Kiyevdə Rusiyanın raket hücumu nəticəsində üç nəfər həlak olub, 15 nəfər yaralanıb
Icma.az, Azertag saytından verilən məlumata əsaslanaraq xəbər yayır.
Kiyev, 20 noyabr, AZƏRTAC
Rusiya qoşunlarının raket hücumu nəticəsində Kiyevdə üç nəfər həlak olub, 15 nəfər yaralanıb.
AZƏRTAC xəbər verir ki, bu barədə Kiyev Şəhər Hərbi Administrasiyası “Telegram” kanalında məlumat yayıb.
“Təəssüf ki, düşmənin paytaxta hücumu nəticəsində üç nəfər həlak olub”, – deyə məlumatda bildirilir.
Şəhər meri Vitali Kliçko xəsarət alanların sayının 15 nəfərə çatdığını bildirib.
“Hələlik üç nəfərin həlak olduğu məlumdur. İlkin məlumata görə, onlar “Kiyevvodokanal”ın əməkdaşlarıdır. Xəsarət alanlar da var. İlkin məlumata əsasən, onların sayı təxminən 15 nəfərdir”, – deyə o yazıb.
Qeyd edək ki, bu gecə Rusiya qoşunları Kiyevi ballistik raketlərlə atəşə tutub, şəhərin bir neçə rayonunda yanğın baş verib. Zərbələr nəticəsində Podolsk-Voskresensk və Darnitsa körpülərində zədələnmələr qeydə alınıb, həmçinin kritik infrastruktur obyektinə ziyan dəyib.
Emil Hüseynli
AZƏRTAC-ın xüsusi müxbiri
Kiyev
Bu mövzuda digər xəbərlər:
Baxış sayı:86
Bu xəbər 20 Noyabr 2026 13:48 mənbədən arxivləşdirilmişdir



Daxil ol
Online Xəbərlər
Xəbərlər
Hava
Maqnit qasırğaları
Namaz təqvimi
Kalori kalkulyatoru
Qiymətli metallar
Valyuta konvertoru
Kredit Kalkulyatoru
Kriptovalyuta
Bürclər
Sual - Cavab
İnternet sürətini yoxla
Neftin Qiyməti
Azərbaycan Radiosu
Azərbaycan televiziyası
Haqqımızda
TDSMedia © 2026 Bütün hüquqlar qorunur







Günün ən çox oxunanları



















