Icma.az
close
up
RU
Menu

PR də strateji planlaşdırma: uğurlu kommunikasiya necə qurulur?

Uorren Baffet 5,5 milyard dollarlıq səhmlərini xeyriyyə fondlarına bağışlayıb

Küləkli hava şəraiti ilə bağlı sarı xəbərdarlıq verilib

Xəzər dənizinin Azərbaycan sahillərinin dövlət idarəçiliyi

Qışı sərt keçən rayonlarda qaz və işıq limitləri dəyişəcək? VACİB AÇIQLAMA

Mərkəzi Gömrük Hospitalında “Blue Code sisteminin tətbiqi və təkmilləşdirilməsi” mövzusunda maarifləndirici tədbir keçirilib

® Vüqar Eyvazov “AmCham Azərbaycan”ın yeni yaradılmış Səhiyyə Komitəsinin sədri təyin edilib

2027 ci ildən Bakıya köç daha da artacaq?

Təcili yardım stansiyasının müdiri işçilərdən rüşvət alır? YENİLƏNİB

Faiq Qarayev beynəlxalq turnirdə iştirak edəcək Azərbaycanın voleybol millisinin üzvləri ilə görüşüb FOTO

Dişlər yaddaş kartımızdır?

Diş əti qanaması hansı daxili xəstəliklərin əlamətidir?

Yuxu ilə böyümə hormonu arasında yeni neyron əlaqəsi aşkar edilib

Azerbaijan’s macro economy 2025 2026 and future prospects

İki zəhərli ilanı təyyarəyə keçirmək istədi

Bu hərəkətlər davam edərsə.. SEPAH generalı Bəhreyn hökümətini HƏDƏLƏDİ

Braziliya millisindən darmadağın: Vinisius het trik etdi

45 min dollardan Walmart rəflərinə: Bir qadının qəhvə alternativi biznesi

Polad Həşimovun anası xəstəxanadan evə buraxılıb TƏBİB

Bossların bossu” vəfat etdi Pablo Eskobarla əməkdaşlıq edib

Bakı Pnompen münasibətləri: tarixi varislik və yeni üfüqlər ŞƏRH

Bakı Pnompen münasibətləri: tarixi varislik və yeni üfüqlər ŞƏRH

Ses qazeti portalından əldə olunan məlumata əsasən, Icma.az xəbər verir.

Azərbaycanın xarici siyasət strategiyasında Asiya və Cənub-Şərqi Asiya vektoru son illərdə tamamilə yeni, daha dinamik bir mərhələyə qədəm qoyub. Bu kontekstdə, Kamboca Krallığının Baş naziri Hun Manetin Azərbaycana rəsmi səfəri və Bakıda keçirilən Asiyada Qarşılıqlı Fəaliyyət və Etimad Tədbirləri üzrə Müşavirənin (AQEM) Zirvə görüşündə şəxsən iştirakı iki ölkə arasındakı münasibətləri keyfiyyətcə yeni zirvəyə yüksəldir. Oktyabrın 12-də Azərbaycan Respublikasının Prezidenti İlham Əliyevin görüş çərçivəsində mətbuata bəyanatında səsləndirdiyi fikirlər və iki ölkə arasında imzalanmış mühüm dövlətlərarası sənədlər Bakı ilə Pnompen arasında qurulan tərəfdaşlığın gələcək yol xəritəsini cızır.

Münasibətlərin ən diqqətçəkən tərəflərindən biri onun siyasi varislik təməlinə söykənməsidir. Prezident İlham Əliyev bəyanatında 12 il əvvəl – 2014-cü ilin aprelində Kambocanın keçmiş Baş naziri, hazırda isə Senatın sədri Hun Senin (hazırkı Baş nazir Hun Manetin atası) Bakıya reallaşan ilk hökumət başçısı səviyyəsindəki tarixi səfərini xatırladaraq bu xəttin sadiqliklə davam etdirildiyini vurğulayıb. Bu gün hər iki ölkə beynəlxalq platformalarda – istər BMT, istər Qoşulmama Hərəkatı, istərsə də AQEM çərçivəsində bir-birini qətiyyətlə dəstəkləyən iki etibarlı tərəfdaş kimi çıxış edir.

İndiyə qədər iki ölkə arasında cəmi 3 sənəddən ibarət olan məhdud müqavilə-hüquq bazası və aşağı səviyyədə qalan ticarət dövriyyəsi bu səfərlə birlikdə böyük sıçrayış mərhələsinə qədəm qoyur. Prezident İlham Əliyev bu məsələdə olduqca praqmatik və nikbin mövqe ortaya qoyub: müasir dünyada coğrafi məsafə əsla maneə deyil, əsas problem məlumat qıtlığı idi. Məhz bu boşluğu doldurmaq üçün ticarət və investisiya əməkdaşlığının praktiki tərəfləri ilə məşğul olacaq birgə işçi qrupu yaradılıb.

