Icma.az
close
up
RU
Bakı Tbilidi: qonşu, dost və strateji tərəfdaşlıq əlaqələri...

Bakı Tbilidi: qonşu, dost və strateji tərəfdaşlıq əlaqələri...

Yeniazerbaycan saytından alınan məlumata görə, Icma.az bildirir.

XİN rəhbəri qonşu ölkəyə rəsmi səfər edib

Azərbaycanın xarici siyasətində qonşu ölkələrlə dostluq münasibətləri xüsusi yer tutur. Bu yanaşma Gürcüstanla münasibətlərdə də özünü ifadə edir. Azərbaycan öz enerji resurslarının Avropa bazarlarına çatdırılmasında, eyni zamanda, Şərqdən Qərbə gedən yüklərin daşınmasında Gürcüstan mühüm tranzit rol oynayır. Azərbaycanla Gürcüstanı təkcə iqtisadi amillər deyil, həm də tarixi köklər birləşdirir. Azərbaycan-Gürcüstan dostluğunun çox qədim tarixi var və bu iki ölkə təkcə qonşu və dost deyil, həm də mühüm strateji tərəfdaşdır.

Nazirlər ikitərəfli əməkdaşlığı müzakirə ediblər

Xarici işlər naziri Ceyhun Bayramovun  iyulun 22-də Gürcüstana rəsmi səfəri də bu reallığın göstəricisidir. Qeyd edək ki, C.Bayramov səfər çərçivəsində Gürcüstanın xarici işlər naziri Maka Boçorişvili ilə görüşüb. Görüş zamanı Azərbaycan-Gürcüstan dostluq və strateji tərəfdaşlıq münasibətlərinin cari vəziyyəti, inkişaf perspektivləri ətrafında fikir mübadiləsi aparılıb. Tərəflər ölkələrimiz arasında yüksəksəviyyəli siyasi dialoqun, qarşılıqlı səfərlərin və siyasi məsləhətləşmələrin münasibətlərin daha da dərinləşməsinə verdiyi töhfəni vurğulayıblar.

Nazirlər enerji, nəqliyyat, ticarət, turizm və təhsil sahələrində əməkdaşlığın daha da genişləndirilməsi imkanlarını müzakirə ediblər. Bakı-Tbilisi-Ceyhan, Bakı-Tbilisi-Qars və Cənub Qaz Dəhlizi kimi birgə həyata keçirilən layihələrin, habelə yaşıl energetika və rəqəmsal kommunikasiya sahəsində irəli sürülmüş təşəbbüslərin və layihələrin strateji əhəmiyyəti qeyd olunub. Şərq-Qərb Orta Dəhlizin ölkələrimiz və Mərkəzi Asiya arasında əməkdaşlıq əlaqələrinə müsbət töhfəsi vurğulanıb. Eləcə də iki ölkə arasında iqtisadi-ticarət əlaqələrinin inkişafı, ticarət dövriyyəsində artan dinamika məmnuniyyətlə qeyd olunub. Həmçinin, humanitar sahədə əməkdaşlığın inkişafı, mədəniyyət mübadilələrinin təşviqinin vacibliyi vurğulanıb.

Tərəflər beynəlxalq platformalarda, o cümlədən regional təşəbbüslər çərçivəsində Azərbaycan və Gürcüstan arasında qarşılıqlı dəstəyə əsaslanan əməkdaşlığın davam etdirilməsinin önəmini qeyd ediblər. Ölkələrimizin iştirakı ilə üçtərəfli və çoxtərəfli formatlar çərçivəsində birgə fəaliyyətin, ortaq səylərin əhəmiyyəti nazirlər tərəfindən vurğulanıb. Azərbaycanın Mərkəzi Asiya ölkələri ilə yüksəksəviyyəli əlaqələrinin Azərbaycan-Gürcüstan-Mərkəzi Asiya regional tərəfdaşlığı üçün əsas təşkil etdiyi diqqətə çatdırılıb.

