Icma.az
close
up
RU
Bakı Şəhər İcra Hakimiyyətində müşavirə Eldar Əzizov yeni tapşırıqlar verdi

Bakı Şəhər İcra Hakimiyyətində müşavirə Eldar Əzizov yeni tapşırıqlar verdi

Icma.az bildirir, Mia.az portalına istinadən.

Bakı Şəhər İcra Hakimiyyətində şəhərin təsərrüfat və digər xidmət sahələrinin rəhbərlərinin iştirakı ilə müşavirə keçirilib.

İH-dən Mia.az-a bildirilib ki, müşavirədə paytaxtın müxtəlif sahələrinə aid bir sıra məsələlər qaldırılıb və müzakirə olunub, konkret tapşırıqlar verilib. Bakı şəhərinin mövsümi gül və çicəklərin sayının artırılmasının vacibliyi vurğulanmışdır.

Toplantıda çıxış edən Bakı Şəhər İcra Hakimiyyətinin başçısı Eldar Əzizov vurğulayıb ki, dünyada mövcud olan mürəkkəb geosiyasi və iqtisadi vəziyyətə baxmayaraq, Prezident İlham Əliyevin balanslı və düşünülmüş siyasəti sayəsində Azərbaycan qeyri-sabitlik hökm sürən regionda nəinki sabitlik adası olaraq qalır, həm də uğurla inkişaf etməkdə davam edir. Azərbaycanın sosial sahədə əldə etdiyi nailiyyətlərə toxunan şəhər rəhbəri ölkədə həyata keçirilən genişmiqyaslı quruculuq və bərpa layihələrindən danışıb.

Eldar Əzizovun sözlərinə görə, Azərbaycan bu gün dünyanın siyasi xəritəsində irimiqyaslı infrastruktur layihələrinin həyata keçirildiyi nadir ölkələrdən biridir . Ağdam, Füzuli, Cəbrayıl şəhərləri xarabalıqlardan gözəl məkana çevrilir, Şuşanın, Xankəndinin siması gözümüzün qarşısında dəyişir.

Vurğulanib ki, Prezident İlham Əliyevin yaratdığı iqtisadi modelin unikallığı ondan ibarətdir ki, işğaldan azad edilmiş ərazilərdə həyata keçirilən irimiqyaslı çox milyardlıq investisiya layihələri ölkənin ümumi sosial-iqtisadi inkişafına heç bir neqativ təsir göstərməyib . Üstəlik, hökumət əhalinin həssas təbəqələrinin sosial müdafiəsini prioritet vəzifə kimi qarşıya qoyub, paytaxtda və ölkənin ən ucqar güşələrində infrastrukturun təkmilləşdirilməsi üçün böyük işlər həyata keçirilir.

Müşavirədə Eldar Əzizov Bakı şəhərinin inkişafı, mənzil fondunun yenilənməsi, ictimai nəqliyyatın müasirləşdirilməsi, o cümlədən infrastrukturun inkişafı, yeni park və bağların salınması istiqamətində həyata keçirilən proqramlar barədə məlumat verib.

Eldar Əzizov Prezident İlham Əliyevin sosial-iqtisadi siyasətinin və hökumətin resurslarının düzgün bölüşdürülməsi strategiyasının yüksək səmərəliliyinə dəlalət edən Bakının və digər regionların inkişaf tempinin əhəmiyyətini qeyd edib.

O əlavə edib ki, heç kimə sirr deyil ki, bütün bu layihələr milyardlarla investisiya tələb edir və bu miqyasda maliyyə vəsaitlərinin yatırılmasının ölkənin digər sahələrinə mənfi təsir etməməsi, dövlət rəhbərliyi tərəfindən həyata keçirilən iqtisadi modelin uğurla işlədiyini aydın şəkildə nümayiş etdirir. Əksinə, sosial sahənin inkişafına xüsusi diqqət yetirilir, infrastrukturun yenilənməsi ilə bağlı genişmiqyaslı işlər həm paytaxtda, həm də ölkəmizin ən ucqar bölgələrində həyata keçirilir.

