Icma.az
close
up
RU
Bakı Şəhər Halqası Əməliyyat Şirkətində mənimsəmə işi Biz istəsək, verməyəcəklər, xahiş edirik...

Bakı Şəhər Halqası Əməliyyat Şirkətində mənimsəmə işi Biz istəsək, verməyəcəklər, xahiş edirik...

Mia.az portalından əldə olunan məlumata əsasən, Icma.az xəbər verir.

Bakı Şəhər Halqası Əməliyyat Şirkətinin İdman Əməliyyatları şöbəsinin rəisi işləmiş Çingiz Mehdiyevin cinayət işi üzrə məhkəmə prosesi keçirilib.

Mia.az Report-a istinadla xəbər verir ki, Bakı Ağır Cinayətlər Məhkəməsində hakim Leyla Əsgərova-Məmmədovanın sədrliyi ilə keçirilən prosesdə Çingiz Mehdiyevin vəkilləri məhkəməyə vəsatətlər təqdim edib.

Vəkil vəsatətində bildirib ki, Gürcüstan bankından Çingiz Mehdiyevin anasının adına olan pullar vərəsəlik əsasında onun hesabına köçüb. Vəkil bununla bağlı sənədin sübutlara daxil edilməsini istəyib.

Çingiz Mehdiyev deyib ki, sözügedən pullar Gürcüstan bankında olub:

"Bununla bağlı Gürcüstan bankına müraciət etmişdik. Pullar anamın adına idi. Anam rəhmətə getdikdən sonra vəsait Gürcüstan bankında qalmışdı".

Çingiz Mehdiyev deyib ki, Azərbaycandan aldıqları vərəsəlik sənədini əvvəlcə tanınmayıb. Buna görə də pullar bir müddət Gürcüstan bankında ilişib qalıb. Daha sonra vərəsə kimi tanınıb və pul onun adına köçüb.

Vəkil bildirib ki, Çingiz Mehdiyevin hesabında 857 min dollar pul olub. Onun sözlərinə görə, bu vəsait Bakı Şəhəri Halqası Əməliyyat Şirkətindən mənimsənilən pullarla uyğun gəlmir.

Müdafiəçi növbəti vəsatətində Gürcüstan bankına müraciət edilməsini və məbləğin dəqiqləşdirilməsi üçün həmin maliyyə sənədlərinin məhkəməyə göndərilməsini xahiş edib.

Dövlət ittihamçısı deyib ki, cinayət işi üzrə lazım olan sənədlər məhkəməyə təqdim edilib və iş materiallarına əlavə olunub. İttihamçı vəsatətin təmin olunmamasını istəyib.

Məhkəmə məbləğlərin dəqiqləşdirilməsinə görə Gürcüstan bankına müraciət edilməsi üçün verilən vəsatəti təmin etməyib. Bildirilib ki, bu məsələ müşavirə otağında nəzərə alınacaq.

Digər vəsatət təmin olunub. Belə ki, məhkəməyə təqdim olunan sənədlər cinayət işinin materiallarına əlavə olunub.

Vəkillər digər vəsatətlərində Hesablama Palatasının şirkətdə audit yoxlaması ilə bağlı faktların məhkəməyə göndərilməsini xahiş edib: "Biz istəsək, verməyəcəklər. Xahiş edirik, məhkəmə bununla bağlı quruma müraciət etsin".

Dövlət ittihamçısı bildirib ki, sözügedən qurumun hər hansı bir sənədi əsas sayıla bilməz. İttihamçının sözlərinə görə, bu işi istintaq orqanı və məhkəmə həyata keçirir. O, vəsatətin təmin ediməməsini istəyib.

Məhkəmə vəsatəti təmin etməyib.

Növbəti proses fevralın 3-də davam edəcək.

Qeyd edək ki, Çingiz Mehdiyev Formula-1 yarışının təşkili üçün ayrılmış 400 min manata yaxın pul vəsaitini mənimsəməkdə ittiham olunur.

Ç.Mehdiyev barəsində istintaq dövrü müddətinə həbslə bağlı olmayan qətimkan tədbiri seçilib.

Ən son xəbərləri və yenilikləri almaq üçün Icma.az saytını izləyin.
seeBaxış sayı:115
embedMənbə:https://mia.az
archiveBu xəbər 27 Yanvar 2025 11:17 mənbədən arxivləşdirilmişdir
0 Şərh
Daxil olun, şərh yazmaq üçün...
İlk cavab verən siz olun...
topGünün ən çox oxunanları
Hal-hazırda ən çox müzakirə olunan hadisələr

Lotereyada 2 milyard dollara yaxın pul qazanıldı, götürən yoxdur

21 Yanvar 2026 13:23see271

Çempionlar Liqasının əsas mərhələsinin turnir cədvəli: “Qarabağ” 18 cidir

22 Yanvar 2026 02:54see251

Rodriges: neft satışından əldə olunan gəlirlər Venesuela iqtisadiyyatının möhkəmləndirilməsinə yönəldiləcək

21 Yanvar 2026 05:25see242

Tramp BMT yə alternativ təşkilatı elan edəcək

21 Yanvar 2026 14:19see241

İsrail onlarla humanitar təşkilata lisenziya verməkdən imtina edib

22 Yanvar 2026 12:46see226

Bəhlul Mustafazadə tarixə düşdü KONKRET

22 Yanvar 2026 00:46see218

Yuventus növbəti türkiyəli futbolçunu transfer etdi

22 Yanvar 2026 21:55see198

UEFA Çempionlar Liqası: Qarabağ Ayntraxt Frankfurt la qarşılaşır

21 Yanvar 2026 08:15see197

Azərbaycanda müxtəlif istiqamətlərdə müntəzəm avtobus marşrutları müsabiqəyə çıxarılır

21 Yanvar 2026 17:39see191

4 4 lük gecədən geriyə qalanlar... Fotolar

22 Yanvar 2026 00:26see181

“Kapital Bank”ın İdarə Heyətinin sədri yeni strateji vəzifəyə təyin olunub

21 Yanvar 2026 18:22see178

Azərbaycan regionu iki dəfə qabaqlayır Rəqəmlər nə deyir?

22 Yanvar 2026 16:11see172

ÇL: İstanbulda hesab açıldı YENİLƏNİR

21 Yanvar 2026 22:01see171

Vəhşi heyvanlar kəndə hücum edir Sakinlər qorxu içindədir

21 Yanvar 2026 14:39see161

Qarabağ dan Ayntraxt a daha bir zərbə

22 Yanvar 2026 01:03see161

Simpsonlar serialından 2026 cı il üçün dəhşətli proqnozlar

21 Yanvar 2026 22:36see159

Tramp İrana hansı halda zərbə endiriləcəyini açıqladı

22 Yanvar 2026 01:55see147

Ali Məhkəmə estetik əməliyyatlarla bağlı bədən toxunulmazlığı hüququna dair mövqe bildirib

21 Yanvar 2026 10:33see146

Təkcə işini görmürdü... Video

22 Yanvar 2026 04:08see145

Azərbaycan tarixinin faciə və qəhrəmanlıq salnaməsi ŞƏRH

21 Yanvar 2026 11:49see141
newsSon xəbərlər
Günün ən son və aktual hadisələri