Bununla yanaşı, Azərbaycanın qlobal brendinə çevrilən və ölkə daxilində demək olar ki, 100 faizlik vətəndaş məmnuniyyəti qazanan “ASAN xidmət” sisteminin Kambocada böyük maraq doğurması xüsusilə fəxredicidir. Bu mütərəqqi dövlət xidmətləri modelinin Kambocada tətbiq olunma perspektivi Azərbaycanın intellektual ixracat potensialının növbəti nümayişidir.

Münasibətlərin bəlkə də ən təsirli və regional təhlükəsizlik baxımından aktual hissəsi hər iki ölkənin üzləşdiyi ortaq humanitar fəlakət – mina problemidir. Kamboca uzun onilliklər boyu dünyada minalardan ən çox əziyyət çəkən ölkələrdən biri kimi tanınır. Azərbaycan isə Ermənistanın 30 illik işğal dövründə torpaqlarımızda basdırdığı ölüm saçan minalarla mübarizə aparır. Prezident İlham Əliyev bəyanatında acı bir statistikanı dünya ictimaiyyətinin diqqətinə çatdırıb: İkinci Qarabağ müharibəsinin bitməsindən ötən 6 il ərzində Ermənistanın basdırdığı minaların partlaması nəticəsində 400-dən çox Azərbaycan vətəndaşı həlak olub və ya ağır xəsarət alıb. Bu baxımdan, iki ölkə arasında mina təmizləmə sahəsində təcrübə, bilik və praktiki bacarıqların mübadiləsi, birgə təlimlərin keçirilməsi böyük humanitar əhəmiyyət kəsb edir.

Həm Azərbaycan, həm də Kamboca sülh və təhlükəsizliyi davamlı inkişafın əvəzedilməz şərti hesab edir. Lakin bu sülh, bəyanatda qeyd edildiyi kimi, beynəlxalq hüquqa, suverenlik və ərazi bütövlüyü prinsiplərinə söykənməlidir. Azərbaycan 30 illik işğala son qoyaraq öz suverenliyini və ərazi bütövlüyünü güc yolu ilə, beynəlxalq hüququn prinsiplərinə uyğun olaraq bərpa edib. İndi Azərbaycan torpaqlarının hər bir qarışı doğma sahiblərinin nəzarətindədir. İşğaldan təmizlənmiş ərazilərdə həyata keçirilən irimiqyaslı bərpa-quruculuq işləri və “Böyük Qayıdış Proqramı” çərçivəsində artıq 100 minə yaxın insanın öz dədə-baba yurdunda yaşaması və çalışması ölkəmizin daxili gücünün və iradəsinin göstəricisidir.

Bu baxımdan, münasibətlərin qarşılıqlı maraq doğuran sütununu humanitar bağlar və institusional təcrübə mübadiləsi təşkil edir. Keçmiş SSRİ dövründə yüzlərlə kambocalı tələbənin Azərbaycanda ali təhsil alması faktı bu gün münasibətlərin tarixi yaddaşını təşkil edir. Azərbaycan dövləti bu xeyirxah ənənəni bərpa etməkdə israrlıdır. Bu xəttin davamı olaraq, ADA Universiteti ilə Kambocanın Diplomatiya və Beynəlxalq Əlaqələr Milli İnstitutu arasında imzalanan əməkdaşlıq haqqında Anlaşma Memorandum iki ölkənin gənc diplomatlarının müasir standartlara uyğun hazırlanmasında mühüm rol oynayacaq.

İki ölkə arasında Prezident İlham Əliyevin bəyanatında əksini tapan iqtisadi canlanmanın hüquqi platforması liderlərin iştirakı ilə keçirilən sənəd mübadiləsi mərasimində atılan imzalarla möhkəmləndirilib. Azərbaycanın iqtisadiyyat naziri ilə Kambocanın ticarət naziri tərəfindən imzalanan “Ticarət və iqtisadi əməkdaşlıq haqqında Çərçivə Sazişi” və biznes subyektlərinin fəaliyyətini stimullaşdıracaq, investisiya mühitini şəffaflaşdıracaq mühüm sənədlər olan “Gəlirlərə görə vergilərə münasibətdə ikiqat vergitutmanın aradan qaldırılması və vergidən yayınmanın, habelə vergi üstünləklərindən sui-istifadənin qarşısının alınması haqqında Saziş” iki dövlət arasında iqtisadi-ticari münasibətlərin yaxın perspektivdə daha da inkişaf etdirilməsi üçün mühüm hüquqi baza olacaq. Bundan başqa, Bakıda səfər çərçivəsində keçirilən genişmiqyaslı biznes forumu işgüzar dairələrə birbaşa investisiya pəncərəsi açır.

Qeyd edək ki, Azərbaycan Respublikası ilə Kamboca Krallığı arasında diplomatik münasibətlərin təməli 28 dekabr 1994-cü ildə qoyulmuşdur. Coğrafi məsafələrə baxmayaraq, iki ölkə diplomatik təmasları akkreditə olunmuş səfirliklər vasitəsilə uğurla idarə edir; belə ki, Azərbaycanın Vyetnamdakı səfirliyi (Hanoy) həm də Kambocada, Kambocanın Ankaradakı səfirliyi isə eyni zamanda Azərbaycanda akkreditə olunub. İndiyə qədər Bakı və Pnompen şəhərlərində xarici işlər nazirlikləri səviyyəsində üç dəfə (2014, 2019 və 2022-ci illərdə) keçirilən siyasi məsləhətləşmələr tərəflər arasında möhkəm siyasi dialoq mühiti formalaşdırıb.

