Icma.az
close
up
RU
Bakı sakinlərinin 46 faizi suyun keyfiyyətindən razıdır

Bakı sakinlərinin 46 faizi suyun keyfiyyətindən razıdır

Icma.az bildirir, Azpost saytına əsaslanaraq.

Sosial Tədqiqatlar Mərkəzi Bakı şəhərində su təchizatının vəziyyəti, fasiləsizliyi və keyfiyyəti ilə bağlı əhalinin fikirlərini öyrənmək, mövcud problemləri müəyyənləşdirmək məqsədilə rəy sorğusu keçirib.

AzPost bildirir ki, sorğunun nəticələri Azərbaycan Respublikası Prezidentinin 10 oktyabr 2024-cü il tarixli Sərəncamı ilə təsdiq olunmuş “Su ehtiyatlarından səmərəli istifadəyə dair Milli Strategiya”da öz əksini tapan hədəflər sahəsində təxirəsalınmaz tədbirlərin görülməsinin aktuallığını təsdiqləyib.

Bakı şəhərində sürətli urbanizasiya, əhalinin dinamik artımı və yaşayış massivlərinin genişlənməsi mövcud su infrastrukturunun təkmilləşdirilməsini zəruri edir. Bununla yanaşı, iqlim dəyişikliyinin təsirləri, yağıntıların qeyri-bərabər paylanması və yeraltı su ehtiyatlarının azalması şəhərin su təminatının dayanıqlılığı qarşısında risklər yaradır. Tədqiqatın nəticələri mövcud vəziyyətin real mənzərəsini ortaya qoymaqla, bu sahədə müvafiq tədbirlərin həyata keçirilməsi üçün alternativ analitik resurs yaradır.

Tədqiqatın coğrafi əhatəsi və metodoloji əsasları
Azərbaycan Respublikasının 2024-cü il üzrə inzibati ərazi bölgüsü təsnifatına əsasən, Bakı şəhəri 12 inzibati rayondan və ona daxil olan 59 qəsəbədən ibarətdir. Sosial Tədqiqatlar Mərkəzinin keçirdiyi sorğuda Bakı şəhərinin bütün inzibati rayonları əhatə edilib. Sorğuda iştirak edən paytaxt sakinlərinin 15.2%-i Suraxanı rayonunda, 15.4%-i Binəqədi rayonunda, 12.8%-i Sabunçu rayonunda, 10.9%-i Yasamal rayonunda, 8.3%-i Xəzər rayonunda, 7.6%-i Qaradağ rayonunda, 6.5%-i Səbail rayonunda, 6.0%-i Nərimanov və Nəsimi rayonlarında, 5.5%-i Xətai rayonunda, 3.6%-i Nizami rayonunda, 2.3%-i isə Pirallahı rayonunda yaşadığını bildirib.

Sorğu iştirakçılarının 41.9%-i şəhərdə, 53.1%-i qəsəbədə və 5.0%-i kənddə məskunlaşdığını qeyd edib. Həmçinin sorğunun nəticələrinə əsasən, sakinlərin 45.6%-i bina evində (o cümlədən, 11.5%-i yeni tikili, 34.1%-i köhnə tikili), 54.4%-i həyət evində yaşayır.

Sorğular 2025-ci ilin 30 iyul – 4 avqust tarixlərində, 390 ev təsərrüfatı arasında kompüter dəstəkli telefonla müsahibə üsulundan (CATI) istifadə olunmaqla keçirilib.

Su təchizatının vəziyyəti
Dövlət Statistika Komitəsinin 2021-ci il üzrə məlumatına görə, Bakı şəhərində evin daxilində su kəməri olan ev təsərrüfatlarının sayının bütün ev təsərrüfatlarının sayında xüsusi çəkisi 99.9%-dir. Evlərin 98.1%-nin mərkəzləşdirilmiş su təchizatı, 1.8%-nin fərdi su təchizatı mövcuddur.

