“Bakı şəhərində 18 Oktyabr Parkı salınmalıdır” ƏHD Partiyasından çağırış
Icma.az bildirir, Moderator.az saytına əsaslanaraq.
Ədalət, Hüquq, Demokratiya (ƏHD) Partiyası İdarə Heyətinin növbəti iclası keçirilib.
Moderator.az xəbər verir ki, iclasda respublikada və dünyada vaş verən bir sıra məsələlərlə yanaşı müstəqilliyimizin 35 illiyi də müzakirə olunub.
Müzakirələrdən sonra ƏHD Partiyası müstəqilliyimizin 35 illiyi ilə əlaqədar bəyanat yayıb.
Bəyanatda deyilir: “18 Oktyabr 1991-ci ildə dövlət müstəqilliyimizi bərpa etməyimiz 28 May 1918-ci ildə dövlət müstəqilliyi əldə etməyimizdən sonra, ən yeni tariximizdə xalqımızın əldə etdiyi ikinci böyük tarixi nailiyyətdir.
1988-ci ildə Ermənistan dövləti tərəfindən aparılan etnik təmizləmə, separatizm və terrorla, Sovet İttifaqı rəhbərliyinin riyakar siyasəti ilə üz-üzə qalmış qalmış xalqımız Azadlıq mübarizəsinə qalxdı, bəzi sovet respublikalarındakı milli azadlıq hərəkatları ilə birlikdə iqtisadi və siyasi sistemi iflasa uğramış Sovetlər Birliyininn çöküşünə və xalqımızın 71 ildən sonra dövlət müstəqilliyinin bərpasına nail oldu. Xalqımız bu yolda böyük qəhrəmanlıq tariximiz olan 20 Yanvar faciəsinın, Xocalı soyqırımının, torpaqlarımızın 20 faizinin 30 ildən artıq işğal altında qalmasının ağrı-acısını yaşadı.
Müstəqilliyimizi bərpa etməyimizin 35 illiyi ərəfəsində Xalq Hərəkatından doğulmuş, Elçibəyin liderlik etdiyi, azadlığımız və ərazi bütövlüyümüz üçün öz sıralarından minlərlə qurban vermiş Azərbaycan Xalq Cəbhəsini (AXC), AXC-yə ciddi dəstək vermiş, Naxçıvan Muxtar Respublikasında üçrəngli bayrağımızı dövlət bayrağı etmiş və sonralar ölkəmizi vətəndaş qarşıdurmasından və parçalanmadan xilas etmiş, müstəqilliyimizi qorumuş mərhum prezident Heydər Əliyevi böyük sayğı və ehtiramla yad etməliyik.
Özünü AXC-nin mənəvi varisi sayan ƏHD Partiyası xalqımızı bu böyük tarixi nailiyyət münasibətilə təbrik edir, iqtidarı bu tarixi günü Rusiya Federasiyasında və digər müstəqillik əldə etmiş respublikalarda olduğu kimi böyük təntənə ilə, dövlət səviyyəsində qeyd etməyə çağırır.
ƏHD Partiyası 1991-ci ilin 7 martında Azərbaycan SSR Ali Sovetində Heydər Əliyev başda olmaqla, SSRİ-nin saxlanması üçün referendum keçirilməsinin əleyhinə səs vermiş 303 deputatdan 43-nə (sonradan ağır dövləti cinayətlər törədib xarici ölkələrə qaçmış şəxslər istisna olmaqla) siyasi mövqelərindən asılı olmayaraq, bəzilərinə ölümündən sonra, o cümlədən Milli Azadlıq Hərəkatının lideri Əbülfəz Elçibəyə “İstiqlal” ordeninin verilməsini növbəti dəfə təklif edir.
ƏHD Partiyası hesab edir ki, “Dövlət bayramları və dövlət təltifləri” haqqında qanun qəbul olunmalı, Bakı şəhərində yeni möhtəşəm 18 Oktyabr Parkı salınmalı və həmin parkda bu tarixi günü simvolizə edən böyük bir abidə ucaldılmalıdır.
Keçmişimizi unutmamalıyıq ki, gələcək nəsillər tərəfindən hörmətlə anılaq, onlara örnək olaq!”.
Baxış sayı:115
Bu xəbər 15 Oktyabr 2026 13:07 mənbədən arxivləşdirilmişdir



Daxil ol
Online Xəbərlər
Xəbərlər
Hava
Maqnit qasırğaları
Namaz təqvimi
Kalori kalkulyatoru
Qiymətli metallar
Valyuta konvertoru
Kredit Kalkulyatoru
Kriptovalyuta
Bürclər
Sual - Cavab
İnternet sürətini yoxla
Neftin Qiyməti
Azərbaycan Radiosu
Azərbaycan televiziyası
Haqqımızda
Əlaqə
TDSMedia © 2026 Bütün hüquqlar qorunur







Günün ən çox oxunanları



