Parlamentlər səviyyəsində də əlaqələr müəyyən əsaslara malikdir. Milli Məclisdə və Kamboca Parlamentində parlamentlərarası əlaqələr üzrə işçi qrupları fəaliyyət göstərir. Kambocanın birbaşa dəstəyi ilə Azərbaycan parlamentinin ASEAN Parlamentlərarası Assambleyasında müşahidəçi statusu qazanması Avropa ilə Asiya arasında geosiyasi bağlantı rolunu oynayan ölkəmizin Cənub-Şərqi Asiya regionundakı xarici siyasət prioritetlərinin növbəti qələbəsidir.

Beləliklə, Kamboca Baş nazirinin Bakıya rəsmi səfəri, dövlət başçılarının qətiyyətli bəyanatları və imzalanan strateji sazişlər göstərir ki, coğrafi uzaqlıq ortaq hədəfləri olan ölkələr üçün maneə deyil. Beynəlxalq hüquqa qəti sadiqlik, oxşar tarixi çağırışlar və qarşılıqlı iqtisadi maraqlar Bakı ilə Pnompen arasında 1994-cü ildə qurulmuş əlaqələri bu gün gələcəyə yönəlmiş sarsılmaz bir strateji körpüyə çevirir.

Elman Cəfərli

YAP Naxçıvan şəhər təşkilatının sədri,

tarix üzrə fəlsəfə doktoru

Hadisənin gedişatını izləmək üçün Icma.az saytında ən son yeniliklərə baxın.
seeBaxış sayı:133
embedMənbə:https://sesqazeti.az
archiveBu xəbər 13 Oktyabr 2026 12:30 mənbədən arxivləşdirilmişdir
0 Şərh
Daxil olun, şərh yazmaq üçün...
İlk cavab verən siz olun...
topGünün ən çox oxunanları
Hal-hazırda ən çox müzakirə olunan hadisələr

PR də strateji planlaşdırma: uğurlu kommunikasiya necə qurulur?

17 Noyabr 2026 09:13see439

Uorren Baffet 5,5 milyard dollarlıq səhmlərini xeyriyyə fondlarına bağışlayıb

17 Noyabr 2026 04:19see332

Küləkli hava şəraiti ilə bağlı sarı xəbərdarlıq verilib

17 Noyabr 2026 05:32see331

Xəzər dənizinin Azərbaycan sahillərinin dövlət idarəçiliyi

17 Noyabr 2026 23:52see310

Qışı sərt keçən rayonlarda qaz və işıq limitləri dəyişəcək? VACİB AÇIQLAMA

17 Noyabr 2026 13:59see303

Mərkəzi Gömrük Hospitalında “Blue Code sisteminin tətbiqi və təkmilləşdirilməsi” mövzusunda maarifləndirici tədbir keçirilib

17 Noyabr 2026 09:14see288

® Vüqar Eyvazov “AmCham Azərbaycan”ın yeni yaradılmış Səhiyyə Komitəsinin sədri təyin edilib

18 Noyabr 2026 01:28see287

2027 ci ildən Bakıya köç daha da artacaq?

17 Noyabr 2026 23:20see277

Təcili yardım stansiyasının müdiri işçilərdən rüşvət alır? YENİLƏNİB

17 Noyabr 2026 14:53see258

Faiq Qarayev beynəlxalq turnirdə iştirak edəcək Azərbaycanın voleybol millisinin üzvləri ilə görüşüb FOTO

17 Noyabr 2026 14:52see242

Dişlər yaddaş kartımızdır?

17 Noyabr 2026 13:42see235

Diş əti qanaması hansı daxili xəstəliklərin əlamətidir?

17 Noyabr 2026 23:18see219

Yuxu ilə böyümə hormonu arasında yeni neyron əlaqəsi aşkar edilib

17 Noyabr 2026 12:44see218

Azerbaijan’s macro economy 2025 2026 and future prospects

17 Noyabr 2026 13:48see209

İki zəhərli ilanı təyyarəyə keçirmək istədi

17 Noyabr 2026 23:17see203

Bu hərəkətlər davam edərsə.. SEPAH generalı Bəhreyn hökümətini HƏDƏLƏDİ

18 Noyabr 2026 02:03see202

Braziliya millisindən darmadağın: Vinisius het trik etdi

18 Noyabr 2026 00:46see195

45 min dollardan Walmart rəflərinə: Bir qadının qəhvə alternativi biznesi

17 Noyabr 2026 14:53see194

Polad Həşimovun anası xəstəxanadan evə buraxılıb TƏBİB

18 Noyabr 2026 01:24see190

Bossların bossu” vəfat etdi Pablo Eskobarla əməkdaşlıq edib

18 Noyabr 2026 01:52see190
newsSon xəbərlər
Günün ən son və aktual hadisələri