Tələbələr metro və avtobuslara daha az pul ödəyə bilər Araşdırma
Icma.az, Milli.az portalına istinadən məlumat yayır.
Bir tələbə universitetdən, kursa və ordan da evə qayıtmaq üçün gündəlik 3.60 manat, aylıq isə 160 manat gedişhaqqı xərcləyir. Bu isə tələbə üçün kiçik məbləğ hesab edilmir.
Milli.Az xəbər verir ki, tələbələrin nəqliyyat xərclərinin azaldılması dünyanın müxtəlif yerlərində fərqli güzəştlər olunur.
Məsələ ilə bağlı nəqliyyat eksperti Ərşad Hüseynov bildirib ki, xaricdə böyük şəhərlərdə tələbələr ictimai nəqliyyatdan pulsuz istifadə edirlər. Məsələn Türkiyədə tələbələrə müəyyən güzəştlər var.
Bəs ölkəmizdə də tələbələrə güzəştlər mümkündürmü?
Məsələ ilə bağlı Təhsilin İnkişaf Fondunun Mətbuat Katibi Könül Abdulrəşidova bildirib ki, tələbəplus kartı ilə metro və avtobuslarda gedişhaqqı ödənişləri zamanı 10 faiz bonus hesablanır:
"Bu imkan həm fiziki, həm də QR bilet vasitəsi ilə həyata keçirilən ödənişlərə şamil olunur. Tələbəplus kartı ilə nəqliyyatla yanaşı, alış-veriş, təhsil, sağlamlıq və digər xidmətlərdə müxtəlig endirimlər mümkündür".
Mövzu ilə bağlı Milli Məclisin deputatı Günay Ağamalı ali və orta ixtisas təhsili müəssisələrində təhsil alan tələbələrin ictimai nəqliyyatdan güzəştli olmasını təklif edib.
Parlamentin bugünkü plenar iclasında "Azərbaycan Respublikasının 2027-ci il dövlət büdcəsi haqqında" qanun layihəsinin müzakirəsi zamanı G. Ağamalı qeyd edib ki, tələbələrin gündəlik nəqliyyat xərcləri, xüsusilə aztəminatlı ailələrdən olan və regionlardan paytaxta təhsil almağa gələn gənclər üçün əlavə maddi yük yaradır:
"Belə güzəştlərin tətbiqi onların sosial müdafiəsini gücləndirməklə yanaşı, ailə büdcəsinə də müsbət təsir göstərəcək. Qənaətimə görə, aidiyyəti dövlət qurumları tərəfindən məsələnin maliyyə imkanları və tətbiq mexanizmləri araşdırılaraq müvafiq təkliflərin hazırlanması faydalı olar".
Müəllif: Aysel Əkbər (Milli.Az müxbir)
Müəllif: Aysel Əkbər (Milli.Az müxbir)
Müəllif: Aysel Əkbər (Milli.Az müxbir)
Bu mövzuda digər xəbərlər:
Baxış sayı:105
Bu xəbər 20 Noyabr 2026 13:48 mənbədən arxivləşdirilmişdir



Daxil ol
Online Xəbərlər
Xəbərlər
Hava
Maqnit qasırğaları
Namaz təqvimi
Kalori kalkulyatoru
Qiymətli metallar
Valyuta konvertoru
Kredit Kalkulyatoru
Kriptovalyuta
Bürclər
Sual - Cavab
İnternet sürətini yoxla
Neftin Qiyməti
Azərbaycan Radiosu
Azərbaycan televiziyası
Haqqımızda
TDSMedia © 2026 Bütün hüquqlar qorunur







Günün ən çox oxunanları



















