIXIŞ

10 İyun 2026 22:12see204

Bu məkanlar BŞİH dən alındı

10 İyun 2026 21:24see204

Azərbaycanla münasibətlərimiz strateji səviyyəyə yüksəlib Amerikalı senator

10 İyun 2026 21:34see199

Bu gün Dünya Çempionatı başlayır Açılış matçının saatı

11 İyun 2026 09:12see198

Şamaxı millimizin müdafiəçisini transfer etdi RƏSMİ

10 İyun 2026 21:22see189

Nevroloqlarımız İstanbul konfransında

11 İyun 2026 12:02see186

284 saylı məktəbdə birinci sinfə qəbul ləğv olunub? VİDEO

10 İyun 2026 23:51see172

Fransa və İspaniya ön planda: futbol üzrə dünya çempionatının favoritləri açıqlandı “The New York Times“

10 İyun 2026 21:00see171

Tramp: ABŞ İrandan milyonlarla barel neft çıxarıb

10 İyun 2026 21:16see171

Çində yeraltı detektor xəyali neytrinolar haqqında məlumat əldə edib

11 İyun 2026 12:01see169

Batut gimnastikası və tamblinq üzrə Azərbaycan çempionatının qalibləri bəlli olub

10 İyun 2026 21:23see169

Məktəblərdə mobil telefonların qadağası ilə bağlı nəzarət mexanizmləri tətbiq edilir

10 İyun 2026 21:50see167

Gənclər Liqası: “Sabah” “Bazel”lə qarşılaşacaq

10 İyun 2026 21:17see164

Vuçiç istefa verəcək: “Sizə xəbər verəcəyəm”

11 İyun 2026 13:32see163

Bir dəqiqəyə bir kiloqram bal yedi

11 İyun 2026 01:11see161

Günəşdən qoruyucu krem əvəzinə bundan istifadə olunur

12 İyun 2026 04:27see158

39 yaşlı ulduz dayanmaq bilmir 1957 ci ildən qalan rekordu təzələdi

10 İyun 2026 21:11see156

Vuçiç Baş nazir olmaq istəyir

11 İyun 2026 03:08see156
newsSon xəbərlər
Günün ən son və aktual hadisələri