STM-in keçirdiyi sorğunun mühüm nəticələrindən biri evlərə suyun verilməsi rejimi ilə bağlı mövcud vəziyyətdir. Sorğuda iştirak edənlərin 56.0%-i yaşadığı evə (mənzilə) suyun gündəlik olaraq daimi rejimdə verildiyini bildirib.
 Bu göstərici həyət evlərində yaşayanlar üzrə 50.7%-ə;
 Yeni tikili bina evində yaşayanlar üzrə 83.7%-ə;
 Köhnə tikili bina evində yaşayanlar üzrə 55.7%-ə bərabərdir.
Respondentlərin 39.3%-i suyun fasiləli olaraq, yəni müəyyən qrafiklə verildiyini bildirib. 4.7% ümumiyyətlə evinə su verilmədiyini bildirib.
 Suyu fasiləli rejimdə alanların 27.0%-i suyun gündəlik olaraq 3 saata qədər, 43.1%-i 3 saatdan 6 saata qədər, 29.9%-i 6 saatdan çox verildiyini bildirib.
 Suyun ümumiyyətlə verilmədiyini bildirənlər, eləcə də həyət evlərində yaşayan və suyu fasilə ilə verilənlərin əhəmiyyətli hissəsi bu tələbatlarını su maşınları vasitəsilə ödəyir.
Qeyd edək ki, Dövlət Statistika Komitəsinin 2022-ci il üzrə tədqiqatına görə, Bakı şəhərində yaşayanların 34.1%-nin içməli su təminatındakı əsas problemi suyun fasiləli rejimdə verilməsi olub. STM-in keçirdiyi hazırkı sorğunun nəticələri 2025-ci il üzrə bu göstəricinin 39.3% olduğunu müəyyən edib. Xüsusilə həyət evlərində və qəsəbələrdə bu problem daha aktualdır.
Ümumi sorğu iştirakçılarının 62.8%-i suyun verilmə təzyiqindən razı olduğunu, 36.3%-i razı olmadığını bildirib.
 Həyət evində yaşayanların 57.2%-i suyun verilmə təzyiqinin yetərli olduğunu, 42.4%-i yetərli olmadığını bildirib.
 Yeni tikili bina evində məskunlaşanların 78.6%-i suyun təzyiqindən razı olduğunu, 16.7%-i razı olmadığını bildirib.
 Köhnə tikili bina evində yaşayanların 66.5%-i suyun verilmə təzyiqinin onları qane etdiyini, 33.0%-i qane etmədiyini bildirib.
 Qəsəbələrdə məskunlaşanların suyun verilmə təzyiqindən məmnunluq səviyyəsi şəhər sakinləri ilə müqayisədə aşağıdır.

Alternativ üsullar və fərdi infrastruktur
Su təchizatındakı fasilələr səbəbindən, sakinlərin 52.1%-i su tədarükü məqsədilə fərdi su çənindən və ya hovuzlardan, eləcə də 38.8%-i fərdi su nasoslarından istifadə edir. Fərdi nasoslardan istifadə səviyyəsi həyət evləri üzrə 63.1%, yeni tikili bina evləri üzrə 19.0%, köhnə tikili bina evləri üzrə 23.3%-dir.

Kanalizasiya və sanitar risklər
Bina evində məskunlaşanların 33.3%-i yaşadığı binanın zirzəmisinə tullantı və kanalizasiya suları yığıldığını bildirib. Onların 60.9%-i yaşadıqları binanın zirzəmisində kanalizasiya və tullantı sularının olmadığını qeyd edib, 5.8% bu barədə məlumatsız olduğunu bildirib.
 Sorğunun nəticələrinə əsasən, binanın zirzəmisinə tullantı və kanalizasiya sularının yığılması hallarının qeyd olunması köhnə tikili binalar üzrə 38.9%-ə, yeni tikili binalar üzrə 16.3%-ə bərabər olub.
Köhnə tikili bina sakini olan respondentlərin 45.8%-i binanın su xətlərinin yeni olduğunu, 54.2%-i köhnə xətlər olduğunu bildirib.

Suyun keyfiyyəti və içməli su vərdişləri
Sorğunun nəticələrinə əsasən, paytaxt sakinlərinin 46.4%-i suyun keyfiyyətindən razı, 48.2%-i narazıdır. Respondentlərin 5.4%-i bu barədə rəy bildirməkdə çətinlik çəkib.
 Həyət evində yaşayanlar arasında suyun keyfiyyətindən razılıq səviyyəsi (razılıq – 55.5%) bina evində yaşayanlarla (razılıq – 35.6%) müqayisədə yüksəkdir.
Respondentlərin 35.4%-i içmək məqsədilə birbaşa kran suyundan, 34.9%-i qablaşdırılmış sudan, 26.3%-i isə filtrlənmiş kran suyundan, 3.4%-i digər mənbələrdən istifadə etdiyini bildirib.

İctimai məlumatlılıq və davranış nümunələri
Sorğunun nəticələrinə əsasən, paytaxt sakinlərinin 67.5%-i istifadə etdiyin suyun mənbəyi barədə məlumatsızdır.
Respondentlərin 19.5%-i yaşadığı evə (mənzilə) suyun Ceyranbatan su anbarından, 7.3%-i Oğuz-Qəbələ-Bakı su kəmərindən, 4.4%-i Kür çayından, 1.3%-i Şollar-Bakı kəmərindən gəldiyini bildirib.
Respondentlərin 7.6%-i sudan istifadəsi zamanı sui-istifadə halları (suyun məqsədsiz yerə axıdılması, qanunsuz su bağlantısı və s.) ilə tez-tez qarşılaşdığını, 20.1%-i ara-sıra qarşılaşdığını bildirib. Onların 70.6%-i bu kimi hallarla qarşılaşmadığını bildirib, 1.8%-i bu barədə rəy bildirməyib.
Sorğu iştirakçılarının 87.2%-i gündəlik işlərində suya daim qənaət etdiyini, 10.7%-i bəzən qənaət etdiyini bildirib. 2.1%-i ümumiyyətlə buna diqqət etmədiyini qeyd edib.