Eldar Əzizov fəxrlə qeyd edib ki, Azərbaycan bütün dünyaya təkcə torpaqlarını müstəqil şəkildə azad etməklə bərabər , həm də geosiyasi qeyri-sabitlik və dünyada hökm sürən iqtisadi böhran şəraitində bu əraziləri dağıntılardan bərpa etməyə qadir olduğunu sübut edib. Bu inkişaf tempinə və nailiyyətlərə bu gün nə MDB məkanında, nə də Şərqi Avropada heç bir ölkə sahib deyil. Beləliklə, tam əminliklə deyə bilərik ki, İlham Əliyev tərəfindən yaradılmış dövlətin siyasi-iqtisadi modeli özünü tam şəkildə doğruldub.

Sonrakı hadisələr barədə daha çox məlumat almaq üçün Icma.az saytını izləyin.
seeBaxış sayı:265
embedMənbə:https://mia.az
archiveBu xəbər 07 Aprel 2025 12:15 mənbədən arxivləşdirilmişdir
0 Şərh
Daxil olun, şərh yazmaq üçün...
İlk cavab verən siz olun...
topGünün ən çox oxunanları
Hal-hazırda ən çox müzakirə olunan hadisələr

Kartından şübhəli ödənişlər aparıldı, bankdan isə ziddiyyətli cavablar aldı

13 Noyabr 2026 19:58see310

Gəzinti və güc məşqləri sümükləri möhkəmləndirmək üçün kifayət etməyə BİLƏR

13 Noyabr 2026 13:29see306

Qanınızı qatılaşdıran 2 əsas səbəb

13 Noyabr 2026 16:19see292

Niyə payızda çox yorğun oluruq?

13 Noyabr 2026 19:47see287

Payızda bu 2 qida mütləq yeyilməlidir

13 Noyabr 2026 15:46see284

Psixoloqlar artırılmalıdır, 1000 nəfərə biri düşür Nazir müavini

13 Noyabr 2026 18:54see271

Pullar Amerikadan Avropaya axır Qlobal maliyyə xəritəsi dəyişir?

13 Noyabr 2026 16:35see267

Miqrantlardan assimilyasiya tələbi: Rusiyanın miqrasiya siyasətindəki ziddiyyətlər

13 Noyabr 2026 20:18see243

Özünü xalq təbabəti ilə müalicə edir

13 Noyabr 2026 14:48see241

Yolumuzu çiyin çiyinə davam etdiririk

14 Noyabr 2026 01:31see240

Yuxuda tənəffüsün dayandırılması aritmiya və vuruşa gətirib çıxarır...

13 Noyabr 2026 21:08see238

Kilolu adamlarla bağlı ən son araşdırma Az yaşayırlar

13 Noyabr 2026 17:05see238

Sumqayıtda zavodda qanlı hadisə

13 Noyabr 2026 22:04see235

Hər dərdə dəva! Ozonoterapiyanın tətbiqi sahələri

13 Noyabr 2026 21:49see231

NDU da “Əcəmi 900: İpək yolu üzərində şəhərsalma mədəniyyəti və memarlıq” mövzusunda beynəlxalq elmi konfrans başlayıb

13 Noyabr 2026 21:09see222

Azərbaycanda 55 yeni peşə standartı hazırlanır

14 Noyabr 2026 11:57see212

UEFA Millətlər Liqasında gecənin nəticələri

14 Noyabr 2026 02:09see205

“Ağzımızdakı dişlərin sayını da uçota alsalar yaxşı olar...” TƏKLİF

14 Noyabr 2026 12:26see202

Paxıllığın müsbət faydaları

13 Noyabr 2026 20:45see190

Həkimlər başında güllə ilə 30 il yaşamış kişini xilas etdilər

13 Noyabr 2026 19:47see190
newsSon xəbərlər
Günün ən son və aktual hadisələri