Görüşdə regionda və onun hüdudlarından kənarda baş verən proseslər, o cümlədən qarşılıqlı maraq doğuran təhlükəsizlik məsələləri müzakirə olunub. C.Bayramov qarşı tərəfi ölkəmiz tərəfindən işğaldan azad olunmuş ərazilərdə aparılan genişmiqyaslı bərpa və quruculuq işləri, habelə Azərbaycan ilə Ermənistan arasında normallaşma prosesi barədə ətraflı məlumatlandırıb. Gürcüstanın normallaşma prosesinə verdiyi töhfə, 2022-ci ildən etibarən bir sıra görüşlərə ev sahibliyi etməsi məmnuniyyətlə xatırlanıb. Sülh prosesində əhəmiyyətli irəliləyişə baxmayaraq, Ermənistan konstitusiyasında Azərbaycanın ərazi bütövlüyünə qarşı davam edən ərazi iddialarının yekun sülh sazişinin imzalanması üçün maneə olaraq qaldığı diqqətə çatdırılıb.

Görüş zamanı, həmçinin qarşılıqlı maraq doğuran digər məsələlər ətrafında fikir mübadiləsi aparılıb.

Ceyhun Bayramov: Sülh yolunda yaxşı perspektivlər mövcuddur

Daha sonra nazirlər görüşün yekunlarına dair mətbuat konfransında bəyanatlarla çıxış ediblər. C.Bayramov deyib ki, görüşdə regional və qlobal təhlükəsizlik məsələləri, eləcə də Ermənistan-Azərbaycan arasında postmünaqişə prosesi ilə bağlı fikir mübadiləsi aparılıb. Görüş zamanı qlobal miqyasda baş verən proseslərin, bölgəyə təsir edə bilən təhlükəsizlik təhdidlərinin, digər qarşılıqlı maraq doğuran məsələlərin müzakirə olunduğunu diqqətə çatdıran nazir əlavə edib: “Eyni zamanda, həmkarımı Ermənistan-Azərbaycan postmünaqişə dövründə və onun hazırkı mərhələsində gedən proseslər barədə ətraflı məlumatlandırdım. Bu kontekstdə iyulun 10-da Əbu-Dabidə Azərbaycan və Ermənistan liderləri arasında baş tutmuş danışıqlar, mövcud müsbət dinamika barədə məlumat verdim. Hesab edirik ki, sülh yolunda yaxşı perspektivlər mövcuddur. Biz bu yolun davam etdirilməsini real hesab edirik. Bu yolun başa çatdırılması üçün bəlli addımlar vardır, lakin Ermənistan tərəfi hələ ki, bu addımları atmayıb”.

Maka Boçorişvili: Gürcüstan üçtərəfli formatda əməkdaşlığın güclənməsində maraqlıdır

Azərbaycan ilə Gürcüstanın  strateji tərəfdaş olduğunu deyən M.Boçorişvili isə bu tərəfdaşlığın daha da inkişaf etdirmək barədə razılığa gəlindiyini bildirib. Onun sözlərinə görə, mövcud geosiyasi şəraitdə Gürcüstan ilə Azərbaycan arasındakı siyasi sabitlik ortaq maraqların qorunmasına xidmət edir. Gürcü nazir qeyd edib ki, Gürcüstan regionda sabitliyin və təhlükəsizliyin qorunmasında maraqlıdır və bu istiqamətdə ardıcıl səylər göstərir. O qeyd edib ki, ikitərəfli görüşdə müxtəlif məsələlər müzakirə olunub və bu cür təşəbbüslər Azərbaycan, Gürcüstan və digər tərəfdaş ölkələr arasında əməkdaşlığın dərinləşdirilməsinə mühüm töhfə verir. “Mövcud geosiyasi şəraitdə Gürcüstanda və Azərbaycandakı siyasi sabitlik ortaq maraqlarımızın qorunmasına xidmət edir. Biz ölkələrimizin milli maraqlarını nəzərə alaraq, əlaqələrimizin daha da möhkəmlənməsi istiqamətində çalışırıq”, - deyə gürcü nazir vurğulayıb. O deyib: “Ölkələrimiz arasında qarşılıqlı etimada əsaslanan əlaqələr ikitərəfli miqyasdan çıxıb qlobal xarakter alıb. Bizim münasibətlərimiz siyasi dialoqun da inkişafına təkan verir. Biz regiondakı mövcud vəziyyəti, eyni zamanda, qlobal prosesləri müzakirə etdik. Həmçinin təhlükəsizlik məsələləri də müzakirə olundu”.