Vətəndaşların təklifləri
Sorğu iştirakçılarının 54.2%-i paytaxtın su təchizatı ilə bağlı öz təkliflərini irəli sürüb. Həmin təklifləri əsas istiqamətlər üzrə qruplaşdırdıqda, ilk sırada suyun daimi, fasiləsiz rejimdə verilməsi, eləcə də yay aylarında su kəsintiləri ilə bağlı vətəndaşların əvvəlcədən məlumatlandırılması məsələsi dayanır.

Növbəti təkliflər paytaxta daxil olan su kəmərlərində filtrlərin quraşdırılması və suyun keyfiyyətinin artırılması, texniki və içməli suyun ayrı sistemlərlə verilməsi, kran suyunun təmizliyinin içmək üçün zərərsiz və sağlamlıq üçün uyğun normaya çatdırılmasıdır.

Paytaxt sakinlərinin bu sahədə növbəti təklifləri suyun israfının qarşısının alınması, suya qənaətlə bağlı ictimai təbliğatın aparılması və avtoyuma məntəqələrində suya nəzarət edilməsi ilə bağlıdır. Həmçinin köhnə su xətlərinin yenilənməsi, küçə və məhəllələrdə əlavə su kranlarının yerləşdirilməsi, hər bir qəsəbədə sututarların tikintisi, suyun paylanmasında ədalətliliyin təmin olunması və şəhərətrafı ərazilərdə su çatışmazlığının aradan qaldırılması səsləndirilən təkliflər arasında yer alıb.

AzPost.az

Paylaş

Ən son yeniliklər və məlumatlar üçün Icma.az saytını izləyin, biz hadisənin gedişatını izləyirik və ən aktual məlumatları təqdim edirik.
seeBaxış sayı:255
embedMənbə:https://azpost.info
archiveBu xəbər 19 Avqust 2025 12:42 mənbədən arxivləşdirilmişdir
0 Şərh
Daxil olun, şərh yazmaq üçün...
İlk cavab verən siz olun...
topGünün ən çox oxunanları
Hal-hazırda ən çox müzakirə olunan hadisələr

Fransada lisey yandırıldı: 1000 dən çox şagird təxliyə edildi Video

07 Noyabr 2026 02:38see295

Bazar 60 faiz kiçilib...

06 Noyabr 2026 20:51see278

Berdıyev Qarabağ üzərində qələbəni şərh etdi

07 Noyabr 2026 00:28see249

Zəfər Gününə həsr olunan fləş mob Video

08 Noyabr 2026 13:20see246

Rostropoviçlərin ev muzeyində anım tədbiri “Dostluğun və musiqinin harmoniyası”

07 Noyabr 2026 14:15see233

Təbrizdəki Baş Konsulluğumuzda Zəfər Gününə həsr olunmuş tədbir...

07 Noyabr 2026 19:14see229

Üç nəslin musiqi varisliyi: Bakıda “Müəllim və tələbələr” proqramı təqdim olunub (Foto)

07 Noyabr 2026 16:35see227

Röya bu gün açıq havada konsert verəcək Foto

07 Noyabr 2026 13:04see219

1 saat gec yatmaq bu ölümcül xəstəlik riskini artırır

07 Noyabr 2026 02:01see212

Mədəniyyət ictimaiyyətinin nümayəndələri Zəfər Günü münasibətilə Prezident İlham Əliyevi təbrik ediblər

07 Noyabr 2026 18:05see211

İcbari tibbi sığorta ilə bağlı şad xəbər...

06 Noyabr 2026 22:30see208

Azərbaycanda investisiya xərcləri ikiqat artırılır: 5,3 milyard manat hara xərclənəcək?

07 Noyabr 2026 20:47see204

Emin Ağalarov ona yüksək vəzifə verdi Foto

07 Noyabr 2026 12:25see203

Plastik qabların tərkibindəki maddənin körpələrin çəkisini azaltdığı aşkarlanıb

07 Noyabr 2026 18:23see201

Xruşşovka ların sökülməsinə hazırlıq gedir?

07 Noyabr 2026 18:40see197

Qadınlar niyə 40 yaşından sonra daimi yorğunluq hiss edirlər?

06 Noyabr 2026 21:51see194

Uşaqlıq xatirələri həyatımıza yön verir

07 Noyabr 2026 14:10see191

Blez Paskal: 39 illik ömrə sığmayan dahinin axtarışları

07 Noyabr 2026 16:17see188

Neft həftəni bu qiymətlə yekunlaşdırdı

07 Noyabr 2026 09:37see182

Onların çoxu günə dua ilə başlayırdılar...

07 Noyabr 2026 20:52see181
newsSon xəbərlər
Günün ən son və aktual hadisələri