Bakı Tbilisi qatarına bir ayda neçə bilet SATILIB? ÖZƏL
Icma.az xəbər verir, Bizim media saytına əsaslanaraq.
Mayın 21-dən indiyədək Bakı–Tbilisi–Bakı marşrutu üzrə 20 min bilet satılıb.
Bu barədə "Azərbaycan Dəmir Yolları" QSC-nin İctimaiyyətlə əlaqələr şöbəsinin müdiri Bəxtiyar Hacıyev Bizim.Media-nın sorğusuna cavab olaraq bildirib.
O, qeyd edib ki, 5 minə yaxın bilet kassalarda satılıb.
"Bilet satışı başlanan gündən bu marşruta böyük tələbat müşahidə olunur. Sərnişin tələbatını qarşılamaq məqsədilə 11 iyundan etibarən Bakı–Tbilisi–Bakı marşrutu üzrə qatarlara əlavə vaqon qoşulub və satışa yeni biletlər təqdim edilib. Əlavə satışa çıxarılan biletlər də qısa müddət ərzində satılıb.
Hazırda qarşıdakı 30 günlük dövr üçün Azərbaycandan Gürcüstana olan reyslər üzrə biletlərin böyük əksəriyyəti, Gürcüstandan Azərbaycana olan reyslər üzrə isə bütün biletlər satılıb".
Xatırladaq ki, Bakı-Tbilisi-Bakı marşrutu üzrə hərəkət mayın 25-də bərpa olub, biletlər isə mayın 21-dən satışa çıxarılıb.
Nəzrin Mirzəyeva, Bizim.Media
Bu mövzuda digər xəbərlər:
Baxış sayı:142
Bu xəbər 22 İyun 2026 17:56 mənbədən arxivləşdirilmişdir



Daxil ol
Online Xəbərlər
Xəbərlər
Hava
Maqnit qasırğaları
Namaz təqvimi
Kalori kalkulyatoru
Qiymətli metallar
Valyuta konvertoru
Kredit Kalkulyatoru
Kriptovalyuta
Bürclər
Sual - Cavab
İnternet sürətini yoxla
Neftin Qiyməti
Azərbaycan Radiosu
Azərbaycan televiziyası
Haqqımızda
TDSMedia © 2026 Bütün hüquqlar qorunur







Günün ən çox oxunanları



