C.Bayramov Gürcüstan Prezidenti ilə görüşüb

M.Boçorişvili onu da deyib ki, Gürcüstan Azərbaycan və Türkiyə ilə üçtərəfli əməkdaşlıq formatının gücləndirilməsinə böyük önəm verir. “Gürcüstan, Azərbaycan və Türkiyə arasında üçtərəfli əlaqələri xüsusi qeyd etmək istəyirəm. Ölkələrimiz arasındakı bu üçtərəfli format mühüm formatdır. Gürcüstan üçtərəfli formatda əməkdaşlığın güclənməsində maraqlıdır”, - deyə nazir vurğulayıb.

Qeyd edək ki, C.Bayramov səfər çərçivəsində Gürcüstan Prezidenti Mixail Kavelaşvili ilə də görüşüb. Xarici İşlər Nazirliyinin məlumatına görə, görüş zamanı tərəflər Azərbaycan və Gürcüstan arasında strateji tərəfdaşlıq və yaxın dostluğu bir daha təsdiqləyərək, əsas sektorlar üzrə yüksək səviyyəli dialoqun və əməkdaşlığın davam etdirilməsinin vacibliyini vurğulayıblar.

N.BAYRAMLI

Hadisənin gedişatını izləmək üçün Icma.az saytında ən son yeniliklərə baxın.
seeBaxış sayı:223
embedMənbə:https://yeniazerbaycan.com
archiveBu xəbər 23 İyul 2025 11:56 mənbədən arxivləşdirilmişdir
0 Şərh
Daxil olun, şərh yazmaq üçün...
İlk cavab verən siz olun...
topGünün ən çox oxunanları
Hal-hazırda ən çox müzakirə olunan hadisələr

Kartından şübhəli ödənişlər aparıldı, bankdan isə ziddiyyətli cavablar aldı

13 Noyabr 2026 19:58see317

Qanınızı qatılaşdıran 2 əsas səbəb

13 Noyabr 2026 16:19see299

Niyə payızda çox yorğun oluruq?

13 Noyabr 2026 19:47see296

Payızda bu 2 qida mütləq yeyilməlidir

13 Noyabr 2026 15:46see291

Psixoloqlar artırılmalıdır, 1000 nəfərə biri düşür Nazir müavini

13 Noyabr 2026 18:54see278

Pullar Amerikadan Avropaya axır Qlobal maliyyə xəritəsi dəyişir?

13 Noyabr 2026 16:35see277

Yolumuzu çiyin çiyinə davam etdiririk

14 Noyabr 2026 01:31see256

Miqrantlardan assimilyasiya tələbi: Rusiyanın miqrasiya siyasətindəki ziddiyyətlər

13 Noyabr 2026 20:18see253

Sumqayıtda zavodda qanlı hadisə

13 Noyabr 2026 22:04see250

Yuxuda tənəffüsün dayandırılması aritmiya və vuruşa gətirib çıxarır...

13 Noyabr 2026 21:08see243

Kilolu adamlarla bağlı ən son araşdırma Az yaşayırlar

13 Noyabr 2026 17:05see242

Hər dərdə dəva! Ozonoterapiyanın tətbiqi sahələri

13 Noyabr 2026 21:49see235

NDU da “Əcəmi 900: İpək yolu üzərində şəhərsalma mədəniyyəti və memarlıq” mövzusunda beynəlxalq elmi konfrans başlayıb

13 Noyabr 2026 21:09see229

Azərbaycanda 55 yeni peşə standartı hazırlanır

14 Noyabr 2026 11:57see218

“Ağzımızdakı dişlərin sayını da uçota alsalar yaxşı olar...” TƏKLİF

14 Noyabr 2026 12:26see214

Həkimlər başında güllə ilə 30 il yaşamış kişini xilas etdilər

13 Noyabr 2026 19:47see212

UEFA Millətlər Liqasında gecənin nəticələri

14 Noyabr 2026 02:09see210

Paxıllığın müsbət faydaları

13 Noyabr 2026 20:45see201

Bakı avtobuslarında sərnişin bumu

14 Noyabr 2026 17:02see192

Gələn il qeyri dövlət müəssisələri büdcədən 130 mln. manata yaxın subsidiya alacaq

14 Noyabr 2026 18:04see189
newsSon xəbərlər
Günün ən son və aktual hadisələri